ulus-oymaq

ulus-oymaq
ulus
uluslararası
OBASTAN VİKİ
Oymaq iyesi
Oymaq iyəsi
Oymaq iyəsi — türk, monqol və altay mifologiyalarında qəbilənin və ya tayfanın qoruyucu ruhu. Oymaq iyəsi və ya Oyu (Oyuv, ​​Uyıv) iyəsi olaraq da bilinər. Bəzən Uruk (Uruğ, Urıv) iyəsi təbiri də bənzər bir məna ifadə etmək üçün istifadə edilir. Monqollar Aymag Ezen olaraq bilərlər. Hər tayfanın fərqli bir qoruyucu ruhu vardır. Türklərdə ailə və sülalə kimi alt birimleden sonra ictimai təşkilatlanmanın ilk mərhələsi oymaqlardır. Türklərdə bir çox boyun və ya oymağın qurucusu olan və öz adını daşıyan bir atası vardır. Bu ata ümumiyyətlə o boyun və ya oymağın qoruyucusu olaraq qəbul görər. Məsələn: Qazax Xan: Qazaxların atası olaraq qəbul edilir. Qıpçaq (Qıfçax) Xan: Qıpçaq boyunun atasıdır.
Ulus (Bartın)
Ulus (türk. Ulus) — Bartın ilinin ilçəsi. Ulus ilçəsinin tarixinin eramızdan əvvəl 3000-cü ilə aid olduğu güman edilir. Eramızdan əvvəl 800-2000 illərində ilk basqınlar, şərqdən, sonra qərbdən köçlər oldu, Hetlilər və müasir Qazqolar uzun müddət bu bölgədə məskunlaşmışlar. Anadolu Səlcuqlu dövründə Ulus Candaroğulları Knyazlığının sərhədləri daxilində qalmışdır. Osmanlı dövründə ilçə kiçik bir yaşayış məntəqəsi olaraq qaldı və ticarət, siyasi, hərbi hadisələr olmadı. Ulus Safranbolu ilçəsinin məhəlləsi olmuş, 8 avqust 1944-cü ildə Zonquldak ilinə bağlanmışdır. 3760 nömrəli, 28 avqust 1991-ci il tarixli qanunla Bartın ilinin bir ilçəsi olmuşdur. Rayon ümumiyyətlə kobud əraziyə malikdir. Bölgənin əsas bitki örtüyü meşədir.
Ulus (qəzet)
Ulus (qəzet, Azərbaycan)
Ulus dağı
Ulus dağı – Culfa rayonu ərazisində dağ (hünd. 966,5 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin qurtaracağında, onun qərb yamacında, Qaradərəçayın sol sahilində zirvə. Dizə kəndindən 2 km-dək cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuşdur, cənub-şərq yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Pilələr sinklinalının şimal-şərq qanadında yerləşir.
Ulus dövlət
Milli dövlət — qanuniliyini bir millətin müəyyən bir coğrafi sərhəd içindəki üstünlüyündən alan dövlət forması. Dövlət siyasi və geopolitik bir varlıq, ulus (millət) isə mədəni və ya etnik bir varlıqdır. Ulus dövlət qavramı isə bu ikisinin müəyyən bir coğrafiyada örtüşdürür, beləliklə də özündən əvvəl olan dövlət formaları ilə böyük ölçüdə fərqliləşir. Tarixdəki digər dövlətlərdən fərqli olaraq ulus dövlət modelində dövləti yaradan bütün vətəndaşların ortaq bir dili, ortaq bir mədəniyyətii və ortaq dəyərləri paylaşması əsasdır. Bundan başqa ulus dövlət qavramı hər millətin öz taleyini təyin etmək və muxtariyyət haqqına sahib olduğu fikrini müdafiə edir. Bu xüsusiyyəti ilə dünyadakı bir çox millətçi hərəkata ilham qaynağı olmuşdur. Ümumilikdə ulus dövlətin Fransız inqilabı dövründə tarix səhnəsinə çıxmış olduğu qəbul edilir. Bu eyni zamanda feodalizmdən kapitalizmə keçid müddətini müəyyən edən dövrdür. Feodal dövlətdə üstün olan qanunilik anlayışına görə dövlətin sahibi və qanuniliyinin mənbəyi monarxiyadır. Feodal sistemin zəifləməyə başlaması ilə birlikdə güclənən burjuaziya sinifi siyasi ambisiyalarını həyata keçirmək üçün xalqın dəstəyini qazanmalı idi.
Ulus meydanı
Ulus meydanı (türk. Ulus Meydanı) — Ankaranın mərkəzində yerləşən meydan. Meydanda olan Mustafa Kamal Atatürk heykəlinin adı "Ulus Zəfər Anıtı"dır. Meydanın adı Türkiyənin qazandığı Türkiyə Qurtuluş Savaşından gəlməkdədir. Əvvəllər Taşhan meydanı olaraq adlandırılan meydan 1920-ci illərdən sonra bugünkü adıyla xatırlanmağa başlanmışdır. Meydandakı zəfər anıtı heykəli 1938-ci ildə Heinrich Krippel tərəfindən nəzərdə tutulmuşdur. Krippelin hazırladığı Atatürk heykəli meydanın simvolu halına gəlmişdir. Meydanda olan digər "Marşal Atatürk Anıtı"nın (1927) heykəltəraşı Pietro Canonicadır.
Ulus (qəzet, Köln)
Ulus qəzeti — Almaniyanın Köln şəhərində nəşr olunan müstəqil ictimai-siyasi və ədəbi-kulturoloji mühacirət mətbuatı. Ulus qəzetinin ilk sayı 1995-ci ilin noyabrında Almaniyanın Köln şəhərində nəşr olunub. Əslən Azərbaycanın Güneyindən olan Hilal Ulusun qurucusu oluduğu və onun redaktorluğu ilə çıxan qəzet Azərbaycan türkcəsi və farsca yayınlanıb. İki alman markasına satılan müstəqil mühacirət mətbuatı kimi yayınlanan qəzet müstəmləkəçiliyə qarşı yazılarla çıxış etmiş, Güney Azərbaycanın müstəqilliyini müdafiə etmişdir. A3 formatında dörd səhifədən ibarət olan qəzetin yazıları ictimai-siyasi, kultroloji incələmələr, xəbər, bildiriş, bəzən də qısa şeir və hekayələrdən ibarətdir. Hər sayda fars dilli oxuculara yönəlik iki siyasi yazı verilmişdir. Qəzetin ilk 10 sayı aylıq, 21-ci sayınadək iki aydan bir, sonra isə fasilələrlə yayınlanmışdır. Qəzetin toplam sayısı 23, son buraxılışı isə 1999-cu ilin mart ayında olmuşdur. Üçüncü sayıdan ərəb əlifbası ilə olan türkcə yazıların başlıqları latın əlifbası ilə yazılmaqla yanaşı, bu qrafikada da məqalələr verilir. Ulusun türkcə yazılarında dilin yad sözlərdən arındırma çabası gözə çarpır, həmçinin dildə işlək olan bir çox yabancı sözlərin dırnaq arasında türkcə qarşılığı verilir.