tülküquyruq

tülküquyruq
tülküxasiyyətli
tülküquyruqkimi
OBASTAN VİKİ
Tülküquyruq
Tülküquyruq (lat. Alopecurus) — qırtıcçiçəklilər sırasının qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Hər iki yarımkürənin mülayim və soyuq qurşaqlarında, tropiklərin dağlıq ölkələrində 50-dək növü yayılıb. Çiçək qrupu sıx sünbüldür. Meyvəsi dənmeyvədir. Hamar tülküquyruq (Alopecurus aequalis Sobol.) Alopecurus arundinaceus Alopecurus myosuroides Alopecurus geniculatus Alopecurus saccatus Alopecurus carolinianus Çəmən tülküquyruğu (Alopecurus pratensis) Azərbaycanda 12 növü bitir.
Hamar tülküquyruq
Hamar tülküquyruq (lat. Alopecurus aequalis) — qırtıckimilər fəsiləsinin tülküquyruq cinsinə aid bitki növü.
Tülküquyruq çayyovşanı
Myricaria germanica (lat. Myricaria germanica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin çayyovşanı cinsinə aid bitki növü. Krım, Qafqaz, Orta Asiya, Qərbi və Şərqi Sibir, İran, Himalay və Şimali Çində təbii arealı vardır. Qoca budaqların qabığı bozumtul-qonur, birillik zoğların qabığı sarımtıl-yaşıldır. Yarpaqları xətvarı-uzunsov, xırdа, uzunluğu 1,5-5 mm, eni 0,5-1 mm, biz, bir az içəriyə burulmuş, bünövrəsi enli, oturaq, rəngi göyümtül-yaşıldır. Çiçək salxımları yan, illik budaqlardа inkişaf edir. Çiçək salxımları sıx, sünbülvarı, uzunluğu 5-10 sm, eni 1-1,3 sm olub, bünövrəsi çoxsaylı, enli, yumurtavarı, küt pulcuqludur. Çiçək saplaqlarının uzunluğu 2-3,5 mm-dir. Çiçəkaltlıqları yumurtavarı, ellipsvarı, uzunluğu 5–10 mm, eni 2–5 mm-dir. Çiçəkaltlıqlarının orta hissəsi enli, kənarları bütöv, ucu kütdür.