De vogels van Holland
De vogels van Holland (azərb. Hollandiyanın quşları) — Niderlandın 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Yetti Parl niderland dilində ifa etmişdir. Avroviziya Mahnı Müsabiqəsində ifa edilən ilk mahnı olub. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil. Mahnının musiqisi Cor Lemayreyə, sözləri isə Anni Şmidtə məxsusdur.