TROQ ÇİYİNİ

buzlaq dərəsinin yamacında buzlaqla hamarlanmış, cilalanmış, nisbətən maili yamacın aşağı, dik hissəsindən qabarıq əyilmə ilə ayrılan, nisbətən maili, terrası xatırladan səth. Troq çiyninin yuxarı kənarı dərəni doldurmuş buzlağın səviyyəsini göstərir. Р–плечо трога shoulder of trough valley
TROQ
TROQ DƏRƏ
OBASTAN VİKİ
Troq
Troq — çayların əmələ gətirdiyi xüsusi dərələr. Relyef formalarının yaranmasında buzlaqların rolu böyükdür. Uca dağlardakı buzlaqlar dərələrlə aşağı hərəkət edərkən çay dərələrindən fərqlənən təknəvari dərələr əmələ gətirir. Troq adlanan bu dərələrin yamacları dik, dibi hamar olur. Troq dərələrinin dibində, buzlaq dilinin qurtardığı yerdə toplanan qırıntı materiallarından ibarət təpə və tirələr (moren tirələri, təpələri) əmələ gəlir.