Uçot Registrləri

uçot üçün qəbul olunmuş ilkin sənədlərdə olan məlumatların toplanması və sistemləşdirilməsini nəzərdə tutan mühasibat sənədlərindən biridir.
Uçot Registrləri
Uçotda Üstünə Gəlmə Metodu
OBASTAN VİKİ
Uçot dərəcəsi
Uçot dərəcəsi (yenidən maliyyələşmə dərəcəsi) –(ing. discount rate) – Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Sadə dillə desək, Mərkəzi bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir. Təcrübədə isə bu aşağıdakı formada həyata keçirilir: Tutaq ki, kommersiya bankı Mərkəzi bankdan 1 milyon dollar götürə bilər. 1 ildən sonra isə o Mərkəzi Banka ondan əldə etdiyi ümumi məbləği və həmin dövr ərzində toplanmış yenidən maliyyələşmə dərəcəsini (uçot dərəcəsini) geri qaytarmalıdır. Həmin il ərzində kommersiya bankı həmin pulları uçot dərəcəsindən yüksək faizlə əhaliyə və təşkilatlara kredit olaraq verir və gəlir əldə edir. Bunu rəqəmlərlə izah etməli olsaq tutaq ki, Mərkəzi Bankın təyin etdiyi yenidən maliyyələşmə dərəcəsi 10% təşkil edir. Bank Mərkəzi Bankdan 10%-lə məbləği əldə edir və onu vətəndaşlara 18%-lə kredit şəklində verir. Aradakı fərqi kommersiya bankı və yaxud kredit təşkilatı gəlir olaraq əldə edir. Uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir.

Значение слова в других словарях