Tulepberqen Kaipberqenov
Tulepberqen Kaipberqenov(qaraq. To‘lepbergen Qayi‘pbergenov/Төлепберген Қайыпбергенов; 7 may 1929, Qaraqalpaqıstan Muxtar Vilayəti, Qazaxıstan MSSR – 14 sentyabr 2010, bilinmir) — Qaraqalpaqstan yazıçısı.
Qaraqalpaq ədəbiyyatına XX əsrdə xeyli istedadlı simalar gəlmişlər. Onların sırasında XX əsrin 50-ci illərindən bədii yaradıcılığa başlamış Tulepbergen Kaipbergenovun adı xüsusi ilə rəğbətlə çəkilir. Onun yaradıcılığı qaraqalpaq ədəbiyyatında yeni hadisə kimi dəyərləndirilir. Yazıçının "Katib", "Sağ ol, müəllim" ("Muqallimqe raxmet!"), "Buz damcı", "Sonuncu hücum" ("Sonqi xujim"), "Qaraqalpaq qızı", "Yuxusuz gecələr", "Maman-biy əfsanasi" ("Maman biy efsanasi"), "Qaraqalpaqnamə" roman-essesi, "Qaraqalpaqlar haqqında dastan" trilogiyası və b. əsərləri oxucular arasında geniş yayılmaqla, dünya xalqlarının dillərinə tərcümə olunmuş, müəllifə böyük şöhrət gətirmişdir.
Bədii yaradıcılığa T. Kaipbergenov XX əsrin 50-ci illərinin ikinci yarısından "Amu-Dərya" jurnalında dərc olunmuş hekayələr və oçekrlərlə başlamışdır. İlk iri həcmli əsəri ("Katib") qaraqalpaq aulunun müharibə illərindəki yaşam həyatına, ikinci povesti "Muqallimqe raxmet!" adı çəkilən dövrün ən gözəl əsərlərindən biri olmaqla, qaraqalpaq müəlliminin çətin və şərəfli işinə həsr olunmuşdur. T. Kaipbergenovun "Muqallimqe raxmet!" əsərini qırğız yazıçısı Ç. Aytmatovun "İlk müəllim" povestinin xeyli məqamları ilə müqayisə etdikdə bu əsərin özünəməxsus çalarlarla fərqləndiyinin şahidi olarıq.