tənqidçi-sənətşünas

tənqidçi-sənətşünas
tənqidçi-kommunist 2021
tənqidçi-teatrşünas
OBASTAN VİKİ
Tənqidçi
Tənqid – şifahi, yazılı və ya feli ola bilər. Lüğət mənası ilə tənqid – hər hansı bir insan, əsər və ya mövzunun doğru-yanlış, əskik-artıq, gözəl-çirkin cəhətlərini tapıb göstərmə işidir. Tənqidin əxlaqi cəhətdən yaxşı və ya pis dəyərləndirilməsi; kimə, nə vaxt, hansı dərəcədə, hansı məqsədlə və hansı niyyətlə edildiyindən asılıdır. Bu baxımdan tənqid, müsbət tənqid (faydalı olan) və mənfi tənqid (zərər verən) olaraq iki yerə bölünür. Tənqidin təsiri də yuxarıdakı söylədiyimiz xüsusiyyətlərə görə fərqli ola bilər. Fərdi və ictimai həyatın daha da yaxşılaşması üçün xətaların fərq edilib lazımi qaydada ifadə edilməsi yararlıdır. Ancaq bu ifadə formasının insana və ətfarına zərər verməməsi, ifadələrin müsbət niyyətli olması vacibdir. Bu formada edilən müsbət tənqidlərdə səhvləri düzəltmə mülahizəsi vardır. Ailə və cəmiyyətdə mənfi tənqidə bağlananlar getdikcə hər şeydə bir əskiklik axtararlar. Bu şəkildə tənqidin bir alışqanlıq kimi edilməsi müşahidə olunur.
Sənətşünas
Sənətşünaslıq — incəsənəti və bədii mədəniyyəti, onların həyata münasibətini, bədii əsərlərin forma və məzmununu tam şəkildə öyrənən elmlər toplusu. Sənətşünaslıq həmçinin incəsənət nəzəriyyəsini və bədii tənqidi də öyrənir.
Con Beyn (tənqidçi)
Con Piter Beyn (ing. John Peter Bain; 8 iyul 1984, Spennimur, Darem, Böyük Britaniya – 24 may 2018, Şarlott, Şimali Karolina, ABŞ; əsasən TotalBiscuit, The Cynical Brit və TotalHalibut psevdonimləri ilə tanınır) — Böyük Britaniya videooyun tənqidçisi, kiberidman icmalçısı, YouTube kanalı müəllifi. "Eurogamer"in verdiyi məlumata görə, Beyn yeni hazırlanmış indi oyunlar və oyun xəbərləri üzrə təhlil mövzularını əhatə edən şərh videoları ilə böyük tamaşaçı icması əldə etmişdir. Beyn səmimiliyi, oyun sənayesində istehlakçı mövqeyini qoruması və təsirli tənqid videoları ilə tanınırdı. Beynin YouTube kanalı iki milyondan çox abonentə malik idi. Beyn 2015-ci ilin oktyabr ayında düz bağırsaq xərçəngi olduğu açıqlamış, ancaq fəaliyyətinə 2018-ci ilin aprel ayına qədər davam etmişdir. Beyn peşəsindən rəsmi olaraq, 2018-ci ilin aprel ayında təqaüdə çıxmışdır. Bunun səbəbi xəstəliyinin müalicəolunmaz hala gəlməsi idi. O, 24 may 2018-ci il tarixində 33 yaşında vəfat etmişdir. == Həyatı == Con Piter Beyn 8 iyul 1984-cü il tarixində Böyük Britaniyanın Darem qraflığında yerləşən Spennimur qəsəbəsində anadan olmuşdur.
