Bu məqalə Astanada 1964-cü ildə yaradılmış FK haqqındadır. Astanada 2009-cu ildə yaradılmış FK üçün Astana FK səhifəsinə baxın. |
Astana-1964 (qaz. Астана-1964 Футбол Клубы) — Qazaxıstanın paytaxtı Astana şəhərini təmsil edən futbol klubu.
Astana-1964 FK | |||
---|---|---|---|
Ölkə | Qazaxıstan | ||
Yaranma tarixi | 1964 | ||
Stadionu | Kajimukan Munaytpasov stadionu | ||
Tutumu | 12,343 | ||
Prezidenti | Qalım İbrayev | ||
Baş məşqçisi | Oyrat Saduov | ||
Liqa | Birinci dəstə | ||
2013 | VII | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
Sarı | Tünd göy |
Astananın ilk futbol klubu olan bu komanda 1964-cü ildə "Dinamo" adı altında yaradılmışdır.[1]
Bu klub 1997-ci ildən "Astana" adı altında çıxış etməyə başlayıb.[1]
2007-ci ildə klubda güclü maliyyə problemləri başlayır və tezliklə aşağı liqaya yuvarlanır.[1]
Klub hazırda Qazaxıstanın birinci dəstəsində "Astana-1964" adı altında çıxış edir.[1]
Klub ev oyunlarını Kajimukan Munaytpasov stadionunda keçirir.
Üç dəfə Qazaxıstan çempionu olmaqla yanaşı, üç dəfə də ölkə kubokuna sahib çıxıb.[1]
Klub üç dəfə qatıldığı avrokuboklarda yalnız bir dəfə mərhələ keçib ki, onda da 2-ci mərhələdə "Rusenborq"a böyük hesablarla məğlub olublar (1:4, 1:7).[1]
Mövsüm | Turnir | Mərhələ | Rəqib ölkə | Rəqib klub | Nəticə |
---|---|---|---|---|---|
2002/03 | UEFA Çempionlar Liqası | 1Q | Moldova | "Şerif" (Tiraspol) | 1-2, 3-2 (s.q.) |
2003/04 | UEFA Kuboku | 1Q | Çexiya | "Viktoriya" (Jijkov) | 0-3, 1-3 |
2007/08 | UEFA Çempionlar Liqası | 1Q | Gürcüstan | "Olimpi" (Rustavi) | 0-0, 3-0 |
2Q | Norveç | "Rusenborq" (Tronheym) | 1-3, 1-7 |
Qeyd: Ev oyunlarının nəticəsi qalın şriftlərlə göstərilib.
Futbol klubu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |