Oliver Tvistin macəraları
Oliver Tvistin macəraları — Çarlz Dikkensin ikinci romanı. Oxuculara təqdim olunan "Oliver Tvist" romanı məşhur ingilis yazıçısı Çarlz Dikkens yaradıcılığından Azərbaycan dilinə tərcümə edilən ilk əsərdir. Bu roman Dikkensin yaradıcılığında xüsusi yer tutur və öz dərin ictimai məzmunu, həyat həqiqətini düzgün göstərməsi və bədii vüsəti etibarilə bütün dünya ədəbiyyatında geniş şöhrət qazanmışdır. Öz zəmanəsinin ictimai mənzərəsini geniş əks etdirən, kapitalist-burjua şəraitində yoxsulların ağır vəziyyətini, xüsusən səfillərin və kiçik yaşlı uşaqların ehtiyac üzündən çəkdiyi müsibətləri inandırıcı bir qələmlə təsvir edən bu roman XIX əsrin ingilis ədəbiyyatında tənqidi realizmin ən gözəl nümunələrindən biri sayılır və yarandığı vaxtdan indiyə qədər öz bədii təsir gücünü, idrak əhəmiyyətini itirməyən sənət əsəri kimi diqqəti cəlb edir, dünya xalqlarının dilinə tərcümə olunur.
Oliver dünyaya gələndə anası onun üzünü cəmi bircə dəfə görmüş və dünyadan köçmüşdü. Onun 9 yaşı olana qədər heç kim onun valideynlərinin kim olduğunu bilməmişdi. Hələ uşaqlıq illərində o bircə dəfə nə xoş bir söz, nə xoş bir baxış görməmiş, həmişə aclıq və sıxıntı ilə yaşamışdır.
Bir dəfə o, yurdsuzlar evindən bir tabut düzəldənin yanına şagird vəzifəsinə göndərilir. Burda o ondan böyük və güclü olan Noe Kleypol ilə tanış olur. Noe həmişə onu təhqir edib ələ salsa da, Oliver heç vaxt ona fikir vermir.