Mikayıl Gözəlov: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
k Şəxs_şablonu_qaydaya_salınır
k Şəxs şablonu qaydaya salınır
Sətir 3: Sətir 3:
{{tərəfli}}
{{tərəfli}}
{{Şəxs
{{Şəxs
|Adı = Mikayıl Gözəlov
|adı = Mikayıl Gözəlov
|Orijinal adı = Mikayıl Qoca oğlu Gözəlov
|orijinal adı = Mikayıl Qoca oğlu Gözəlov
|Şəkil = Mikayıl Gözəlov .jpg
|şəkil = Mikayıl Gözəlov .jpg
|Şəklin ölçüsü =
|şəklin ölçüsü =
|Şəklin izahı =
|şəklin izahı =
|Digər adı =
|digər adı =
|Doğum tarixi = 5.4.1948
|doğum tarixi = 5.4.1948
|Doğum yeri = [[Mərzili]], [[Ağdam rayonu]], Azərbaycan SSR, SSRİ
|doğum yeri = [[Mərzili]], [[Ağdam rayonu]], Azərbaycan SSR, SSRİ
|Vəfat tarixi = 11.12.1991
|vəfat tarixi = 11.12.1991
|Vəfat yeri = [[Şuşa]]
|vəfat yeri = [[Şuşa]]
|Vəfat səbəbi = sui-qəsd
|vəfat səbəbi = sui-qəsd
|Dəfn yeri =
|dəfn yeri =
|Atası =
|vətəndaşlığı =
|Anası =
|milliyyəti =
|Milliyəti =
|dini =
|Tanınır =
|ixtisası =
|Vikianbar =
|təhsili =
|fəaliyyəti =
|fəaliyyət illəri =
|tanınır =
|mükafatları =
|imzası =
|imzanın ölçüsü =
|imzanın izahı =
|saytı =
|vikianbar =
}}
}}
'''Mikayıl Gözəlov''' ({{DVTY}}) — Şuşa rayon İcra Hakimiyyətinin başçısı (1991).
'''Mikayıl Gözəlov''' ({{DVTY}}) — Şuşa rayon İcra Hakimiyyətinin başçısı (1991).

04:11, 23 sentyabr 2020 tarixindəki versiya

Mikayıl Gözəlov
Mikayıl Qoca oğlu Gözəlov
Doğum tarixi
Doğum yeri Mərzili, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (43 yaşında)
Vəfat yeri Şuşa
Vəfat səbəbi sui-qəsd

Mikayıl Gözəlov (5 aprel 1948, Mərzili, Ağdam rayonu11 dekabr 1991, Şuşa, Şuşa rayonu[d]) — Şuşa rayon İcra Hakimiyyətinin başçısı (1991).

Həyatı

Mikayıl Gözəlov 5 aprel 1948-ci ildə Ağdam rayonunun Mərzili kəndində doğulmuşdur. Mərzili kəndində 7 illik orta məktəbi bitirdikdən sonra Novruzlu kəndində orta təhsilini başa vurmuşdur (1964). Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirmişdir (1969). Təyinatla Şuşa şəhərinə göndərilmişdir. 92 saylı tikinti idarəsində tikinti ustası, iş icraçısı, baş iş icraçısı və s. vəzifələrdə çalışmışdır. Həmin idarənin rəisi olmuşdur (1976). Şuşada, Xocalıda, Ağdamda, Laçında, Qubadlıda, Kəlbəcərdə, DQMVdə və Azərbaycanın digər bölgələrində onlarla tikinti obyektlərinin icraçı mühəndisi, rəisi kimi fəaləiyyət göstərmişdir. Xankəndi şəhərində yerləşən 9 saylı DQMV tikinti trestinin rəis müavini vəzifəsinə təyin olunmuşdur (1989).

Mübarizəli fəaliyyəti

Vilayətdə kök salmış bədnam "Krunk" təşkilatına, "Qarabağ" komitəsinə qarşı mərdliklə, çəkinmədən mübarizə aparmışdır. Şuşa Rayon XDS İcraiyyə Komitəsinin sədri seçilmişdir (1988). 360 saylı Şuşa seçki dairəsindən Azərbaycan Respublikası Ali Sovetinə deputatlığa namizədliyi qeydə alınmışdır (1990). Seçiləcəyi açıq-aşkar bəlli olsa da, seçki gününə bir gün qalmış, adı çəkilən dairədən seçkilərin keçirilməsi dayandırılmışdır (Viktor Polyaniçkonun göstərişi ilə). Şuşada yeni su kəmərinin çəkilməsi, Şuşa-Xəlfəli-Qaybalı-Kərkicahan yolunun salınması, Şuşa-Xankəndi yolunun sağ tərəfində Xankəndindən qovulmuş azərbaycanlılar üçün Yeni Xankəndi qəsəbəsinin istifadəyə verilməsi onun adı ilə bağlı olmuşdur.

Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir (07.11.1991). Şuşa şəhərinin və Dağlıq Qarabağ ərazisindəki digər azərbaycanlı yaşayış məntəqələrinin müdafiəsi işinə rəhbərlik etmiş, bu yaşayış məntəqələrinin bütün problemlərinin həllində, sosial-iqtisadi inkişafında mühüm rol oynamışdır. Şuşanın və Qarabağ yaşayış məntəqələrinin müdafiəçilərinin lazımi silah, sursat və texnika ilə təmin olunmasında xüsusi fəallıq göstərmiş, öz vəsaiti hesabına respublikamızın bir çox bölgələrindən, eləcə də başqa ölkələrdən xeyli silah, sursat və texnika gətirmişdir. Dəfələrlə ona qarşı sui-qəsdlər təşkil edilməsinə, başına milyonlarla pul qoyulmasına baxmayaraq o qorxmamış gecə-gündüz çalışmış, vuruşmuş, mübarizə aparmış, daşnak tör-töküntülərinin iç üzünün açılmasında əlindən gələni əsirgəməmişdir. Azərbaycan Respublikası Milli Ordusunun ilk rəsmi hərbi hisələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olmuşdur. Torpaqlarımızın işğalçı erməni yaraqlılarından təmizlənməsi üçün keçirilən bir çox hücum və uğurlu döyüş əməliyyatlarının təşkilatçısı və rəhbəri olmuşdur. Şuşanın ermənilər yaşayan, quldur yuvasına çevrilmiş Qala dərəsi, Böyük Qala dərəsi, On verst, Salatın kənd (keçmiş Yeğsahoğ) kəndlərinin düşməndən azad edilməsi əməliyyatına rəhbərlik etmişdir. Laçın-Şuşa yolunun təhlükəsizliyini təmin edənlərdən biri olmuşdur. Xalq arasında xüsusi hörmət və nüfuza malik idi.

Ölümü

İş başında vəzifə borcunu yerinə yetirərkən, 11 dekabr 1991-ci ildə sui-qəsd nəticəsində xəyanətkarcasına qətlə yetirilmişdir.

Mükafatları

Bir çox dövlət təltiflərinə layiq görülmüşdür.

Xatirəsi

Ölümündən sonra Şuşa rayonu kolxozlarından birinə, Şuşa şəhərində küçəyə adı verilmiş, yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər