Arif Hacılı: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teqlər: Mobil redaktə Mobil tətbiqetmə vasitəsilə redaktə iOS tətbiqetməsi vasitəsilə redaktə
Redaktənin izahı yoxdur
Teqlər: Mobil redaktə Mobil tətbiqetmə vasitəsilə redaktə iOS tətbiqetməsi vasitəsilə redaktə
Sətir 85: Sətir 85:
== Foto şəkillər ==
== Foto şəkillər ==
<gallery>
<gallery>
File:4mikrafon.jpg|Dövlet müstəqilliyi uğrunda mübarizə
File:4mikrafon.jpg|Sabir Rüstəmxanlı Arif Hacılı
File:arif hacili Isa qember.jpg|Arif Hacılı və İsa Qəmbər
File:arif hacili Isa qember.jpg|Arif Hacılı və İsa Qəmbər
File:Arif Hacili 92.jpg|Ebulfez Elçibey, Məryəm Həsənova və Arif Hacılı
File:Arif Hacili 92.jpg|Əbülfəz Elçibəy, Məryəm Həsənova və Arif Hacılı
File:Arif hacili cemil unal.jpg|Ankara'da M.Ə.Rəsulzadənin mezarı önündə M.Ə.Rəsulzadənin silahdaşı Cəmil Ünal və Arif Hacılı
File:Arif hacili cemil unal.jpg|Ankarada M.Ə.Rəsulzadənin məzarı önündə M.Ə.Rəsulzadənin silahdaşı Cəmil Ünal və Arif Hacılı
File:Arif hacili krim oglu.jpg|Arif Hacılı, Mustafa Kırımoğlu və İsa Qəmbər
File:Arif hacili krim oglu.jpg|Arif Hacılı, Mustafa Kırımoğlu və İsa Qəmbər
</gallery>
</gallery>

21:26, 15 aprel 2020 tarixindəki versiya

Arif Hacılı
Arif Mustafa oğlu Hacılı
Fayl:Arif Hacılı.jpg
Şəxsi məlumatlar
Doğum tarixi 22 yanvar 1962 (1962-01-22) (62 yaş)
Doğum yeri SSRİ, Azərbaycan SSR, Zaqatala rayonu,Yuxarı Tala
Partiya Şablon:AXC (1989-1992)
Şablon:Müsavat (1992-h.h.)
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti Siyasətçi
Uşağı 2 övlad
Elmi fəaliyyəti
Tanınır Siyasətçi
Rəsmi vebsaytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hacılı Arif Mustafa oğlu — Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri, Müsavat Partiyasının Başqanı.[1]

Ailəsi

Atası Mustafa Hacıyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini və Ali Partiya Məktəbini bitirmişdi. Müxtəlif partiya və hökumət vəzifələrində işləməklə yanaşı daha çox pedoqoji fəaliyyətlə məşğul olmuş, orta məktəbdə müəllim, məktəb direktorunun müavini, məktəb direktoru vəzifələrində çalışmış, 1972 ci ildə 45 yaşında ağır xəstəlikdən sonra vəfat etmişdir.

Anası Zahidə Hacıyeva evdar qadın, sonra isə tütünçü olmuş, 2012 ci ildə Arif Hacılı həbsdə olduğu zaman 80 yaşında vəfat etmişdir.[2]

Həyatı

1962 ci il Yanvar ayının 22Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. Orta təhsilini Zaqatala rayonu Yuxarı Tala kənd 1 saylı orta məktəbdə alıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsəni bitirib. İlk gəncliyi illərində inşaat briqadasında fəhlə, yerli radio verilişləri redaksiyasında redaktor işləyib. Bu illərdə müxtəlif yerli Sovetlərə deputat seçilib.

İctimai-siyasi fəaliyyəti

Xalq Hərəkatına tələbə ikən, 1988 ci ildə Bakıda keçirilən noyabr mitinqləri zamanı qoşulub. 1989 cu ildə Zaqatalada AXC nin yerli təşkilatının yaradıcılarından biri və lideri olub.

1989 cu ilin sentyabr ayında AXC Ali Məclisinin üzvü seçilib. [[1989]-1990-cı illərdə AXC-nin parçalanmasının qarşısının alınması, 20 yanvar hadisələrindən sonra isə bu təşkilatın toparlanması üçün xüsusi fəallıq göstərən Ali Məclis üzvlərindən biri olub.

1990 cı ildə 204 saylı Zaqatala seçki dairəsindən Azəbaycan Xalq deputatı seçilib. Azərbaycan Parlamentinin ən gənc üzvlərindən biri olub. Parlamentdəki ilk çıxışında Azərbaycanın üçrəngli istiqqlal bayrağının parlamentin iclas zalına gətirilməsini,bu bayrağın parlament üzərinə qaldırılmasını tələb edib. Leninin büstünün və sovet bayrağının parlamendən götürülməsini tələb etməsi buradakı kommunist çoxluğun ciddi etirazlarına səbəb olmaqla yanaşı ölkədə əks səda doğurub.

