TƏƏDDÜDÜZ-ZƏVCƏT
bir neçə qadınla eyni zamanda nikahda olmaq, yəni poliqamiyadır. İslam dinində poliqamiyaya yol verilsə də, bu müəyyən şərtlər daxilində mümkündür. Kişinin eyni vaxtda dörd qadından artıq həyat yoldaşı ola bilməz. Qadın isə eyni vaxtda yalnız bir kişi ilə izdivacda ola bilər. Qadın başqası ilə yalnız boşandıqdan və iddə müddəti bitdikdən sonra evlənə bilər.