viruslu
virusoloq
OBASTAN VİKİ
Virusologiya
Əhalinin heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsində mühüm amil onların baş sayının qorunub saxlanması və böyük iqtisadi ziyana səbəb olan infeksion xəstəliklərin baş verməsinin qarşısının alınmasıdır. Məhz bu tələbatdan baytarlıq virusologiyası digər biologiya və baytarlıq fənləri arasında nisbətən son dövrlərdə yaranmasına baxmayaraq sürətlə inkişaf edir. Müasir baytar həkimi infeksion xəstəliklərin təkcə kliniki-patoloji tərəfini yox həm də virusların xüsusiyyətlərini, laboratoriya diaqnostika üsuüllarını, həmçinin postinfeksion və postvaksinal immunitetin xüsusiyyətlərini də bilməlidirlər. Bəzi virus ailəsi və cinsi heyvanlardan əlavə insanlar üçün də patogen olduğuna görə, həmin xəstəliklərin öyrənilməsi mühüm epidemioloji əhəmiyyətə malikdir. Virusların kəşfi rus alimi-botaniki D.İ.İvanovskinin adı ilə bağlıdır. Hal-hazırda dəqiq şəkildə müəyyən edilmişdir ki, şiş xəstəlikləri həm RNT və həm də DNT-li viruslar tərəfindən törədilir. XX əsrin taunu» kimi qeyd olunan qazanılmış immunitetin çatışmazlığı sindromu xəstəliyinin də viruslar tərəfindən törədilməsi müəyyən edilmişdir. Qrip virusunun insanlardan ayrılan ştamlarının hevanlar arasında miqrasiyası epizootoloji baxımdan az əhəmiyyətli deyildir. D.İ.İvanovski 1892-ji ildə mikroorqanizmlərin xüsusi bir növü olan virusları kəşf etdi. Xəstə tütün yarpağının şirəsinin bakterioloji müayinəsi zamanı o bakteriya aşkar etməmiş, ancaq şirə yoluxdurucu xüsusiyyətə malik olmuşdur.

Значение слова в других словарях

в си́лах каде́нция объективи́зм парапите́к продово́льствовать революцио́нно Реформа́ция формообразова́тельный чухо́нцы выгу́ливать гипнотизи́рующе каза́рменный мифи́ческий не всякое лы́ко в стро́ку осола́живать просоли́ться шкафно́й Оскол arioso bow country-folk labyrinthiform orphanage регулировщица схематичность