Astana FK: Redaktələr arasındakı fərq
k →top: tənzimləmə |
Redaktənin izahı yoxdur |
||
Sətir 17: | Sətir 17: | ||
| baş məşqçisi = {{Bayraq|Ukrayna}} [[Roman Qriqorçuk]] |
| baş məşqçisi = {{Bayraq|Ukrayna}} [[Roman Qriqorçuk]] |
||
| liqa = [[Qazaxıstan Milli Futbol Çempionatı|Premyer Liqa]] |
| liqa = [[Qazaxıstan Milli Futbol Çempionatı|Premyer Liqa]] |
||
| mövsüm = |
| mövsüm = 2019 |
||
| sıra = 1 |
| sıra = 1 |
||
| pattern_la1 = _astana1718h |
| pattern_la1 = _astana1718h |
15:42, 4 noyabr 2019 tarixindəki versiya
Bu məqalə Astanada 2009-cu ildə yaradılmış FK haqqındadır. Astanada 1964-cü ildə yaradılmış FK üçün Astana-1964 FK səhifəsinə baxın. |
Astana FK | ||||
---|---|---|---|---|
Klubun tam adı | Astana Futbol klubu | |||
Ölkə | Qazaxıstan | |||
Ləqəb(lər) | Mavi - yaşıllar[1] | |||
Rəng(lər) | Sarı-göy | |||
Yaranma tarixi | 2009 | |||
Stadionu | Astana Arena | |||
Tutumu | 30,000 | |||
Prezidenti | Sayan Xamitzanov | |||
Baş məşqçisi | Roman Qriqorçuk | |||
Liqa | Premyer Liqa | |||
2019 | 1 | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
"Astana" (qaz. Астана Футбол Клубы) — Qazaxıstanın paytaxtı Astana şəhərini təmsil edən futbol klubu.
Tarixi
"Astana"nın əsası 2009-cu ildə, "Lokomotiv" adıyla qoyulub.[2] Qazaxıstan Dəmir Yollarının sponsorluq etdiyi klub 2011-ci ildən hazırki adını daşıyır.[2]
Komanda əsası qoyulduğu il qatıldığı çempionatı 2-ci pillədə başa vurur.[2] Beləliklə ilk qatıldığı çempionatdan avrokuboklara vəsiqə qazansa da, UEFA onların lisenziyasını qəbul etmir və nəticədə "Astana" qitənin ali futbol qurumu tərəfindən üç il müddətinə avrokuboklardan kənarlaşdırılır.[2] Buna görə də, paytaxt təmsilçisi avrokuboklarda debütünü 2013-cü ilədək təxirə salır.[2]
"Astana" avrokuboklarda ilk oyununu Avropa Liqasında Bolqarıstan "Botev"inə qarşı keçirib.[2] "Sarı-göylər"in avrokuboklarda debütü uğursuz alınıb. Belə ki, paytaxt təmsilçisi bolqarlarla ev oyununda 0:1, səfərdə isə 0:5 hesabıyla məğlub olaraq, mübarizəni elə ilk mərhələdəcə dayandırır.[2]
Avropa Liqasına qatıldığı ikinci mövsümdə Ermənistan "Pünik"ini, İsrail "Hapoel"ini və İsveç AİK-ini mübarizədən kənarlaşdıran qazaxlar pley-offda "Vilyarreal" səddinə ilişir.[2]
2015-2016 mövsümündə isə ÇL-in ikinci mərhələsində "Maribor"u, üçüncü mərhələsində HİK-i, pley-offda isə APOEL-i mübarizədən kənarlaşdıraraq tarix yazdılar.[2] Belə ki, "Astana"nın timsalında Qazaxıstan təmsilçisi ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanmışdır.[2]
Stadionu
Klub ev oyunlarını 2009-cu ildə açılmış, tikintisinə 185 milyon dollar xərc çəkilmiş 30 min yerlik "Astana Arena"da keçirir.[2]
Rəhbərliyi
Klubun prezidenti Sayat Xamitcanov, baş məşqçisi isə bolqar Stanimir Stoylovdur.[2]
Uğurları
"Astana" bir dəfə Qazaxıstan çempionu olmaqla yanaşı, iki dəfə də ölkə kubokuna sahib çıxıb.[2]
İstinadlar
Xarici keçidlər
- fca.kz — Astana FK rəsmi saytı