10000 manatlıq əsginas

10000 manatlıq əsginasAzərbaycanda 1994-2006-cı illərdə işlədilən milli əsginaslardan biri. Cəmi 1 dəfə (1994-cü ildə) dövriyyəyə buraxılmışdır.

10000 manat
Ölkə Azərbaycan Azərbaycan
Dəyər 10000 manat
Eni 130 mm
Uzunluğu 65 mm
Nəşr illəri 1994
Ön tərəf
Ön tərəf
Arxa tərəf
Arxa tərəf

Tarixi[redaktə | mənbəni redaktə et]

10000 manatlıq əsginaslar yalnız bir dəfə – 1994-cü ildə Azərbaycan Milli Bankı tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə dövriyyəyə buraxılmışdır. Bu əskinaslar Almaniyada "Giesecke & Devrient" şirkəti tərəfindən çap edilmişdir[1].

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992-2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar - eyni zamanda 1994-cü ildə dövriyyəyə buraxılmış 10000 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır[2].

Təsviri[redaktə | mənbəni redaktə et]

Əsginasın üzərində təsvir olunmuş Şirvanşahlar sarayının real vəziyyəti

Əsginasın ön tərəfində Şirvanşahlar sarayının ümumi görünüşü təsvir olunmuşdur[3]. Əsginasın arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə rəqəm və söz ifadəsində banknotun nominal dəyəri verilmişdir[3].

Ölçüləri[redaktə | mənbəni redaktə et]

10000 manatlıq əsginasın ölçüləri 130×65 mm idi[4].

Mühafizə elementləri[redaktə | mənbəni redaktə et]

Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı
  • Pul. preslib.az  (az.)