Aqil İman: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
|||
Sətir 82: | Sətir 82: | ||
İman ağlar, yaman ağlar. |
İman ağlar, yaman ağlar. |
||
</poem> |
</poem> |
||
=== Qoşmalar === |
|||
<poem> |
|||
'''Yetər''' |
|||
Əslisi deyilsən mənim könlümün, |
|||
Özünü odlara salmağın yetər, |
|||
Mən ki, nə Məcnunam, nə də ki Fərhad, |
|||
Mənasız xəyala dalmağın yetər. |
|||
Gəl fəqan eyləmə boynunu büküb, |
|||
Könlümdə yurd-yuva özgəsi tikib, |
|||
Bu qədər işkəncə, min əzab çəkib, |
|||
Hicranda, möhnətdə qalmağın yetər. |
|||
Aqil İman deyər, qopsa qiyamət, |
|||
Yenə də unutmaz bizi məhəbbət, |
|||
Bəlkə də sevirsən, ey nazlı afət, |
|||
Oduma, gözümə yanmağın yetər. |
|||
</poem> |
|||
== İthaf olunmuş şeirlər == |
== İthaf olunmuş şeirlər == |
||
16:42, 20 yanvar 2012 tarixindəki versiya
AQİL İMAN | |
---|---|
Doğum tarixi | 1 dekabr 1958 |
Doğum yeri | |
Vəfat tarixi | 29 avqust 1996 (37 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | |
Atası | Həsən Xəyallı |
Təhsili |
|
Fəaliyyəti | şair, mühəndis |
Fəaliyyət illəri | 1984-cü ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
İstiqamət | şeir |
Janrlar | qoşma, gəraylı, təcnis, qəzəl |
Hacıyev İman Həsən oğlu - şair
Həyatı
Aqil İman 1 dеkabr 1958-ci ildə Göyçə mahalının Daşkənd kəndində qüdrətli söz sənətkarı Həsən Xəyallının ailəsində anadan оlub.
Оrta məktəbin VIII sinfinə kimi doğulduğu Basarkеçər rayоnu Daşkənd kənd оrta məktəbində охumuşdur.
1976-cı ildə Bərdə rayоnu Yeni Daşkənd kənd оrta məktəbini bitirdikdən sоnra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daхil оlmuş və 1981-ci ildə ali təhsilini başa vurmuşdur. 1981-1983-cü illərdə Tambоv şəhərində hərbi хidmətdə olmuşdur.
1984-cü ildən 1986-cı ilə qədər "Yеvlaх Qaz İdarəsi"ndə, 1986-cı ildən 1993-cü ilə kimi isə Kənd Təsərrüfatı Nazirliyinin Bərdə Bеtоn Məmulatları Zavоdunda mühəndis işləmişdir.
1993-cü ildə Kəlbəcər-Ağdərə döyüşlərində könüllü iştirak еtmişdir.
Şeirləri "Sovet Ermənistanı", "İnşaatçı" və "Sоvеt kəndi" qəzеtlərində işıq üzü görmüşdür.
Zəngin yaddaşı, rəvan təbi, səlist danışıı, şirin natiqliyi ilə еl məclislərində masabəyi kimi məclisləri yоla salan nəğməkar şair 29 avqust 1996-cı ildə ürək dayanmasından dünyasını dəyişmişdir. Məzarı Bərdə rayоnu Yеni Daşkənd kəndindədir.
- Şair-publisist Qılman İmannın atasıdır.
Yaradıcılığı
Gəraylılar
Səni
Fürsət yoxdu mələkzadə
Gündə yüz yol görəm səni,
Təravətli çiçək kimi,
Sinəm üstə hörəm səni.
Sən olasan körpə ceyran,
Mən bir ovçu sənə heyran,
Sən bərədən qaçan zaman,
Qovub-qovub yoram səni.
Kaş yetəydim o xoş günə,
Əl çalaydım toy-düyünə,
Aqil İman deyər mənə,
Kim buyurar haram səni?!
Olmaz
Bacarırsan hörmət eylə,
Xeyir olar, ziyan olmaz.
Yaxşılığın əvəzini
Tanrı yerdə qoyan olmaz.
Uzaq dolan kin-küdrətdən,
İbrət götür nəsihətdən,
Yaxşı sözdən, xoş ülfətdən,
Ölənəcən doyan olmaz.
Qov qəlbindən dumanlığı,
İşıqlandır qaranlığı,
Acılığı, yamanlığı,
Axıratək yeyən olmaz.
Ağlar
Qəribliyə gedən köçə,
Dağda çiskin, duman ağlar,
Qürbət eldə sızıldayar,
Qəlbim olar kaman, ağlar.
