Fərid Bəybala oğlu Hüseynov və ya Fərid Hüseyn; (10 oktyabr 1989, Kürdəmir) — şair, esseist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü (2010).[1][2]
Fərid Hüseyn | |
---|---|
Təxəllüsü | Fərid Hüseyn |
Doğum tarixi | 10 oktyabr 1989 (35 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan[1][2] |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
İxtisası | kulturoloq[1][2] |
Fəaliyyət illəri | 2008–h.h[1][2] |
İstiqamət | şeir[1][2] |
İlk əsəri | "Əlifba sırası"[3] |
Tanınmış əsərləri |
"Əlifba sırası"[3] "Dözmək üçün məşq"[4] "Qandalı görməsin"[5][6] "Bir də heç vaxt"[7][8] "Əlvida ağacları"[9] |
Mükafatları |
"Qızıl Kəlmə" (2017)[10] "İlin gənc şairi" (2018)[11] "Vaqif Səmədoğlu" medalı (2019)[12] "Povelja Morave" beynəlxalq ədəbi mükafatı (2021)[13] "Mahtumkulu" medalı (2022)[14] |
Fərid Hüseyn 10 oktyabr 1989-cu ildə Kürdəmir şəhərində dünyaya gəlib. 1995–2006-cı illərdə M.Ə. Rəsulzadə adına Kürdəmir rayon 2 saylı tam orta məktəbdə təhsil alıb. 2006-cı ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin "Nəşriyyat işi və redaktəetmə" ixtisasına, 2008-ci ildə Bakı Slavyan Universitetinin iki illik "Yaradıcılıq" fakültəsinin "Poeziya" bölümünə daxil olub. Hər iki universiteti 2010-cu ildə bitirib. 2010–2013-cü illərdə ADMİU-nun "Kultralogiya" fakültəsinin "Mədəniyyətşünaslıq" ixtisası üzrə magistr təhsili alıb.[1][2]
2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olub. AYB və Mədəniyyət Nazirliyinin nəzdində faəliyyət göstərən "Gənc ədiblər məktəbi"ni bitirib. Hazırda N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantıdır və "Azərbaycan ədiblərinin ev muzeylərindəki şəxsi fondların tədqiqi və nəşri prinsipləri" mövzusunda elmi mövzu üzərində çalışır.[1][2]
Serbiya Yazıçılar Birliyinin üzvüdür.[15]
Fərid Hüseyn 2019-cu ildən AYB-nin Gənclər Şurasının sədridir.[16][17]
Fərid Hüseyn 2010 və 2021-ci illərdə Prezident təqaüdünə layiq görülüb. 2021-ci ildə Serbiya Respublikasının Semska Mitrovika — İmperatorluq şəhərinin fəxri vətəndaşı seçilib və adı Çaçak şəhərinin Mırçayevçi qəsəbəsindəki şairlər məhəlləsinin girişində yerləşən bulağın yanındakı daş lövhəyə vurulub.[18]
2021-ci ildən AYB-nin katibliyinin və Üzvlüyə Qəbul Komissiyasının, həmçinin, "Ədəbiyyat qəzeti"nin redaksiya heyətinin üzvüdür. Şeirləri Türkiyə, qazax, özbək, qırğız türkcəsinə və ingilis, rus, belarus, ukrayn, serb, gürcü, rumın dillərinə tərcümə edilərək dünyanın müxtəlif ölkələrinin mətbuat orqanlarında çap olunub.[2][1]
F. Hüseyn London[19], Qahirə[20][21], Budapeşt[22], Praqa[23], Peterburq və İstanbulda[24] keçirilən beynəlxalq kitab sərgilərində iştirak edib.
O, həmçinin İstanbul Şeir Festivalı[25][26], Sapanca Şeir Festivalı[27][28], Tiflis Poeziya Festivalı, Moldovada Avropa Şairlər Baharı Festivalı[29][30], Dünya Yazarlarının Belqrad Görüşləri[31][32], Tatarıstanda "Ana dili bayramı" və Abdulla Tukay Poeziya günləri[33][34], Özbəkistanda Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı günləri[35] və IX Babil Şeir Festivalında[36][37] ölkəmizi təmsil edib.
Fərid Hüseyn "Eşq" kitab seriyasını təsis edib. Onun rəhbəri olduğu kitab seriyasından Məmməd Orucun "Oyun havası" (povest, 2012), Eldar Baxışın "Sərçə balası" (şeirlər, 2012), İsi Məlikzadənin "Qırmızı yağış" (roman, 2013), Asif Atanın "İnam və şübhə" (2015), Serkanın "İtkin gül" (roman, 2011) Tuğrul Tanyolun "Sən əlimdən tutanda" (şeirlər, 2019), Adnan Özerin "Kasıbın eşq nəğməsi" (şeirlər, 2019), Gjeke Marinajın "Sevginin 24 saat" (şeirlər, 2018), Koman Şovanın "Sevginin izi ilə" (şeirlər, 2020) nəşrləri işıq üzü görüb.[1][2]
2006-cı ilin "Nobel" mükafatçısı Orxan Pamukun "Yeni Həyat" və "Bəyaz Qala" romanlarını, həmçinin O. Pamukun esselərindən ibarət "Mənzərədən parçalar" kitabını, 20-dən çox türk şairinin 50-yə qədər şeirlərini, fransız esseisti Mişel Montenin esselərini, Alber Kamünün esselərini, Dino Busattinin, Vasili Şukşinin hekayələrini, Yılmaz Ərdoğanın şeirlərini və esselərini Azərbaycan dilinə çevirib. Həmçinin Frans Kafkanın sevgilisi Milenaya yazdığı məktubları və Milenanın F. Kafkanın ən yaxın dostu Maks Broda yazdığı məktubları da dilimizə tərcümə edib.[67][68]
2019-cu ildə Orxan Kamalın "Nazim Hikmət ilə üç il yarım həbsdə" kitabını Azərbaycan türkcəsinə uyğunlaşdırıb.[69]
2021-ci ildə tanınmış türk şair Sunay Akının seçmə şeirlərdən ibarət "Yastığındakı çuxur" adlı kitabını tərcümə edib.[70]
Müxtəlif vaxtlarda Luiza Qlük, Frans Kafka, Alber Kamü, Vasili Şukşin, Mario Benedetti, Yuliana Veliçkovskaya, Əli əl-Şalah, Nina Smiç, Aqi Mişol, Meyr Veyselter, Əmir Or, Ronni Somek, Kokis Kristos, Nagy Hajnal Csilla, Əhməd Zəkəriyyə, Najvan Dərviş, Linda Hestinq, Svetlana Boym, Mahmud Dərviş kimi müəlliflərin şeir və hekayələrini Azərbaycan dilinə çevirib.[1][2]