venetlər
venozluq
OBASTAN VİKİ
Venoz kateter
Venadaxili ya venoz kateter, periferik vena daxili kateter, PVK ( istehsalçı firma adları: Abbokath®, Braunüle®, Flexüle®, Venflon®, Viggo®) vena daxilinə müəyyən müddətə maye və dərman preparatlarının yeridilməsi ya applikasiyası üçün periferik xüsusən yuxarı ətraf venaların daxilinə qoyulan plastik və elastik bir borucuq. Venadaxili kateter qoyulduğundan sonra bir neçə gün ərzində istifadə oluna bilinir. 1962 ci ilə qədər vena daxilinə inyeksiya və infuziyalar dəmir iynələr vasitəsilə aparılırdı. Dəmir iynələr həm xəstələrin həm də tibbi personalın rahatlığı və təhlükəsizliyi baxımından çox əlverişsiz olduğundan, venadaxili elastik və plastik kateterlər ilk dəfə 1962 ci ildə kimyaçı həkim Bernd Braun tərəfindən icad edilmişdir. Tibbidə bəzən bu kateterləri "Braun kateterləri" də adlandırırlar.
Venoz sistemi
İnsan bədəni damarlarının siyahısı — İnsan bədənindəki damarların siyahısıdır.
Mərkəzi venoz kateter
Mərkəzi venoz kateter qısa olaraq MVK (ing. CVC - central venous access catheter, alm. ZVK - Zentralvenöser Katheter‎) intensiv infuzion terapiyanı aparmaq, mərkəzi venoz təzyiqi ölçmək məqsədilə mərkəzi vena damarlarına: yuxarı boş venaya açılan sağ və sol daxili və xarici vidaci venalara, aşağı boş venaya açılan sağ və sol qalça venalarına yeridilmək üçün nəzərdə tutulmuş süni plastik nazik bir boru. MVK bir, iki, üç və s. lüləli ya mənfəzli olurlar. Periferik venadaxili kateterdən vərqli olaraq, mərkəzi venoz kateter yüksək faizli elektrolitlərin xüsusən KCl məhlulunun, parenteral qidalandırıcı məhlulların, qan və qanəvəzedici preparatların yeridilməsi, katoxolamin terapiyasının aparılması, mərkəzi venoz təzyiqin ölçülməsi, laborator müayinələr üçün dəfələrlə qanın alınması üçün daha əlverişlidir. Seldinger texnikası Seldinger texnikasının icrası üçün xüsusi punksiyon iynə-şpris, mandren - istiqamətləndirici tel, dilotator - genişləndirici və katheterdən istifadə olunur. Standartlara uyğun olaraq punksiya olunan nahiyyə dezinfeksiya olunaraq sterill materialla izolə edilir. Şpris taxılmış punksion iynə aspirasiya olunmaq şərti ilə damar istiqamətində yeridilir. Damar əldə edilərkən şprisə dərhal qan aspirasiya olunur.

Значение слова в других словарях