vaqon-evcik 2021

vaqon-evcik
vaqon-ev
vaqon-klub
OBASTAN VİKİ
Evcik-evcik
Evcik-evcik - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə uşaqlar arasında, əsasən də kiçik və orta yaşlı qız uşaqları arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Unudulub aradan çıxmaqda olan bu oyunun yaranma tarixi bizə məlum olmasada, ailə məişəti zəmnində yarandığı məlumdur. Bu barədə dəqiq fikir demək çətindir.Hər halda, oyunu xüsusiyyətləri onun uzaq keşmişlərə aid olduğunu göstərir. Hələ Azərbaycanda XVIII və XIX əsrlərdə uşaq oyuncaqları istehsal olunmadığı, yaxud da zəif istehsal olunduğu bir dövrdə bu oyunu keçirmək üçün qızlar “yorğan-döşək dəsti” eləcə də başqa məişət əşyaları tikib düzəldirdilər. Çubuqlardan, düymədən (piləkdən) və kiçik parça qalıqlarından (qırıntılarından), müxtəlif saplardan olduca gözəl, gəlincik hazırlayırdılar. Evcik-evcik oyunu maraqlı oyunlardan biri olmaqla yanaşı, müqəddəs ailə məişəti mərasimlərinin qalığı olub, sonradan oyuna çevrilmişdir. Hər dövrün tələblərinə uyğun olaraq dəyişən bu oyunun müasir ailənin məişət və mədəniyyətində tərbiyəvi əhəmiyyəti böyükdür. == Oyunun quruluşu == Bir neçə uşaq (əsas hallarda qız uşaqları) bir yerə cəm olub sanama yolu ilə ev yiyəsi (başçı, molla və ya aparıcı) seçirlər. Yerdə qalan oyunçulara ev yiyəsi (başçı, molla və ya aparıcı) tərəfindən müxtəlif vəzifələr tapşırılır. Oyun zamanı Azərbaycan xalqının ailə məişətinə (qonaqpərvərlik, ailəcanlılıq və s.) uyğun şəkildə ailədə baş verən hadisə və olaylar uşaqlar tərəfindən oyun şəklində oynanılır (yamsılanır, icra edilir).
Vaqon
Vaqon (fr. wagon, araba mənasını verən ing. waggon sözündən) ― dəmiryolu nəqliyyatı sistemində yük və ya sərnişin daşınması üçün istifadə olunan nəqliyyat vasitəsi. Vaqonlar bir-birinə bağlandıqda və bir və ya daha çox lokomotiv tərəfindən dartılanda qatar yaranır. Alternativ olaraq, bəzi sərnişin vaqonları öz-özünə hərəkət edir.
Sanitar vaqon
Sanitar vaqon ― xüsusi qatar növü. Ən çox buxar lokomotivi (dizel lokomotivi), vaqonlar və s. daxil olmaqla hərbi əməliyyatlar zamanı yaralıların və xəstələrin təxliyəsi və tibbi yardım üçün nəzərdə tutulmuşdur. Xəsarət alanların daşınması və müalicəsi üçün xüsusi təchiz olunmuş, eləcə də mətbəx, aptek, işçi vaqonları, meyit vaqonları və sair kimi köməkçi vaqonlardan ibarətdir. Yaralıların daşınması üçün dəmiryol qatarları Amerikada vətəndaş müharibəsi (1861-1865) və 1870-1871-ci illərdə Fransa–Prussiya müharibəsi zamanı geniş istifadə edildi. Alman 36 təcili yardım qatarı ordusunda 40 minə qədər xəstə və yaralı nəql etdi. 2010-cu ildən etibarən Rusiyada dəmir yolu qatarları bazasında beş səyyar konsultativ diaqnostika mərkəzi fəaliyyət göstərir: «Здоровье», «Доктор Войно-Ясенецкий — Святитель Лука», «Терапевт Матвей Мудров», «Академик Федор Углов» və «Хирург Николай Пирогов». Qatarlarda müayinədən dərhal sonra lazımi dərmanların alınması üçün aptek mövcuddur. Suveren bir qurum olan Malta Suveren Hərbi Ordeninin (SMOM), Sərəncamın Hərbi Korpusu olaraq bilinən hərbi şöbəsi vasitəsilə fəaliyyət göstərən xəstəxana vaqonları qədim tarixə malikdir . Bu cür vaqonların istismarı İkinci Dünya Müharibəsində ən yüksək həddə çatdı, lakin SMOM bu gün də belə qatarların istifadəsini davam etdirir.
