Manometr
Manometr (q.yun. μάνωσις — seyrəlmə + q.yun. μέτρον — ölçmə, ölçü cihazı) — maye və ya qazların təzyiqini ölçən cihaz.
Konstruksiyadan asılı olaraq, elementlərinin həssaslığına uyğun olaraq maye, ağır porşenli deformasiya (boruşəkilli yayla və ya membranla) manometrləri mövcuddur.
Manometrlər dəqiqliyinə görə siniflərə bölünür: 0,15; 0,25; 0,4; 0,6; 1,0; 1,5; 2,5; 4,0 (ədədin kiçikliyi, cihazın yüksək dəqiqliyini göstərir).