tənbəki
tənbəki-tütün
OBASTAN VİKİ
Qəlyan
Qəlyan — Orta Şərq, Qafqaz və Cənubi Asiyaya xas ənənəvi bir tütün çəkmə vasitəsi İstifadəçinin bir xortum vasitəsilə sudan keçərək süzülən tüstünü içinə çəkməsini təmin edən bir qurğudur. Qəlyanın içim şəkli və forması yüzlərlə il keçdikdən sonra daha da formlaşmışdır. Bu istifadə ənənəsi ilə sadə bir alətdən daha çoxunu ifadə edir, hətta şərq mədəniyyətinin bir parçası halına gəlmişdir. Qəlyan təməl olaraq 4 hissədən meydana gələr: Sər: Qəlyanın uzun gövdəsi. Boyun qisimi dar olmaqla birlikdə qarın qisiminə enildikcə diametri genişləyən, quruluş olaraq dolçaya bənzəyən bir parçadır. Şüşə, metal və dulusçuluqdan edilir. Lülə: Ən üstdə olan, təmbəkinin qoyulduğu dəlikli tabaq. Gümüş, düyü ya da misdən edilmiş, oymalarla bəzəkli bir mühafizə ilə çevrilidir, üzərinə köz qoyularaq lazımlı istilik təmin edilir. Marpuç: Tüstünü şüşədən alan və ağıza çatdıran hissədir. Bu hissədə istifadə edilən xortum qoyun dərisindən edilir.
Tənbəki
Tənbəki (lat. Nicotiana rustica) — tütün cinsinə aid bitki növü.
Tənbəki üsyanı
Tənbəki üsyanı — 9 mart 1891-ci ildə Nasirəddin şah Qacarın hakimiyyətinə qarşı xalq çıxışı. == Tarixi == 1891-ci il Nasirəddin şah Qacar bütün İranda tütün almaq, satmaq və emal etmək üçün ingilislərə konsessiya verilməsi barədə müqavilə imzalayır və bunun müqabilində şirkət əldə edəcəyi qazancdan ildə İran hökumətinə cüzi bir məbləği — 15 min funt sterlinqi ödəməyi öhdəsinə götürürdü. İranın bir çox mühüm şəhərlərində şirkətə məxsus idarələr təşkil edən ingilislər Hindistandan və digər müstəmləkə ölkələrindən işçi, qulluqçu adı ilə dəstə-dəstə öz təbəələrini gətirməyə başladılar ki, bu da həmin sahədə çalışan sahibkar, tacir, kəndli, sənətkar və fəhlələr arasında həyəcanın artmasına səbəb oldu, heç kəs öz tütün və tənbəkisini ingilislərə satmağa razı olmadı. Buna cavab olaraq 1891-ci ilin ortalarında ingilis şirkəti İran hökumətinin razılığı ilə tütün alverinin və emalının yalnız bu şirkətə məxsus olduğunu bildirdi. Buna cavab olaraq, 1891-ci il avqustun 19-da Təbriz əhalisinin böyük əksəriyyətinin imzası ilə şaha göndərilən petisiyada tütün və tənbəki inhisarının ləğv edilməsi tələb olundu. Təbriz bazarı bağlandı, 20 min adam silahlanaraq hərəkata qarşı baş verə biləcək hər hansı hadisəyə müqavimət göstərmək üçün hazır vəziyyətdə dayandı. Təbrizin ardınca Şiraz, İsfahan və Məşhəddə şirkətə qarşı kəskin çıxışlar baş verdi. Tehranın özündə inhisarın ləğv edilməsi tələbi ilə əhali 1892-ci il yanvarın 4-də şah sarayına hücum etdi. Bütün bunlar şahı məcbur etdi ki, 1892-ci il yanvarın 5-də Talbotla bağlanmış müqavilənin ləğv olunduğunu rəsmən elan etsin. İrana gəlmiş ingilis məmurları ölkəni tərk etməyə məcbur oldular.