Vaqon-Li hadisəsi
Vaqon-Li hadisəsi — 1933-cü ildə Vaqon-Li şirkətinin müdirinin türkcə danışan işçisinə şirkətin rəsmi dilinin fransızca olduğunu bildirərək, pul və işdən uzaqlaşdırma cəzaları verməsilə başlamış hadisədir. Yataqlı və yeməkli vaqonları olan farnsız dəmiryolu şirkəti Vaqon-Li şirkətində 22 fevral 1933-cü il tarixindü belçikalı müdir Jannoni telefonda türkcə danışan işçi Naci bəyə şirkətin rəsmi dilinin fransızca olduğunu bildirərək, 25 qəpik pul vəzası və 15 gün işdən uzaqlaşdırma cəzası verdi. Bu hadisə dövrün qəzetlərində əks olununca, 25 fevral 1933-cü ildə Peyami Safa, Cahid Arf kimi tanınmış şəxslərin də olduğu, Darülfünün və Milli Türk Tələbə Birliyi tələbələri toplanıb şirkətin Bəyoğlunda olan şirkət bürosu önündə etiraz nümayişləri başlatdılar. Daha sonra hadisələr də daha da böyüdü. Şüşələri qıraraq ofisə daxil olan tələbələr Mustafa Kamalın divarda asılı olan rəsmini aldıqdan sonra, ofisi dağıtdılar. Qrup əllərində Mustafa Kamalın rəsmi və türk bayraqları ilə şirkətin Qaraköy bürösuna gəlmiş, eyni şəkildə Mustafa Kamalın rəsmini aldıqdan sonra ofisi dağıtmışdırlar. Ən sonunda İstanbul valiliyinin önünə gələn kütlə qəzet binalarının önündə bir müddət nümayişə davam etmişdirlər və əllərindəki Mustafa Kamal rəsmlərini xalq evinə təslim etdikdən sonra dağılmışdır. Baş verənlərdən sonra şirkət Naci bəyi işə bərpa etmiş, etnik azlıqların və qeyri-müsəlmanların daha çox yaşadığı Pera ətrafında bir çox xarici şirkət türkcə addan istifadə etməyə başlamış və yenidən "Vətəndaş, türkcə danış!" kompaniyasi başladılmışdır. Vaqon-Li şirkəti daha sonra Osmanlı dövləti dövründən qalan bir çox xarici şirkət kimi milliləşdirilmişdir. Vətəndaş, türkcə danış!
Bakı vaqon təmiri zavodu
"Bakı vaqon təmiri zavodu" (əvvəllər Bakı təmir zavodu, Oktyabr İnqilabı adına Bakı vaqon təmiri zavodu) — Bakı şəhərində yerləşən Azərbaycanın sənaye müəssisəsi. == Tarix == Zavod 1892-ci ildə alman sahibkar Karl Eyzenşmidtin neft avadanlıqlarının təmiri emalatxalarının əsasında təşkil edilmişdir. 1920-ci ildən Zaqafqaziya dəmiryollarının əsas emalatxanasına çevrilir. 1930-cu ildə Bakı təmir zavodu, 1933-cü ildə isə — Oktyabr İnqilabı adına Bakı vaqon təmiri zavodu adlandırılır. == Məhsulları == Zavod ilk məhsullarını hələ 1919-cu ilin əvvəllərində buraxmışdır. Burad ailk dəfə neftçıxartma və neftayırma sənayesi avadanlıqlarına aid məhsullar olmuşdur. 1920-ci ildən isə paravozların təmiri, ehtiyat hissələrinin hazırlanması, avadanlıqlarda nasazlıqların aradan qaldırılması, elerktrostansiyaların təmirti kimi işləri həyata keçirir. 1933-cü ildən Böyük Vətən müharibəsinə qədər vaqon-0sisternlərin təmirini gerçəkləşdirir. Müharibə dönəmində isə cəbhə üçün (mərmi, mina korpusu, əl qumbarası) silah-sursat hazırlayırdı.. 1992-ci ilə qədər isə sisterin təmiri, vaqon təkər çütlərinin hazırlanması və təmiri, ehtiyat hissələrinin istehsalı həyata keçirilirdi.