1920-ci il. Azərbaycanda sovet hakimiyyəti yenicə qurulmuşdur. Neft maqnatları üçün yalnız bir yol qalıb: iqtisadi blokada. Ümid yeri də birdir: müharibə nəticəsində əldən düşmüş sovetlər ölkəsi müstəqil şəkildə öz iqtisadiyyatını dirçəldə bilməyəcək. Belə bir şəraitdə Azərbaycan hökuməti qərar qəbul edir: mühəndis Potyomkinin (Panteleymon Krımov) cəsarətli layihəsini həyata keçirmək, dənizin dibindən neft çıxarmaq üçün mədən salmaq. Minlərlə adam, fəhlə-neftçilər, dağ kəndlərindən gələn əhali də bu möhtəşəm tikintiyə toplaşır...
Sevinc buxtası | |
---|---|
Fayl:Sevinc buxtası (film, 1977).jpg | |
Janr |
dram tarixi məhəbbət |
Rejissor | Eldar Quliyev |
Ssenari müəllifləri |
Georgi Mdivani Eldar Quliyev |
Baş rollarda |
Həsənağa Turabov — Əlizadə Əliabbas Qədirov — Nazim Panteleymon Krımov — Potyomkin Həsən Məmmədov — Rüstəmov Nodar Şaşıqoğlu — Nikolayev Tanilə Əhmərova — Leyla |
Operator | Rasim İsmayılov |
Bəstəkar | Polad Bülbüloğlu |
Rəssam | Rafiz İsmayılov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 16 yanvar 1977 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 133,5 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1977 |
Texniki məlumatlar |
2 seriyalı 14 hissə 3650 metr I seriya: 7 hissə 1950 metr II seriya: 7 hissə 1700 metr genişekranlı 35 mm |
Rəng | rəngli |
IMDb | ID1330214 |
Kinopovest XX əsrin əvvəlində Azərbaycanda baş verən dramatik hadisələri ekranda canlandırır. Burada 20-ci illərdə dünyada birinci dəniz neft mədəninin salınmasından və Bakı fəhlələrinin göstərdikləri misilsiz qəhrəmanlıqlardan, eyni zamanda Sovet Rusiyasının taleyinin Bakı neftinin hasilatından asılı olduğu tarixi şəraitdən bəhs olunur.
"Sevinc buxtası" siyasi kinoromandır və mənim yaradıcılığımda materialına və janrına görə bir qədər qeyri-adidir. "Sevinc buxtası" əsas problemi ilə mənə yaxındır. Bu film şəxsiyyətin formalaşması haqqındadır. Mənəvi borcun başa düşülməsi, heç nəyə baxmadan ideyaya sədaqət haqqındadır. Axı filmdə danışılan əhvalat təkcə siyasətlə yox, həm də qəhrəmanların mənəvi qələbəsi ilə bağlıdır. Bu film üzərində işləyərkən mən böyük zövq aldım. "Sevinc buxtası" insanlara, müxtəlif təbəqələrdən olan insan talelərinə böyük hörmət və məhəbbət nümunəsidir. |