Bozqır haçaquyruğu: Redaktələr arasındakı fərq
Sətir 59: | Sətir 59: | ||
== Qorunması üçün qəbul edilmiş tədbirlər == |
== Qorunması üçün qəbul edilmiş tədbirlər == |
||
Ovlanması qadağan edilmişdir. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan və Ağgöl Milli Parkları, Dövlət Təbiət Yasaqlıqları kömək edir. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, Azərbaycanın (1989) və Naxçıvan MR–in (2007) Qırmızı kitablarına, Ramsar, Bonn, Bern konvensiyalarına və AEWA sazişinə daxil edilib. |
Ovlanması qadağan edilmişdir. [[Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan və Ağgöl Milli Parkları, Dövlət Təbiət Yasaqlıqları]] kömək edir. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, Azərbaycanın (1989) və Naxçıvan MR–in (2007) Qırmızı kitablarına, Ramsar, Bonn, Bern konvensiyalarına və AEWA sazişinə daxil edilib. |
||
== Qorunması üçün məsləhət görülmüş tədbirlər == |
== Qorunması üçün məsləhət görülmüş tədbirlər == |
08:11, 11 may 2017 tarixindəki versiya
Bozqır haçaquyruğu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Klad: Klad: Klad: Sinif: ???: Bozqır haçaquyruğu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
Glareola nordmanni (Nord., 1842) | ||||||||
|
Bozqır haçaquyruğu (lat. Glareola nordmanni) — Mələrcüllütlər fəsiləsinə aid quş növü.
Statusu
Kateqoriyası
(CR). Mənfi antropogen təsirlərdən kritik vəziyyətdədir.
Genofond əhəmiyyəti
Azərbaycanda cinsin 2 növündən biridir.
Qısa təsviri
Quyruğunun haçası çəmənlik haçaquyruğuna nisbətən dərindir. Ümumi rəngi tünddür. Qanadlarının altı qaradır.
Yayılması
Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda Samur çayının deltasında [1], Dəvəçi limanında [2], Kür-Araz ovalığında–Mahmudçala-Ağçala, Ağgöl və Sarısu göllərində [3][4], Naxçıvan MR ərazisində Arazboyu maili düzənlik və orta dağlıq qurşağında yayılıb [5].
Yaşayış yeri və həyat tərzi
Su hövzələrinin sahillərindəki nəmli biotoplarda və dayaz su sahələri əsas yaşayış yerləridir. Azərbaycana nəsil vermək üçün gəlir. Köçüb gəlmə və köçüb getmə vaxtı müəyyən edilməyib. Koloniya halında nəsil verir. Yuvaları hər tərəfdən su və bataqlıq biotopları ilə əhatə olunmuş adacıqlarda yerləşir. Yuvasında 4 yumurta olur [6][7]. Həşərat yeyir.
Sayı
Ağgöldə 25.06.1962-ci ildə 2 cütü, 02.06.1963-cü ildə 20 cütü [8], 1990-cı ilin may ayında Mahmudçala-Ağçalada 8 fərdi [9], Samur çayı deltasında 27.VII.1990-cı ildə tək-tək fərdləri və 3-5 fərddən ibarət kiçik sürüləri, 19.VIII-10.X.1988-ci ildə 30, 1988-ci ildə 19 avqustdan 10 sentyabra qədər 30 fərdi, 1989-cu ildə 4 fərdi [10], 1998-ci ilin iyul ayında Qızılağac Dövlət Təbiət Qoruğunda 14 fərd [11] qeyd edilib.
Məhdudlaşdırıcı amillər
Yayda dayaz su sahələrinin quruması və yaşayış yerlərində çoxlu mal-qara otarılması.
Əhali üçün əhəmiyyəti
Elmi və estetik əhəmiyyəti var.