Yad adətdə olar naşı,
Daşdan daşa dəyər başı,
Qurumaz gözünün yaşı,
Lələ çəkər aman, ağlar.
Həsrətindi bu qəm, qubar,
Ürəkdə dərd, saçında qar,
Göyçə deyib neçə ki var,
İman ağlar, yaman ağlar.
İthaf olunmuş şeirlər
Öpdüm ay əmi
Aqil İmanın əziz хatirəsinə
Məzarın önündə, dayanıb bu gün,
Əllərim qoynumda xəyala daldım.
Mehriban baxışın, o nurlu üzün,
Ağlaya-ağlaya yadıma saldım.
Ölüncə ay əmi, çıxmaz yadımdan,
Könüllər oxşayan şirin söhbətin.
El-oba içində sənin, çoxundan,
Min dəfə ucaydı adın-hörmətin.
Pərişan halımla barışmayırdın…
Dərdimin üstünə bir də qəm endi.
Sən ki, bu dünyaya sığışmayırdın,
Bəs necə sığırsan məzara indi?
Od tutub, alışıb odlanıram mən,
Vədəsiz ölmünə hey yana-yana.
Baxıram şəklinə, sanıram ki, sən,
Yaraşıq verirsən məzarıstana.
Nə qədər səslədim, cavab vermədin,
Pərişan-pərişan gözlədim səni.
Neyləyim, özünü görə bilmədim,
Məzar tоrpağından öpdüm, ay əmi.
Həmdəmim sən idin, çəkdiyim qəmi,
Gəlmişdim mən sənə danışmaq üçün.
Ölmək istəyirəm mən də, ay əmi,
Ruhunla əbədi qovuşmaq üçün.
15 sentyabr 1996-cı il.
Şəkilləri
Haqqında yazılan məqalələr
- Fərid Hüseyn, “Qumarda oynamayan udurmuş”, Ulduz jurnalı, №6, 2011.
- Ziyad Quluzadə, “Payız adamı”, “Üç nöqtə” qəzeti, 5 noyabr 2011-ci il.
- Eldar İsmayıl, “Göyçənin İmanı, İmanın Göyçəsi”, “Kaspi” qəzeti, 19 noyabr 2011-ci il.
- Mütəllim Həsənov, “Durnalar lələk salan yerdə”, Bütöv Azərbaycan qəzeti, №25(64), 30 iyun 2010-cu il.
- Rizvan Nəsiboğlu, “Aqillərin İmanı”, “Kaspi” qəzeti, №109(1816), 25 iyun 2008-ci il.
- Eldar Həsənli, “Aqil İman”, “Azadlıq və hüquq” qəzeti, №01(01), sentyabr 2004-cü il.
- Araz Yaquboğlu, “Eldən gedən el şairi”, “Qərbi Azərbaycanın səsi” qəzeti, №06(12), 11 iyul 2008-ci il.
- Telman Hüseyn "Səsin sehri", Bütöv Azərbaycan qəzeti. № 04. 18 noyabr 2008-ci il.
- Maşallah Xudubəyli. “Yarımçıq ömrün yadigar qafiyələri”, "Mənim sazlı-sözlü dünyam". Bakı, "Elm və təhsil"-2010. səh.159-164
- Məcnun Göyçəli. "Yaralı şeirlərin həzin pıçıltıları". Bizim söz qəzeti, № 7(14), 15 oktyabr 2010-cu il.
Mənbə
- Sərraf Şiruyə, "Tərtərin yaralı cəngavərləri". "Hüquq ədəbiyyatı"-2006, ("Şair təbli döyüşçü" məqaləsi) səh.166-167.
- Araz Yaquboğlu, Bir kökün budaqları, Bakı, "Nurlan", 2006. səh.109-122.
- Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008.
- Aqşin Hacızadə. Tanrı bizi bağışlamaz. Bakı, "Elm və təhsil"-2010. səh.
Xarici keçidlər
Həmçinin bax
- 1 dekabrda doğulanlar
- 1958-ci ildə doğulanlar
- Daşkənddə (Göyçə) doğulanlar
- 29 avqustda vəfat edənlər
- 1996-cı ildə vəfat edənlər
- 37 yaşında vəfat edənlər
- Yeni Daşkənddə vəfat edənlər
- Yeni Daşkənddə dəfn olunanlar
- Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunları
- Yasif Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbinin məzunları
- Əlifba sırasına görə yazıçı və şairlər
- Azərbaycan mühəndisləri
- Azərbaycanlı mühəndislər
- Azərbaycan şairləri
- Azərbaycanlı şairlər
- Göyçədə doğulanlar
- Qarabağ müharibəsi iştirakçıları
- Bərdədə vəfat edənlər