Qurban Bayramov (tənqidçi)
Qurban Bayramov (tam adı: Bayramov Qurban Fərman oğlu; 30 may 1946, Əlimədətli, Ağdam rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985), Respublika Qarabağ Ağsaqqallar Şurasının üzvü (2001), Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü (2003), filologiya üzrə fəlsəfə doktoru (1979), Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi. Qurban Bayramov 1946-cı il mayın 30-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. Orta təhsilini burada almış, indki N. Tusi adına ADPU-nin filologiya fakültəsini (1963–1967) bitirmişdir. Orta məktəbdə müəllim, tədris işləri üzrə direkor müavini vəzifələrində çalışmışdır (1967–1971). Hərbi xidmətdə olmuş (1967–1968), aspirantura təhsili almışdır (1970–1974). 1972-ci ildən Ədəbiyyat İnstitutunda baş laborant, elmi işçi, baş elmi işçi olmuşdur. Hazırda həmin institutda aparıcı elmi işçi vəzifəsində fəaliyyət göstərir. 1979-cu ildə "Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi" mövzusunda dissertasiya müdafiə etmişdir. Dövri və elmi mətbuatda 300-dən çox məğalə dərc etdirmiş, "Vurğun poeziyası", "Lirik qəhrəman və zaman", "Yaşar Qarayev: Milli yaddaş təlimi – Azərbaycançılıq" elmi-nəzəri, "Yaralı Vətənin yaralı övladları" bədii-publisist kitabları var. Onun "Müasir Azərbaycan poeziyasında üslubi meyillər", "Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik", "M. Ə. Sabir ənənələri və Azərbaycan ədəbiyyatı", "Səməd Vurğun dünən, bu gün və sabah", "M. H. Şəhriyar poetik üslubu", "Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər" kimi tədqiqat işləri vardır.
Əkbər Ağayev (tənqidçi)
Əkbər Ağayev (azərb. Əkbər Məmməd oğlu Ağayev‎; 21 mart 1915, Şuşa – 2 mart 1989, Bakı) — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), Azərbaycanın Əməkdar ali məktəb işçisi (1981), filologiya elmləri doktoru (1972), professor. Görkəmli tənqidçi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Əkbər Ağayev Şuşada anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat şöbəsini bitirmişdir. 1940-1941-ci illərdə Elmlər Akademiyası Azərbaycan filialının aspiranturasında təhsilini davam etdirmişdir. Həmçinin Moskvada Ali Diplomatiya Məktəbində təhsil almışdır. Əkbər Ağayev Moskvada Ali Diplomatiya Məktəbində təhsilini başa vurduqdan sonra "İzvestiya" qəzeti və Sovet İttifaqı Teleqraf Agentliyi redaksiyalarında işləmişdir. Daha sonra Bakıda bir sıra mətbuat orqanlarında ədəbi işçi, məsul katib, şöbə müdiri və redaktor vəzifələrində çalışmışdır. Əkbər Ağayev eyni zamanda elmi-pedaqoji fəaliyyəti dövründə Azərbaycan Dövlət Pedaqoji Universitetində, Xarici Dillər İnstitutunda, Bakı Dövlət Universitetində müəllim. kafedra müdiri və fakültə dekanı, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda inkişaf etmiş sosializm dövrü ədəbiyyatı şöbəsinin müdiri vəzifələrində işləmişdir.
Kamal Həsənov (sənətşünas)
Həsənov Kamal Nəsrulla oğlu (1925, Bakı) — Azərbaycan sənətşünası və baletmeysteri, sənətşünaslıq namizədi, Azərbaycanın əməkdar mədəniyyət işçisi. == Həyatı == Kamal Həsənov 1925-ci ildə Bakı şəhərində azərbaycanlı ailəsində anadan olub. 1943-cü ildə Bakı Neft Texnikumuna daxil olaraq 1948-ci ildə neft konstruktoru ixtisasını bitirib. Həmçinin 1944–1950-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb (ritmika). 1946–1966-cı illərdə Azərbaycan Dövlət Lenin ordenli M. F. Axundov adına Opera və Balet Teatrında balet artisti işləyib. Repertuarda olan klassik və Azərbaycan baletlərində bir sıra partiyaları ifa etmişdir. İşlədiyi dövrdə, yəni 1948–1952-ci illərdə -Xoreoqrafiya məktəbində oxumuşdur. 1966-cı ildə M. A. Əliyev adına Azərbaycan Dövlət Teatr (Mədəniyyət və İncəsənət Universiteti) İnstitutuna müəllim vəzifəsinə qəbul edilmiş,1969-cu ildə baş müəllim təyin edilmişdir. 1974-cü ildə "Azərbaycanın xalq rəqsləri" adlı dissertasiya müdafiə etmiş, sənətşunaslıq namizədi elmi dərəcə almışdır. 16 iyun 1976-cı ildə 230/27№ protokola əsasən səhnə hərəkəti üzrə Dosent vəzifəsinə kecirilmişdir.