Qorunması üçün qəbul edilmiş tədbirlər
Ovlanması qadağan edilmişdir. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan və Ağgöl Milli Parkları, Dövlət Təbiət Yasaqlıqları kömək edir. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, Azərbaycanın (1989) və Naxçıvan MR–in (2007) Qırmızı kitablarına, Ramsar, Bonn, Bern konvensiyalarına və AEWA sazişinə daxil edilib.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
Mahmudçala-Ağçala göllər sisteminə yasaqlıq, Sarısu-Şərbət qobu göllər sisteminə isə qoruq statusunun verilməsi, eyni vaxtda növün qorunmasının fəal maarifçiliyi məsləhətdir.
Həmçinin bax
Böyük əyridimdik
Böyük oxcüllüt
Adi bizdimdik
Ortaboy tənbəlcüllüt
Kiçik əyridimdik
Xarici keçidlər
İstinadlar
- ↑ Бутеев и др. Заметки о редких и малоизученных птицах Кавкааз-ского побережья Каспия во гнездовой период // Редкие, малочис-ленные и малоизученные птицы Северного Кавказа. Материалы научно-практической конференции. Ставрополь, 1990, с. 24;
- ↑ Сатунин К.А. Материалы к познованию птиц Кавказского края // Зап. Кавк. отд. Русского геог. об-ва, 1907, кн. 26, вып. 3, с. 91;
- ↑ Виноградов В.В., Чернявская Е.И. Материалы по орнитологии Кызыл-Агачского заповедника // Тр. Заповедников Азербайджана, 1965, вып. 1, с. 22-79;
- ↑ Бабаев И.Р. Численность редких и исчезающих водно-болотных птиц Кура-Араксинской низменности // Актуальные вопросы экологии и охраны природы Ставропольского края и сопредельных территорий. Мат. научно-практической конф. Ставрополь, 1991, с. 143;
- ↑ Talıbov T.H. Çöl haçaquyruğu–Glareola nordmanni Nordman. // Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı. Cild 1. Naxçıvan, “Əcəmi”, 2006, s. 120-121.
- ↑ Виноградов В.В., Чернявская Е.И. Материалы по орнитологии Кызыл-Агачского заповедника // Тр. Заповедников Азербайджана, 1965, вып. 1, с. 22-79;
- ↑ Babayev İ.R. Xəzər dənizinin cənub-qərb sahillərində nadir, nəsli kəsilməkdə olan su-bataqlıq quşlarının müasir vəziyyəti // XX əsrin sonunda heyvanlar aləminin qorunması və öyrənilməsi. Akademik M.Ə. Musayevin 80 illiyinə həsr olunmuş elmi konf. mat-rı., Bakı, “Elm”, 2001, s. 307-310;
- ↑ Сатунин К.А. Материалы к познованию птиц Кавказского края // Зап. Кавк. отд. Русского геог. об-ва, 1907, кн. 26, вып. 3, с. 91;
- ↑ Бабаев И.Р. Численность редких и исчезающих водно-болотных птиц Кура-Араксинской низменности // Актуальные вопросы экологии и охраны природы Ставропольского края и сопредельных территорий. Мат. научно-практической конф. Ставрополь, 1991, с. 143;
- ↑ Бутеев и др. Заметки о редких и малоизученных птицах Кавкааз-ского побережья Каспия во гнездовой период // Редкие, малочис-ленные и малоизученные птицы Северного Кавказа. Материалы научно-практической конференции. Ставрополь, 1990, с. 24;
- ↑ Babayev İ.R. Xəzər dənizinin cənub-qərb sahillərində nadir, nəsli kəsilməkdə olan su-bataqlıq quşlarının müasir vəziyyəti // XX əsrin sonunda heyvanlar aləminin qorunması və öyrənilməsi. Akademik M.Ə. Musayevin 80 illiyinə həsr olunmuş elmi konf. mat-rı., Bakı, “Elm”, 2001, s. 307-310;
Ədəbiyyat
1. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 203;
2. Mustafayev Q.T., Babayev İ.R. Quşların qorunması (monoqrafiya). Bakı, "Elm", 2012, 255 s.
3. Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı (II nəşr). Quşlar bölməsi.