20 manatlıq əsginas: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 44: Sətir 44:


==Mühafizə elementləri==
==Mühafizə elementləri==
Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilimişdir. Belə ki, əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır<ref name="cbar.az-2"/>.
Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. Belə ki, əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır<ref name="cbar.az-2"/>.


==Həmçinin bax==
==Həmçinin bax==

20:02, 4 sentyabr 2016 tarixindəki versiya

20 manat
Ölkə Azərbaycan Azərbaycan
Dəyər 20 manat
Eni 141 mm
Uzunluğu 70 mm
Təhlükəsizlik ünsürləri gizli rəqəm, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər
Nəşr illəri 2005
Ön tərəf
Ön tərəf
Dizayn qüdrət nişanəsi-qılınc, dəbilqə, qalxan və Sülh rəmzi "Xarı Bülbül"
Arxa tərəf
Arxa tərəf
Dizayn Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları

20 manatlıq əsginasAzərbaycanda işlədilən milli əsginaslardan biri. Cəmi 1 dəfə (2005-ci ildə) dövriyyəyə buraxılmışdır.

Tarixi

20 manatlıq əsginaslar yalnız bir dəfə – 2005-ci ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılmışdır[1].

Mövzusu

Bu əsginaslar Qarabağ mövzusuna həsr olunmuşdur[1].

Təsviri

Ağ kağızda, əsas rəngi yaşıl olmaqla əsginasın ön tərəfində qüdrət nişanəsi-qılınc, dəbilqə, qalxan və Sülh rəmzi "Xarı Bülbül" təsvir olunmuşdur[1]. Həmçinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun imzası da ön tərəfdədir.

1 manatlıq əsginasın üzərində Elman Rüstəmovun imzası

Bu əsginasın arxa fonunda Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilmişdir[1].

Ölçüləri

20 manatlıq əsginasın ölçüləri 141×70 mm-dir[1].

Mühafizə elementləri

Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. Belə ki, əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır[1].

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 4 5 6 Dövriyyədə olan əskinaslar - AZN. cbar.az  (az.)

Xarici keçidlər

  • cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı
  • Pul. preslib.az  (az.)