Crataegus turcomanica
Türkmən yemişanı (lat. Crataegus turcomanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Təbiətdə növün arealı Türkmənistanın dağ rayonlarını (Kopetdağ), İran və Əfqanıstanı əhatə edir.
== Botaniki təsviri ==
Budaqları boz, nazikdir; zoğları çılpaq, albalı rəngli, göyümtül çöküntü ilə örtülümüşdür. Tikanları əsasən yoxdur, yarpaq tikanları da inkişaf etmir. Yarpaqların üstü göyümtül-yaşıl, alt tərəfi açıqdır. Meyvəverən zoğlarda aşağı yarpaqları qeyri-bərabər, iri dişli, 3 bölümlüdür, əks-yumurtavaridən uzunsov-ovalşəkillidir; yuxarı yarpaqların uzunluğu 4,5-5 sm, forması enli-əks yumurtavaridən yumruyadək dəyişilir, üç pərlidir, pərləri iti uclu və enlidir. Steril zoğların yarpaqları dərin 5-7 pərli, iti və ya küt enli pərlidir. Çiçək qrupları 8-12 çiçəklidir; kasayarpaqları oval-üçkünc, mərkəzindən uzun olmayan, küttəhər daralmış, hipantinin mərkəzindən aşağıya əyilir; erkəkcikləri 17-20-dir. Meyvələri birdişicikli yemişanda (Crataegus monogyna) olduğu kimidir, ancaq daha iridir.