200 manatlıq əsginas: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
"200_manat_rev.png" faylı silinir, çünki bu fayl Jcb tərəfindən Wikimedia Commons-dan silinmişdir. Silinmə səbəbi: Copyright violation; see Commons:Licensing (F1).
Sətir 16: Sətir 16:
| ön dizayneri = [[Crane Currency]]
| ön dizayneri = [[Crane Currency]]
| ön dizayn tarixi = [[2018]]
| ön dizayn tarixi = [[2018]]
| arxa = 200 manat rev.png
| arxa =
| arxa dizaynı =
| arxa dizaynı =
| arxa dizayneri = [[Crane Currency]]
| arxa dizayneri = [[Crane Currency]]

23:58, 14 may 2019 tarixindəki versiya

200 manat
Ölkə Azərbaycan Azərbaycan
Dəyər 200 manat
Eni 70 mm
Uzunluğu 160 mm
Təhlükəsizlik ünsürləri gizli nominal, holoqram, mürəkkəbsiz çap, qabarıq çap, SPARK live, görmə qüsuru olanlar üçün tanıma elementi, su nişanı, seria nömrəsi, mühafizə sapı, sayrışan rəngli boyalar, xüsusi dəqiq cizgilər, mikromətn, surətçıxarmaya qarşı xətlər strukturu, rənglər bölgüsü
Nəşr illəri 2018
Ön tərəf
Ön tərəf
Dizayn Heydər Əliyev Mərkəzi
Dizayner Crane Currency
Dizayn tarixi 2018
Arxa tərəf
Dizayner Crane Currency
Dizayn tarixi 2018

200 manatlıq əsginasAzərbaycanda buraxılacaq milli əsginaslardan biri. Bu əsginas Azərbaycanın digər əsginasları ilə müqayisədə ən yuxarı nominal dəyərə malikdir və dövriyyəyə ən son (2018) buraxılmış əsginasdır.[1][2] 200 manat 20000 qəpiyə bərabərdir.

Tarixi

Əsginasın buraxılması haqqında qanun nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə qəbul edilmişdir. Yeni əsginasın buraxılması haqqında ilk fikirlər hələ 2017-ci ildə səsləndirilmişdi.[3] Yeni pul nişanının dizaynı hazırlanarkən müsabiqədə ABŞ şirkəti Crane Currency tərəfindən təqdim olunan dizayn qalib seçilmişdir. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı Giesecke+Devrient şirkətində istehsal olunmuşdur.[1] 200 manatlıq əsginas 2018-ci ilin 24 mayından dövriyyədədir.[4] Bu əsginasa qədər Azərbaycanda işlədilən ən böyük nominala malik əsginas 100 manatlıq əsginas olmuşdur.[1]

Mövzusu

200 manatlıq əsginaslar Müasir memarlıq mövzusuna həsr olunmuşdur.[4]

Təsviri

Əsginasın əsas rəngi göydür. Ön tərəfində 2012-ci ildə tikilmiş Heydər Əliyev Mərkəzinin təsviri yer alıb. Həmçinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun imzası da ön tərəfdədir.[1]

200 manatlıq əsginasın üzərində Elman Rüstəmovun imzası

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 4 "Azərbaycanda 200 manatlıq pullar dövriyəyə buraxılır - FOTO". Lent.az (az.). 23 may 2018. İstifadə tarixi: 23 may 2018.
  2. Mərkəzi Bankda yeni pul nişanlarının təqdimat mərasimi keçirildi. cbar.az  (az.)
  3. "Azərbaycan 200 manatlıq əsginas buraxa bilər". Femida (az.). 19 sentyabr 2017. İstifadə tarixi: 23 may 2018.
  4. 1 2 "Dövriyyədə olan əsginaslar AZN". Azərbaycan Mərkəzi Bankı (az.). İstifadə tarixi: 2 iyul 2018.

Xarici keçidlər

  • cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı
  • Pul. preslib.az  (az.)