Mehrimah Sultan (I Süleymanın qızı): Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
k Mr rqasimzade Mehrimah Sultan səhifəsinin adını yönləndirmənin əksinə dəyişərək, Mihrimah Sultan adlandırdı |
(Fərq yoxdur)
|
10:25, 11 aprel 2016 tarixindəki versiya
Mehrimah Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperatorluğu |
Vəfat tarixi | 25 yanvar 1578 |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | I Süleyman |
Anası | Xürrəm Sultan |
Həyat yoldaşı | Rüstəm Paşa |
Uşağı | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Mihrimah Sultan (21 mart 1522, İstanbul - 25 yanvar 1578, İstanbul), Osmanlı padşahı I. Süleyman və Hasəki Xürrəm Sultanın qızı.
Uşaqlıq illəri
1522-ci ildə Osmanlı padşahı I. Süleyman ilə Hasəki Xürrəm Sultanın Şahzadə Mehmeddən sonrakı ilk uşağı olaraq dünyaya gəldi.[1] Mihrimah Sultanın doğumundan 2 il sonra da Xürrəm Sultan, I. Süleymanın ölümündən sonra yerinə keçəcək olan digər uşağı II. Səlimi dünyaya gətirdi.
1539'da 17 yaşında ikən Diyarbəkir Bəylərbəyi Rüstəm Paşa ilə evləndirildi. Toy mərasimi iki kiçik qardaşı Şahzadə Bəyazid və Şahzadə Cahangirin sünnət toyuyla birlikdə At Meydanında qeyd olundu. Rüstəm Paşa bu evlilikdən sonra sədrəzəm oldu və 1544-1561 illər arasında 2 illik bir müddət istisna olmaqla fasiləsiz olaraq sədrəzəmlik etdi. Bu evlilikdən 1541'də bir qız uşaqları dünyaya gəldi. Daha sonra 1545'də Murad bəyi, 1547'də Mehmed bəyi dünyaya gətirdi.
Mihrimah Sultan həyatı boyunca dövlət işlərində çox söz sahibi oldu. Atasını Maltaya səfər tənzimləməyə razı etmək üçün öz puluyla 400 gəmi hazırlayacağına söz verdiyi belə deyilir. Anası Xürrəm Sultan kimi Lehistan kralı II. Zygmunt August'la yazışmalar apardı. Çox böyük bir sərvət sahibi oldu. 1540-1548 illəri arasında Memar Sinan İstanbulun Üsküdar bölgəsində məscid, Üsküdar Körpü Məscidi, mədrəsə, ibtidai məktəb və xəstəxanadan ibarət böyük bir külliyyə tikdirdi. Bundan başqa 1562-1565 illəri arasında yenə Memar Sinan İstanbulun Ədirnəqapı səmtində məscid, bulaq, hamam və mədrəsədən ibarət Mihrimah Sultan Məscidi və külliyəsini tikdirmişdir.
Anası 1558'də öldükdən sonra atasına anasının oynadığı məsləhətçi rolunu oynadı. 1566-ci ildə atası öldükdən sonra yerinə keçən qardaşı II. Səlimin səltənəti boyunca da məsləhətçiliyini davam etdirdi. Anaları Xürrəm Sultan ölmüş olduğu üçün qardaşı üçün sanki bir Validə Sultan rolunu oynadı.
Övladları
- Ayşə Hümaşah Sultan (1541-1594)
- Murad bəy
- Mehmed bəy
Vəfatı
Mihrimah Sultan 1578'də qardaşı oğlu III. Muradın səltənəti əsnasında öldü və atası I. Süleymanın Süleymaniyyə Məscidindəki türbəsində atasının yanı başında basdırıldı.[2]