Volqaboyu
Volqaboyu, Volqaboyu rayon(region) – Volqa çayı hövzəsində coğrafi vilayət:
Yuxarı (Kazana qədər),
Orta (Kazan-Saratov) və
Aşağı (Saratovdan aşağı) Volqaboyuna bölünür. İnzibati mənada Volqabyu Rusiya Federasiyasının, paytaxtı Nijni Novqorod olmaqla, Volqayanı Federal Dairəsinə aiddir.
Regionun sahəsi — 536,4 min. km²., əhalisi — 16 mln 787 min adam.
Orta sıxlığı – 1 kvadrat km -ə 31 adam, xüsusi ilə Samaria vilayəti, Tatarıstan, Saratov vilayətinin əhalisi sıxdır.
Milli strukturda indi demək olar ki hər yerdə(Kalmıkiya və Tatarstandan başqa) ruslar üstünlük təşkil edir. Eləcə də kompakt yaşayan tatarların payı (16%), çuvaş və mordvaların(müvafiq olaraq 2 və 3%) xeylidir.
Volqaboyunun urbanizasiya səviyəsi 73% təşkil edir, həm də əhali əsasən milli respublikaların paytaxtlarında və iri sənaye şəhərlərində cəmləşir. Rayon xeyli əmək resurslarına malikdir. Onun əhalisi, həm də əsasən miqrantların gəlişi hesabına, artır.