TƏRAVİH

Ramazan ayı boyu hər gecə qılınan nafilə namazıdır. Bu namazlar vacib namazların qılınmasından sonra qılınır. Müsəlmanların inancına görə bu namazın böyük savabı vardır. Təravih namazının rükətlərinin sayı barəsində ixtilaf vardır: bəzi məzhəblərdə 20, bəzilərində 8-dir. Hədislərdən öyrənirik ki, müsəlmanlar təravihi Məhəmməd peyğəmbərin zamanında təklikdə qılmışlar. Xəlifə Ömər dövründə isə camaatla qılınmağa başlanılmışdır. Cəfəri məzhəbinə görə Ramazan ayı 1000 rükət nafilə namazı qılmaq Allah qarşısında ən böyük savablardan biridir. Bu namaz 2 rükət aralıqla təklikdə qılınır.
TƏNASÜH
TƏRİQƏT
OBASTAN VİKİ
Təravih namazı
Təravih namazı — Sünnilər tərəfindən Ramazan ayında qılınan müstəhəb namaz. "Qiyam-ı Ramazan" adı ilə də tanınır. Türkiyəli alim, sabiq millət vəkili Prof. Dr. Yaşar Nuri Öztürkə görə İslamda təravih deyə bir namaz yoxdur. Türkiyəli alim Prof. Dr. Əbdüləziz Bayındıra görə təravih namazı Ömər ibn Xəttabın xilafəti zamanından qılınır və Məhəmməd peyğəmbər belə bir namaz qılmayıb. Türkiyənin keçmiş Diyanət İşləri Naziri Prof. Dr.

Значение слова в других словарях