Maks Veber
Maks Veber (alm. Max Weber; 21 aprel 1864[…], Erfurt, Saksoniya[d], Prussiya – 14 iyun 1920[…], Münxen, Veymar Respublikası) — alman sosioloqu, tarixçisi. Maks Veberin ən böyük və populyarlıq qazanmış əsərləri "Protestant işçi etikası" və "Kapitalizm ruhu və iqtisadiyyat və cəmiyyət", həmçinin sosioloji metodologiya, idarəçilik və din haqqındakı olan işləridir. Bütün bu işlərinin nəticəsi olaraq Maks Veber sosiologiya və sosial elmlərin inkişafında müstəsna xidmətlər göstərib və buna görə də Karl Marks və Emil Durkhaym ilə birgə sosial elmlərin təməlini qoyan şəxslərdən biri sayılır.
== Həyatı ==
Cəmiyyət haqqında müasir elmlər içərisində alman mütəfəkkiri Maks Veberin (1864- 1920) ideyaları geniş surətdə yayılmışdır. Onun fikrincə, hansı prinsiplərə əsaslanmasından asılı olmayaraq heç bir konsepsiya gələcəyimizi əvvəlcədən bildirməyə, yaxud proqnozlar verməyə qadir deyildir. Toplanmış empirik materialı ümumiləşdirmək və dünya tarixini izah etmək üçün Veber ideal tiplər adlanan konsepsiyanı işləyib hazırlamışdır. Həmin konsepsiya bəşər sivilizasiya tarixinin müxtəlif dövrlərinin modelini, yaxud sxemini vermək üçün əlverişli sayılır. Ona müvafiq olaraq bəşəriyyət tarixində bu cür dövrlər, antik biliklər, feodalizm və kapitalizm kimi başa düşülən ənənəvi cəmiyyətlər özünə determinə edilən əsas, yaxud ikinci dərəcəli prinsiplərə obyektiv olaraq daxil etmir. Onlar öz adlarını sırf şərti olaraq, ancaq praktiki məqsədlər üçün tarixin sxematik tipləşdirilməsi məqsədi xatirinə daşımışdır.