UNDASİYA

/undadalğa/ nəhəng çökəkliklərin və qalxmaların əmələ gəlməsi, eləcə də dənizlərin transqressiya və reqressiyaları ilə müşaiət olunan, geniş sahədə yer qabığının dalğavari əyilməsi. ундация undation
ULTRAABİSSAL SAHƏ
UNDASİYA FƏRZİYYƏSİ
OBASTAN VİKİ
Undasiya fərziyyəsi
Undasiya (rus. ундация, ing. undation) — unda-dalğa – nəhəng çökəkliklərin və qalxmaların əmələ gəlməsi, eləcə də dənizlərin transqressiya və reqressiyaları ilə müşaiət olunan, geniş sahədə yer qabığının dalğavari əyilməsi. Undasiya fərziyyəsi, van Bemmelen, 1933 – Yer qabığının geokimyəvi inkişaf konsepsiyası və dağ əmələgəlmənin birsəbəbli konsepsiyası kimi iki müddəaya əsaslanan fərziyyə. Müəllifə görə, termini izah etmək üçün qeyri-bircinslilik nəticəsində mantiyada baş verən konveksion axınlar haqqında təsəvvürlər kifayət deyil, çünki bu halda mantiya və qabıq materialında gedən geokimyəvi dəyişilmələr nəzərə alınmır. Əsasən qravitasion diferensasiya prosesləri ilə ifadə olunan bu dəyişilmələr nəticəsində Yer təkinin bəzi yerlərində ətrafa nisbətən yüngül, digər yerlərdə daha ağır material toplanır. Bu proses müvazinəti pozur və Yerin daxilində yüngül materialın yüxarıya, ağır materialın aşağıya doğru yerdəyişməsinə səbəb olur. Belə yerdəyişmələr bilavasitə tektonik hərəkətlərə səbəb olur. Maddənin sıxlığa görə laylaşması nəticəsində ayrılan enerji, həm də tektonik hərəkətlərin enerjisi hesab edilir. Diferensiasiya prosesində mantiyadan əriyib çıxarılan, mantiyanın peridotit tərkibli üst hissəsində toplanan bazalt Yer qabığına soxularaq onu qalınlaşdırır.