Astana FK: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
k →İstinadlar: düzenleme, replaced: <references/> → {{İstinad siyahısı}} using AWB |
||
Sətir 64: | Sətir 64: | ||
==İstinadlar== |
==İstinadlar== |
||
{{İstinad siyahısı}} |
|||
<references/> |
|||
==Xarici keçidlər== |
==Xarici keçidlər== |
06:53, 23 yanvar 2017 tarixindəki versiya
Bu məqalə Astanada 2009-cu ildə yaradılmış FK haqqındadır. Astanada 1964-cü ildə yaradılmış FK üçün Astana-1964 FK səhifəsinə baxın. |
Astana FK | |||
---|---|---|---|
Loqonun şəkli | |||
Ölkə | Qazaxıstan | ||
Rəng(lər) | Sarı-göy | ||
Yaranma tarixi | 2009 | ||
Stadionu | Astana Arena | ||
Tutumu | 30,000 | ||
Liqa | Qazaxıstan Milli Futbol Çempionatı[d] | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
"Astana" (qaz. Астана Футбол Клубы) — Qazaxıstanın paytaxtı Astana şəhərini təmsil edən futbol klubu.
Tarixi
"Astana"nın əsası 2009-cu ildə, "Lokomotiv" adıyla qoyulub.[1] Qazaxıstan Dəmir Yollarının sponsorluq etdiyi klub 2011-ci ildən hazırki adını daşıyır.[1]
Komanda əsası qoyulduğu il qatıldığı çempionatı 2-ci pillədə başa vurur.[1] Beləliklə ilk qatıldığı çempionatdan avrokuboklara vəsiqə qazansa da, UEFA onların lisenziyasını qəbul etmir və nəticədə "Astana" qitənin ali futbol qurumu tərəfindən üç il müddətinə avrokuboklardan kənarlaşdırılır.[1] Buna görə də, paytaxt təmsilçisi avrokuboklarda debütünü 2013-cü ilədək təxirə salır.[1]
"Astana" avrokuboklarda ilk oyununu Avropa Liqasında Bolqarıstan "Botev"inə qarşı keçirib.[1] "Sarı-göylər"in avrokuboklarda debütü uğursuz alınıb. Belə ki, paytaxt təmsilçisi bolqarlarla ev oyununda 0:1, səfərdə isə 0:5 hesabıyla məğlub olaraq, mübarizəni elə ilk mərhələdəcə dayandırır.[1]
Avropa Liqasına qatıldığı ikinci mövsümdə Ermənistan "Pünik"ini, İsrail "Hapoel"ini və İsveç AİK-ini mübarizədən kənarlaşdıran qazaxlar pley-offda "Vilyarreal" səddinə ilişir.[1]
2015-2016 mövsümündə isə ÇL-in ikinci mərhələsində "Maribor"u, üçüncü mərhələsində HİK-i, pley-offda isə APOEL-i mübarizədən kənarlaşdıraraq tarix yazdılar.[1] Belə ki, "Astana"nın timsalında Qazaxıstan təmsilçisi ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanmışdır.[1]
Stadionu
Klub ev oyunlarını 2009-cu ildə açılmış, tikintisinə 185 milyon dollar xərc çəkilmiş 30 min yerlik "Astana Arena"da keçirir.[1]
Rəhbərliyi
Klubun prezidenti Sayat Xamitcanov, baş məşqçisi isə bolqar Stanimir Stoylovdur.[1]
Uğurları
"Astana" bir dəfə Qazaxıstan çempionu olmaqla yanaşı, iki dəfə də ölkə kubokuna sahib çıxıb.[1]
İstinadlar
Xarici keçidlər
- fca.kz — Astana FK rəsmi saytı