VƏHDƏTİ-VÜCUD

sufi təlimlərindən biridir. Bu təlimə görə yalnız bir varlıq vardır, o da Allahdır. Ondan başqa heç nə yoxdur. Maddi və mənəvi aləmdə olanlar isə onun təcəllisi və təzahürüdürlər. Onların varlıqları Tanrının varlığından asılıdır. Deməli maddi aləmin Allahla əlaqəsi bir şeyin onun kölgəsi ilə bağlılığı kimidir. O şey olmasa, onun kölgəsi də olmaz. Deməli bu dünyanın da varlığı Allahın varlığına bağlıdır. “Vəhdəti-vücud” təliminə görə hər bir şeydə Tanrının təzahürləri vardır. Hər bir sufi Tanrıdan başqa heç bir şeyin olmadığını bilir. Bunu o, yalnız irrasional təcrübədən kənar yollarla, öz mənəvi potensialını zahidlik həyatı keçirməklə, çoxsaylı zikrlər etməklə duymağa başlayır. Sufinin mənəvi təcrübəsi, eləcə də Yaradıcıya olan sonsuz sevgisi onu varlığının birliyi duyğusuna gətirib çıxarır. Belə bir durumda o, Allahla birliyini duyaraq Onun içində əriyir. Bu durumda olan “sufi” öz dediklərinin, etdiklərinin, davranışlarının onun deyil, Allahın olduğunu iddia edir. Səmalar kimi müxtəlif ayinlər ona bu gizli bilginin açılmasına yardım edir. Bütün bunlar Allaha sonsuz sevgi duyğusundan irəli gələn sərxoşluq və vəcd durumlarında baş verir. Sonda sufi özünü Tanrının bir parçası kimi duyaraq “Ənəl-Həqq” deyir. Ənənə və şəriət tərəfdarı olan müsəlman çoxluğu vəhdəti-vücudu heç də bir mənalı qarşılamamışdırlar. Sufiləri İslama bidət gətirməkdə ittiham etmişdirlər. Onlara qarşı təqiblər də olmuşdur. İlk dəfə “Ənəl-Həqq” deyən tanınmış sufi Həllac bu sözlərinə görə hətta edam edilmişdir. “Vəhdəti-vücud” təliminin prinsipləri tanınmış arif İbn Ərəbinin (vəfat ili 638/1240) əsərlərində əks olunmuşdur. Ona görə də o, bu təlimin yaradıcısı hesab edilir. İbn Ərəbiyə görə Allahdan başqa hər bir varlıq əslində yoxdur. Onun fikrincə varlıq Allahdadır. Onun görünən təzahürləri isə Allahın təzahürləridir. Buna görə də, hər bir maddi şeydə Tanrını duymaq mümkündür. İbn Ərəbidən sonra vəhdəti-vücud müsəlman dünyasının müxtəlif bölgələrində yayılmışdır. Anadoluda bu ideyaları onun görkəmli davamçısı Sədrəddin Konyəvi (vəfat ili 623/1224), Fələstin və Misirdə isə İbn Fərid (v. i. 632/1234) yaymışdırlar. Türk sufi təlimlərində bu ideyaları Yunus Əmrə səsləndirmişdir. Vəhdəti-vücudun motivləri Cəlaləddin Ruminin (v. i. 672/1273) “Məsnəvi” sində də yer almaqdadır.
VƏHDƏTİ-ŞÜHUD
VƏHHABİLƏR
OBASTAN VİKİ
Vücud
İnsan bədəni — insanın fiziki quruluşu, insan orqanizmi. İnsan bədəni, adətən orqanlar meydana gətirən, aralarındakı boşluğu dolduran və ya kənarı örtən toxumalarda təşkil olunan müxtəlif növ hüceyrələr tərəfindən meydana gəlir. Otuz trilyon hüceyrə bir yetkin insan bədənini meydana gətirir. İnsan bədənində baş, boyun, gövdə, yuxarı və aşağı ətraflardan ibarətdir. İnsan orqanlarının sistemi — məkanca birləşmiş, ümumi quruluş planına, ümumi mənşəli və ümumi funksiyaları yerinə yetirən insan orqanlarının məcmusudur. İnsan orqanizmində sümük, əzələ, sinir, ürək-damar, tənəffüs, həzm, ifrazat, reproduktiv, endokrin, immun və inteqrativ sistemlər ifraz olunur.
Vəhdətül-vücud
Vəhdətül-vücud — sufi təlimi. Bu sufi təlimə görə yalnız bir varlıq vardır, o da Allahdır. Ondan başqa heç nə yoxdur. Maddi və mənəvi aləmdə olanlar isə onun təcəllisi və təzahürüdürlər. Onların varlıqları Tanrının varlığından asılıdır. Deməli maddi aləmin Allahla əlaqəsi bir şeyin onun kölgəsi ilə bağlılığı kimidir. O şey olmasa, onun kölgəsi də olmaz. Deməli bu dünyanın da varlığı Allahın varlığına bağlıdır. "Vəhdəti-vücud" təliminə görə hər bir şeydə Tanrının təzahürləri vardır. Hər bir sufi Tanrıdan başqa heç bir şeyin olmadığını bilir.
Nail Vəhdəti Çakırxan
Nail Vəhdəti Çakırxan(14 iyul 1910, Ula, Muğla ili – 10 oktyabr 2008, Muğla) —Türkiyə mimar, şair və jurnalist. Ağahan Mimarlık Ödülü sahibidir. 1910'da Muğla'nın Ula ilçesinde doğdu. Muğla ve Konya'da lisyi okuduktan sonra Tıp ve Hukuk fakültelerini yarım bıraktı. Rusya'ya giderek tahsiline burada devam etti. Önçülərindən olduğu sərbəst şeir anlayışının yayğınlaşmasına töhfəsi böyükdür. 1950-ci illərdən sonra şeiri tərk etmiş, daha çox siyasi mücadilə ilə uğraşmışdır.

Значение слова в других словарях