Ayşə Hümaşah Sultan (Osmanlı türkcəsi: هوما شاه سلطان عائشة هانم) — I Süleymanın və Xürrəm Sultanın yeganə qızı Mihrimah Sultanın və əri sədrəzəm Rüstəm Paşanın qızıdır.
Ayşə Hümaşah Sultan | |
---|---|
هوما شاه سلطان عائشة هانم | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Rüstəm Paşa |
Anası | Mihrimah Sultan |
Həyat yoldaşları |
Səmiz Əhməd Paşa Nişançı Firudin Əhməd bəy |
Uşaqları |
Sultanzadə Əbdürrəhman bəy Sultanzadə Mehmed bəy Sultanzadə Şəhid Mustafa Paşa Sultanzadə Osman bəy Saliha xanım Sultan Safiyə xanım Sultan Hatice xanım Sultan Aişə xanım Sultan |
Dini | islam |
Ayşə Hümaşah Sultan 1541-ci ildə İstanbulda dünyaya gəlmişdir. Uşaqlıq illərini balaca qardaşı Sultanzadə Osman bəylə anası Mihrimah Sultan və atası Rüstəm Paşanın yanında keçirmişdir.
Babası I Süleymanın son səfəri olan Zigetvar səfərinin ardından ilk nigahı sədrəzəm Səmiz Əhməd Paşa[1] ilə bağlanmışdır. Bu evlilikdən 4 oğlu dünyaya gəlmişdir.
Semiz Əhməd Paşanın vəfatının ardından 10 aprel 1582-ci ildə təntənəli bir mərasimlə Nişançı Firidun bəy ilə evlənən Ayşə Hümaşah Sultanın bir qızı da dünyaya gəlmiş və bir il sonra təkrar dul qalmışdır.
1594-cü ildə oğlu ilə həccə gedən Ayşə Hümaşah Sultan ziyarətdən döndükdən sonra Üsküdardakı sarayında vəfat etmişdir.[2] Cənazəsi ikinci əri Nişançı Firidun bəyin Əyyubsultandakı türbəsinə dəfn edilmişdir.