Turbo

der; -s, -s techn. turbo
Turbinentriebwerk
Turbo-prop-Maschine
OBASTAN VİKİ
Turbodoldurma
Turbodoldurma — mühərriklərdəki porşenlərin sürətli hərəkətləri zamanı azalan hava əmilməsini, yəni porşenlərin ehtiyacı olduğu havanı nasoslayan atmosfer təzyiqinə əlavə təzyiq yaradan bir mexanizmdir (avtomobil mühərrikləri porşenli mühərriklər atmosfer mühərrikləridir), yəni ehtiyac duyduqları havadır. Yanacağın yanması mühərrik silindrindəki oksigendən, yəni daha çox havanın miqdarından asılıdır. Turbo qısaca hər iki tərəfində də turbinləri olan bir hava nasosu olaraq təyin edilə bilər və daha çox yanacaq yandırmaq üçün lazım olan havanı silindrə göndərmək üçün istifadə olunur. İsti və yüksək təzyiqli egzoz tüstüsü çox miqdarda enerji ehtiva edir və enerjili tüstü turbo turbinləri hərəkət etdirmək üçün istifadə olunur. Turbo, turbin və kompressor kimi iki hissədən ibarət sarmal formalı bıçaqlara malikdir. Türbin egzoz tərəfində, kompressor isə əmilmə tərəfindədir. Egzoz qazının çıxış təzyiqi ilə dönən turbin, aradakı birləşdirən şaftın köməyi ilə kompressor pərvanəsini döndərir. Bu mühərrik silindrinə əhəmiyyətli dərəcədə artan hava girişini təmin edir. Wastegate adlanan hissə, turbo tərəfindən göndərilən təzyiqin ifrat dərəcədə olması halında mühərrikə göndərilən sıxılmış havanın mühərrikə zərər verməməsi üçün istifadə olunan bir hissədir. İfrat dərəcədə yüksək təzyiqlərdə, Wastegatein bağlı olduğu bir qapaq açılır və işlənmiş qazı turbini çevirmək üçün istifadə etmək əvəzinə birbaşa çölə atır və ifrat təzyiqin qarşısını alır.
Turbofan
Turbofan və ya Turboventilyasiyalı mühərrik itələnməsi işlənmiş qaz ilə bərabər geniş ventilyasiya ilə də təmin olunan etibarlı və təmiri asan olan mühərrik növüdür. Ön hissəsi böyük, arxa hissəsi konus formalı və daha kiçikdir. Ümumiyyətlə sərnişin təyyarələrində istifadə olunur. Ön tərəfdəki turbinlə əmilən hava kompressor pərvanələri tərəfindən yanma kamerasına daxil olur, burada qatılaşdırılmış hava yanacaqla yandırıldıqda (bəzi mühərriklərdə su qarışdırılır) eyni zamanda böyük bir itələmə qüvvəsi yaranır. Bunu raket sürətlənməsi də adlandıra bilərik. Bu yaradılan itələmə qüvvəsi eqzos çıxışındakı turbinlər vasitəsilə çölə göndərilir, bütün bu sistem eyni milə bağlı bir mexanizmdir.
Turbojet
Turbojet, hava soyutmalı, aviasiya sektorunda istifadə edilən reaktiv mühərrik. Mühərrikin termodinamik dövrə patentinin XIX əsrdə Brayton tərəfindən alınmasına baxmayaraq, Böyük Britaniyada Frank Whittle və Almaniyada Hans von Ohain tərəfindən bir-birindən əlaqəli olmayaraq 1930-cu illərin sonlarında işləyən prototipləri yaradılmışdır. Turbo, Latınca “yüksək sürətlə fırlanan” deməkdir. Jet isə Latıncadan tərcümədə “döndərmək” mənası verir. Nyutonun üçüncü qanununa görə yüksək sürətdə qazları geriyə itələyərkən, özü tərs istiqamətdə bir qüvvə yaradır.
Turbopərvanə
Turbopərvanə (turboprop) arxasında işləyən bir reaktiv təyyarə mühərrikindən aldığı güclə pəri hərəkətə gətirən motor növüdür. Aşağı sürətlərdə yüksək səmərəlilik ilə işləyir. Buna görə də, hələ də karqo təyyarələrdə istifadə edilir.
Turboşaft
Turboşaft, jet itkisindən daha çox val gücü istehsal etmək üçün hazırlanmış bir qazturbin mühərriki növüdür. Turboşaft mühərrikləri konsepsiya etibarilə turbojetlərə çox oxşayır və eqzosdan istilik enerjisi əldə etmək və çıxış yerində val gücünə çevirmək üçün əlavə turbin genişləndirməsini həyata keçirirlər. Bunlar turbo zondlara bənzəyirlər, lakin kiçik fərqləri mövcuddur və tək bir mühərrik əsasən hər iki formada satılır. Turboşaft mühərrikləri helikopterlər, köməkçi enerji blokları, qayıqlar və gəmilər, tanklar, hoverkraftlar və stasionar avadanlıqlar kimi davamlı yüksək güc çıxışı, yüksək etibarlılıq, kiçik ölçülülük və yüngüllük tələb olunan tətbiqetmələrdə geniş istifadə olunur.