Hacıyev İman Həsən oğlu (1 dekabr 1958, Daşkənd, Basarkeçər rayonu – 29 avqust 1996, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycan şairi.[1]
Aqil İman | |
---|---|
İman Həsən oğlu Hacıyev | |
| |
Doğum adı | İman |
Təxəllüsü | Aqil |
Doğum tarixi | |
Doğum yeri | Daşkənd, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | (37 yaşında) |
Vəfat yeri | Yeni Daşkənd, Bərdə rayonu, Azərbaycan |
Vəfat səbəbi | ürək dayanması |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Tamara Bayramova |
Uşaqları | Qılman, Orxan |
Atası | Həsən Xəyallı |
Anası | Həmayıl Abuzər qızı |
Təhsili | Azərbaycan İnşaat Mühəndisləri İnstitutu |
İxtisası | Mühəndis |
Fəaliyyəti | mühəndislik, şairlik |
Fəaliyyət illəri | 1984–1996 |
Əsərlərinin dili | Azərbaycan dili |
İstiqamət | şeir |
Janrlar | qoşma, gəraylı, təcnis, qəzəl |
Aqil İman 1 dekabr 1958-ci ildə Göyçə mahalının Daşkənd kəndində qüdrətli söz sənətkarı Həsən Xəyallının ailəsində anadan olub[2].
Orta məktəbin VIII sinfinə kimi doğulduğu Basarkeçər rayonu Daşkənd kənd orta məktəbində оxumuşdur. 1976-cı ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuş və 1981-ci ildə ali təhsilini başa vurmuşdur. 1981–1983-cü illərdə Tambov şəhərində hərbi xidmətdə olmuşdur[3].
1984-cü ildən 1986-cı ilə qədər "Yevlax Qaz İdarəsi"ndə, 1986-cı ildən 1993-cü ilə kimi isə Kənd Təsərrüfatı Nazirliyinin Bərdə Beton Məmulatları Zavodunda mühəndis işləmişdir[4].
1993-cü ildə Kəlbəcər-Ağdərə döyüşlərində könüllü iştirak etmişdir
Aqil İman 29 avqust 1996-cı ildə ürək dayanmasından dünyasını dəyişmişdir. Məzarı Bərdə rayonu Yeni Daşkənd kəndindədir[5].
Ailəli idi. İki oğlu var.
Şair-publisist Qılman İmanın atasıdır.[6]
Şeirləri "Sovet Ermənistanı", "İnşaatçı" və "Sovet kəndi" qəzetlərində işıq üzü görmüşdür. Zəngin yaddaşı, rəvan təbi, səlis danışıqı, şirin natiqliyi ilə el məclislərində masabəyi kimi məclisləri yola salmışdır.
Aqil İmanın 2015-ci ilin yanvar ayında "Bu dünya görüş yeridi" adlı kitabı (224 səh.) "OL" nəşriyyatında (ISBN 978-9952-494-40-2) çap olunmuşdur. Kitabının redaktoru və ön söz müəllifi tənqidçi Əsəd Cahangirdir. Kitabda Aqil İmanın müxtəlif illərdə yazdığı şeirləri və onun haqqında qələm adamlarının mətbuatda çap olunmuş məqalələri toplanmışdır.[7]