UYĞUN MORFOSTRUKTUR

1) müasir relyefdə geoloji struktura uyğun gələn morfostruktur; 2) relyef və strukturun sadə, birbaşa (uyğun) münasibəti ilə səciyyələnən morfostruktur. Homogen morfostrukturun sinonimi, irsi morfostruktur. морфоструктура прямая, морфоструктура согласная concordant morphostructure
UYĞUN INTRUZIV
UYĞUN RELYEF FORMASI
OBASTAN VİKİ
Morfostruktur
Morfostruktur- Əmələ gəlməsində əsas etibarilə endogen qüvvələrin rol oynadığı materiklərin və okean dibinin böyük relyef forması. Məsələn; sualtı sıra dağlar, okean çökəklikləri və s.
Uyğun
Uyğun (özb. Uyg‘un, əsl adı — Rəhmətulla Ataquzuyev (özb. Rahmatulla Otaqo‘zi); 1 (14) may 1905, Merke, Cambul vilayəti – 22 aprel 1990, Daşkənd) — Özbək şairi və ictimai xadimi. Uyğun müasir özbək ədəbiyyatında lirik şeirin və dramaturgiyanın inkişafında xüsusi xidmətləri olan sənətkarlardandır. O, 1905-ci ildə Cənubi Qazaxıstanın Mark kəndində anadan olmuşdur. Uyğun onun təxəllüsüdür. Əsl adı və familiyası Rəhmətulla Ataqazıyevdir. Elmə olan maraq onu Daşkənd şəhərinə gətirmişdir. O, 1923-1925-ci illərdə K.Marks adına Daşkənd təlim-tərbiyə texnikumunda təhsil almışdır. 1925-1927-ci illərdə isə Daşkənd Pedaqoji Texnikumunu bitirmişdir.
Həlqəvi morfostruktur
Həlqəvi morfostruktur (rus. морфоструктура кольцевая, ing. ring morphostructure) — relyefin morfogenetik tipləri və struktur elementlərinin qanunauyğun konsentrik birliyi olub, qədim vulkanik-plutonik həlqəvi strukturların seçmə denudasiyanın və neotektonik hərəkətlərin təzahür xüsusiyyətləri ilə əlaqədar olaraq formalaşır.