Elxan Quliyev: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Vusal1981 (müzakirə | töhfələr)
Vusal1981 (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Sətir 83: Sətir 83:
==Həmçinin bax==
==Həmçinin bax==


*{{Portal:Azərbaycan Kinosu}}
:{{Portal:Azərbaycan Kinosu}}

==Xarici keçid==

===Video===

[http://www.youtube.com/watch?v=ESOqSGN2hXA İzlə]


[[Kateqoriya:Azərbaycan aktyorları]]
[[Kateqoriya:Azərbaycan aktyorları]]

12:40, 28 noyabr 2013 tarixindəki versiya

Elxan Quliyev
Doğum tarixi 1 noyabr 1952(1952-11-01) (71 yaş)
Fəaliyyəti aktyor, kino aktyoru
Mükafatları "Tərəqqi" medalı
Azərbaycan Respublikasının əməkdar artisti
IMDb ID2957604

Quliyev Elxan Əlibala oğlu (01.11.1952) – aktyor, film və verilişlərdə iştirak edən.

Həyatı

Quliyev Elxan Əlibala oğlu 1 noyabr 1952-ci ildə anadan olub.

1974-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Akademik Milli Dram Teatrına gələn Elxan Quliyev, teatrın səhnəsində aşağıdakı rolları oynamışdır.

3-cü qardaş ("Yatmış gözəl və yeddi qardaş" Aleksandr Puşkin), Döyüşçü ("Qılınc və qələm" Məmməd Səid Ordubadi), Zəncirvuran ("Dəli yığıncağı" Cəlil Məmmədquluzadə), Laldinməz polis ("Səhra yuxuları" Anar), Kaytens ("Maqbet" Vilyam Şekspir), Ata ("Anamın kitabı" C.Məmmədquluzadə), Kinto ("Xanuma" A.Saqareli), Alman oğlu ("İnsan" Səməd Vurğun), Sərkərdə Teymur ("Vaqif" S. Vurğun), Kəramət ("Fəryad" Bəxtiyar Vahabzadə), Jurnalist ("Şeyx Xiyabani" İsmayıl Əfəndiyev), Ağa Bəşir ("Lənkəran xanının vəziri" Mirzə Fətəli Axundov), Qarğış ("Qızıl teşt" Seyran Səxavət), Osvald ("Kral Lir" V.Şekspir), Erkin ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), Yarqıtay ("Dar ağacı" B.Vahabzadə), Pedro ("Kəllə" Nazim Hikmət), Mirzə Cəlil Məmmədquluzadə ("Hərənin öz payı" Xeyrəddin Qoca), Əkbər ("Rəqabət" B.Vahabzadə), Polis qonşu ("Qatil" Elçin), Zindanbaşı və Enobarb ("Misir gecələri" səhnə redaksiyasının müəllifi Mərahim Fərzəlibəyov).

Elxan Quliyev Azərbaycan Dövlət televiziyasında hazırlanmış "Şərqin səhəri" (Bayram), "Sarıköynək və Valehin nağılı" (Rövşən), "6-cı palata" (Vanya), "Şöhrət və unudulan adam" (Fotoqraf), "Hacı Qara" (Səfər bəy) və s. teletamaşalarda, "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş "Sevinc buxtası" (Elxan), "Ani dönüş" (Oqtay), "Pəncərə" (Sahə müvəkkili), "İstintaq" (Milis mayoru) filmlərində çəkilib.

2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya

  1. Absurdistan (film, 2008) (tammetrajlı bədii film)
  2. Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-rol: Şahin
  3. Anın quruluşu (film, 1980)
  4. Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film (film, 2003)
  5. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
  6. Bəyin oğurlanması (film, 1986)
  7. Biz qayıdacağıq (film, 2007)
  8. Biz qayıdacağıq (veriliş, 2007) (II)
  9. Böhtan (film, 2008)
  10. Cavad xan (film, 2009)
  11. Cavad xan. filmin filmi. 5-ci veriliş (film, 2007)
  12. Günahsız Abdulla (film, 1984)
  13. Həkimlər
  14. Həmyerli (film, 1989)
  15. İstanbul reysi (film, 2010)
  16. İstintaq (film, 1979)
  17. Qaydasız döyüş (film, 2009)
  18. Qeybdən gələn səs (film, 2002)
  19. Məsləhət (film, 1988)
  20. Nə gözəldir bu dünya... (film, 1999)
  21. Pəncərə (film, 1991)
  22. Sarıköynəklə Valehin Nağılı (film)
  23. Sevinc buxtası (film, 1977)
  24. Sonuncu şahid (film, 2004)
  25. Susmuş vicdan (film, 2010)
  26. Şans (film, 2004)
  27. Tələ (film, 1990)
  28. Unudulan adam (film, 1987)
  29. Yanmış körpülər (film, 2003)

Mənbə

Elxan Quliyev

Şəkil

Fayl:Elxan Quliyev.jpg

Həmçinin bax

Portal:Azərbaycan Kinosu

Xarici keçid

Video

İzlə