Nigar Axundova (sənətşünas)
Nigar Vəli qızı Axundova (27 may 1953, Bakı) — sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünaslıq namizədi (1995), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). 1953-cü il mayın 27-də anadan olub. Vəli Axundovun qızı, anası Sara Axundova Ağaoğlulardandır. 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Qadınlar musiqidə. "Musiqi dünyası" jurnalı, №1, 1999; Ex orient a lux. /ing. dil./ "Caspian" jurnalı, B., 1999; Lüsernada keçirilən musiqi festivalı "Composer in residence" - Firəngiz Əlizadə. "Musiqi dünyası", №1, 2000; Azad Əliyevlə müsahibə /İfaçılıq rubrikasında/.
Ziyadxan Əliyev (sənətşünas)
Ziyadxan Əliyev (1 iyul 1948, Şamxor) — sənətşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan təsviri sənətinin müxtəlif sahələrini, onun inkişaf tendensiyalarını, ayrı-ayrı sənətkarların yaradıcılığının ardıcıl araşdırmaçısı. Əməkdar incəsənət xadimi. Ziyadxan Əliyev 1948-ci il iyul ayının 1-də Şəmkirdə anadan olmuşdur. Sonradan ailəsi Şamaxı rayonuna köçmüşdür. O, 1974-cü ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirib. Sonradan İ. Y. Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunun sənətşünaslıq fakültəsində (1976–1982) təhsil almışdır. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 1987-ci ildən isə bu təşkilatın Rəyasət Heyətinin üzvüdür. Sənətşünaslıq fəaliyyətinə 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində başlayan Z. Əliyev, əvvəlcə elmi işçi, sonra isə "Qərbi Avropa və rus incəsənəti" elmi şöbəsinin müdiri vəzifəsində çalışıb. Burada 1993-cü ilə qədər davam edən fəaliyyəti dövründə dünya və milli təsviri sənətimizin öyrənilməsi, təbliği sahəsində səmərəli fəaliyyət göstərib. Həmin illərdə onun tədqiqatları sayəsində indiyə kimi elmə naməlum qalmış fransız barbizonçusu Jül Düprenin, rus impressionisti Konstantin Korovinin, holland rəssamı Frans Xalsın, flamand rəssamı Piter Klassın, məşhur Azərbaycan rəssamı usta Qənbər Qarabağinin və görkəmli memar Zivərbəy Əhmədbəyovun rəngkarlıq və qrafik əsərlərinin dəqiq atribusiya nəticəsində müəllifliyi müəyyən olunub.
Kərim Kərimov (sənətşünas alim)
Kərim Cabbar oğlu Kərimov (20 sentyabr 1921, Naxçıvan, Naxçıvan İŞC – 25 iyun 1995, Bakı) ― sənətşünas alim, professor (1975), sənətşünalıq doktoru (1971), AMEA-nın müxbir üzvü (1980). == Həyatı == Kərim Kərimov 20 sentyabr 1921-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra İkinci Dünya müharibəsi iştirakçısı kimi 1939–1946-cı illərdə Sovet ordu sıralarında hərbi xidmət keçib. Ordudan tərxis olunduqdan sonra 1946–1951-ci illərdə Bakı Dövlət Universitetinin Sənətşünaslıq bölməsində ali təhsil alıb. == Əmək fəaliyyəti == 1951-ci ildə AMEA Memarlıq və İncəsənət İnstitutuna gələn gənc mütəxəssis Kərim Kərimov ömrünün sonuna kimi həmin institututda müxtəlif vəzifələrdə çalışıb. Belə ki, o, 1971–1995-ci illərdə AMEA Memarlıq və İncəsənət İnstitutunda şöbə müdiri, 1973–1993-cü illərdə elmi işlər üzrə direktor müavini, 1993–1995-ci illərdə isə direktor vəzifəsində işləyib. Habelə 1958-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Kərim Kərimov 1982–1992-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının katibi vəzifəsini icra edib. Kərim Kərimov 1993-cü ildə Beynəlxalq Gözəl Sənətlər Akademiyasının həqiqi üzvü seçilib. O, Mədəniyyət Abidələrinin Qorunması və Bərpası Metodiki Şurasının, Mətbuat Komitəsinin Bədii Şurasının və b. şura və komissiyaların üzvü olub.