Arif Hacılı 1991 ci ildə SSRİ nin saxlanması naminə keçirilən referendumun əleyhinə səs verən 43 istiqlalçı millət vəkilindən biridir.Bu referenduma qarşı parlamentin binasında başlayan 10 günlük aclıq aksiyasında Əbülfəz Elçibəy və digər 9 millət vəkili ilə birlikdə iştirak edib.

1991 ci ildə yaranan Azərbaycan Ali Soveti Milli Şurasının, və Milli Məclisin üzvü olub.Həmin il AXC Ali Məclisinin Rəyasət heyətinin üzvü, sonra isə AXC Ali Məclisinin sədri seçilib.

Arif Hacılı Elçibəy höküməti dövründə Azərbaycan Respublikasının Ərazi Hakimiyyət və İdarəetmə Orqanları ilə İş üzrə Dövlət Müşaviri vəzifəsində yerli icra hakimiyyəti strukturlarının işinə rəhbərlik edib. Dövlət Ərzaq komissiyasının sədri kimi ölkənin ərzaq böhranından çıxmasında mühüm rol oynayıb. Ağdərə, Füzuli, Qubadlı, Ağdam və digər rayonların ərazilərinin erməni silahlı birləşmərinin hücumlarından müdafiəsinın təşkilində və bəzi döyüş əməliyyatlarında bilavasitə iştirak edib. 4 iyun qiyamının nəticələrinin aradan qaldırılması,prezident Elçibəyin səlahiyyətlərinin qiyam yolu ilə əlindən alınmasına qarşı açıq müqavimətin təşkilinə cəhd edən dövlət xadimlərindən biri olub.

1992 ci İldə Müsavat Partiyasının Bərpa Mərkəzi yarandığı gündən Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvü, 1994 cü ildən Müsavat partiyasının Seçki, Təşkilat məsələləri katibi,sonralar müavini, 2006 cı ildən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri olub.

1998 ci ildən Elçibəyin yaratdığı və sədri olduğu Bütöv Azərbaycan Birliyinin sədr müavini olub.

1998 ci və 2000 ci ilərdə keçirilən kütləvi aksiyaların ,mitinq və nümayişlərin əsas təşkilatçılarından biri kimi dəfələrlə saxlanılıb və həbs edilib.

Fayl:Arif Hacılı bashqan.jpg
Arif Hacılı Müsavat Partiyasının yeni başqanı oldu

Son illərdə Azərbaycanda keçirilən ən kütləvi siyasi aksiya olan 12 oktyabr 2003 cü il tarixli mitinqin təşkilatçılarından biri və aparıcısı olub. 16 oktyabr 2003-cü il tarixində Prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmaaına qarşı keçirilən etiraz aksiyasının əsas təşkilatçılarından biri kimi həbs olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.

Arif Hacılı 2009 cu ildə iki dəfədən artıq Prezident seçilməyə qoyulan Konstitusiya qadağasının aradan qaldırılması ilə bağlı keçirilən referendum zamanı buna etiraz məqsədi ilə Müsavat partiyası tərəfindən yaradılmış "Respublikaçılar" referendum qrupunun ümummilli kampaniyasına rəhbərlik edib.

Arif Hacılı 2011 ci ildə "Ərəb Baharı" adlanan siyasi fəallıq dönəmində Müsavat Partiyasının təşkil etdiyi 12 martİctimai Palatanın təşkil etdiyi 2 aprel mitinqlərinin əsas təşkilatçısı kimi həbs olunaraq yenidən iki il yarım müddətinə azadlıqdan məhrum edilib. Cəza müddətinin əksəriyyətini çəkdikdən sonra yenə də əfv ərizəsi yazmadan yerli və beynəlxalq ictimaiyyətin tələbi ilə azadlıqa buraxılıb.[3]

Arif Hacılı iki dəfə beynəlxalq "Amnesty İnternasional" teşkilatı tərəfindən Vicdan Məhbusu elan edilib. 2003 cü ildə qeyri qanuni həbs olunması, 2005 ci ildə deputat mandatının oğurlanması ilə bağlı Azərbaycan hakimiyyətinə qarşı irəli sürdüyü iddialarla əlaqədar iki dəfə Avropa İnsan Haqları Məhkəməsində Əliyev hökumətinə qalib gəlib.Arif Hacılı 2013-cü ildə keçirilən Prezident seçkilərində Müxalifətin vahid namizədi Cəmil Həsənlinin seçki qərargahının sədrlərindən biri olub.

2014-cü və 2019-cu illərdə Müsavat Partiyasında keçirilən başqan seçkilərində qalib gəlib. Hazırda Müsavat Partiyasının başqanıdır.[4]

Foto şəkillər

İstinadlar

  1. Arif Hacılı Müsavat Partiyasının yeni başqanı oldu. musavat.com, 27.09.2014.  (az.)
  2. ARİF HACILIYA AĞIR İTKİ ÜZ VERDİ musavat.com, 30.05.2012.  (az.)
  3. ARİF HACILI AZADLIĞA BURAXILDI mediaforum.az, 22.06.2012.  (az.)
  4. Arif Hacılı Müsavat Partiyasının yeni başqanı oldu musavat.com, 27.09.2014 (az.)