Şahmar Hüseynov: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 69: Sətir 69:
[[Kateqoriya:Azərbaycanda doğulanlar]]
[[Kateqoriya:Azərbaycanda doğulanlar]]
[[Kateqoriya:Bakıda vəfat edənlər]]
[[Kateqoriya:Bakıda vəfat edənlər]]
[[Kateqoriya:Azərbaycanda vəfat edənlər]]
[[Kateqoriya:Gəncədə dəfn olunanlar]]
[[Kateqoriya:Gəncədə dəfn olunanlar]]
[[Kateqoriya:Azərbaycan yazıçıları]]
[[Kateqoriya:Azərbaycan yazıçıları]]

06:43, 18 fevral 2021 tarixindəki versiya

Şahmar Hüseynov
azərb. Şahmar Həsən oğlu Hüseynov
Təxəllüsü Şahmar
Doğum tarixi 31 iyul 1939(1939-07-31)
Doğum yeri
Vəfat tarixi 1 yanvar 1988(1988-01-01) (48 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Milliyyəti Azərbaycanlı
Həyat yoldaşı
Təhsili Dövlət Mədəniyyət və İncəsənət Universiteti
İxtisası Rejissorluq
Fəaliyyəti Teatr xadimi və yazıçı
Fəaliyyət illəri 1977-1988
Əsərlərinin dili Azərbaycan dili
Janr Hekayə
İlk əsəri Bir balaca səhv
Tanınmış əsərləri İtki və Elçilik
Mükafatları Mirzə Fətəli Axundov adına ədəbi mükafat

Şahmar Hüseynov (azərb. Şahmar Həsən oğlu Hüseynov‎; 31 iyul 1939, Xanlar rayonu1 yanvar 1988, Bakı) — Azərbaycanlı yazıçı, aktyor, rejissor köməkçisi və teatr xadimi.

Həyatı

Şahmar Hüseynov 1939-cu ilin 31 iyul tarixində Xanlar rayonunun Nərimanov kəndində anadan olmuşdur. Ailəsi Gəncə şəhərinə köçəndə Şahmar ilk təhsilini də burda alır. Məktəbi bitirdikdən sonra Bakıya gələn yazıçı hərbi xidmət keçir (3 il)leytenant rütbəsi qazanır.[1]

Sənədlərini əvvəlcə Azərbaycan Tibb Universitetinə verən Şahmar Hüseynov I kursu başa vurmadan oranı tərk edir və dram və aktyorluq fakültəsinə qəbul Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti olunur.

Şahmar Hüseynovun kurs rəhbəri məşhur Azərbaycan rejissoraktyoru Adil İsgəndərov olub, ona sənətin incəliklərini öyrədib. Təhsilini bitirdikdən sonra Şahmar Hüseynov Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına təyinat alıb. 1966-ci ildən yazıçı Kukla teatrında aktyor, daha sonra rejissor köməkçisi kimi fəaliyyət göstərib.[2]

Şahmar Hüseynov əllidən çox tamaşada oynamış və hər tamaşada fərqli obrazlar yaratmışdır. O, Məşədi İbad tamaşasında Qoçu Əsgər, Zəncirlənmiş pəri əsərində Rəhman rolunun, Eldar Baxışın Məlikməmməd pyesində Aşıq və sairə obrazların ifaçısı olub.

Şahmar Hüseynov 1970-ci ildə Kukla teatrında çalışan aktrisa Elmira Hüseynova ilə ailə həyatı qurub. Ayxan və Həsən adında iki oğlu var. 1988-ci ilin 9 yanvar tarixində Bakıda, yaşadığı mənzildə ürək tutmasından dünyasını dəyişir. Valideynlərinin istəyi ilə dəfni doğma yurdu Gəncədə baş tutur.[3]

Yaradıcılığı

Uşaq vaxtından kiçik hekayələr yazan Şahmar Hüseynov aktyor fəaliyyəti ilə yanaşı yazıçılıqla da məşğul olub. Şahmar imzası ilə Azərbaycan mətbuatında hekayələri işıq üzü görüb. Onun Bir balaca səhv adlı ilk hekayəsi 1977-ci ildə Ulduz jurnalında çap edilib.[4]

Bir-birindən maraqlı hekayələri ilə ədəbi mühitə səs salan Şahmar təkcə aktyor kimi deyil, həm də yazıçı kimi də peşəkarlaşıb. Şahmarın hekayələrində kənd cazibəsi, yaşadıqları ilə yanaşı teatr aləmi, şəhər həyatı, xüsusilə, aktyorların həyatı öz əksini tapıb. 70-ci illərdə yazıçının Sehrli güzgü adlı pyesi çalışdığı Azərbaycan Dövlət Kukla Teatrında səhnələşdirilib və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.[5]

1986-cı ildə "Elçilik" adlı bir hekayələr kitabı çap olunub. Ölümündən sonra, 1989-cu ildə isə yazıçının İtki kitabı çapdan çıxır və bu kitaba görə Mirzə Fətəli Axundov adına ədəbi mükafata layiq görülür.[6]

Kitablar

Haqqında olan fikirlər

" Qaravəlli əsərimi tamaşaya qoyanda Şahmarı bir aktyor kimi tanımışam. Az sonra ədəbi jurnallarda çap olunan maraqlı, gözəl hekayələrini oxudum. İncə duyğu, yüksək hissiyyatla yanaşı, böyük səmimiyyəti Şahmarın hekayələrində də gördüm
Azərbaycan Yazıçılar Birliyinin sədri. Xalq yazıçısı Anar
"


" Azərbaycan ədəbiyyatında öyrənmək istədiyim yazıçı çox az olub. Onlardan biri Şahmardı. Şahmar böyük yazıçıdır. Hər şeydən əvvəl ona görə ki, demək istədiyini bəzəksiz-düzəksiz deməyi bacarıb. Bütün səmimiyyətimlə bir də təkrar eləyim ki, həmişə Şahmar kimi sakit, səssiz-küysüz, qışqırıqsız, boyalar işlətmədən, obrazlı ifadələr axtarmadan yazmaq istəmişəm. Bunu onun özünə də deyirdim. Uşaq kimiydi, inanmırdı
Xalq yazıçısı Mövlud Süleymanlı
"

.

İstinadlar

  1. Samirə Əşrəf. ""Kürsü" layihəsinin qonağı - mərhum yazıçı, aktyor Şahmar Hüseynovun həyat yoldaşı aktrisa Elmira Hüseynovadır". Ədəbiyyat Qəzeti. 2019, 23 yanvar. 2020-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  2. Samirə Əşrəf. ""Kürsü" layihəsinin qonağı - mərhum yazıçı, aktyor Şahmar Hüseynovun həyat yoldaşı aktrisa Elmira Hüseynovadır". Ədəbiyyat Qəzeti. 2019, 23 yanvar. 2020-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  3. Samirə Əşrəf. ""Kürsü" layihəsinin qonağı - mərhum yazıçı, aktyor Şahmar Hüseynovun həyat yoldaşı aktrisa Elmira Hüseynovadır". Ədəbiyyat Qəzeti. 2019, 23 yanvar. 2020-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  4. Samirə Əşrəf. ""Kürsü" layihəsinin qonağı - mərhum yazıçı, aktyor Şahmar Hüseynovun həyat yoldaşı aktrisa Elmira Hüseynovadır". Ədəbiyyat Qəzeti. 2019, 23 yanvar. 2020-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  5. Samirə Əşrəf. ""Kürsü" layihəsinin qonağı - mərhum yazıçı, aktyor Şahmar Hüseynovun həyat yoldaşı aktrisa Elmira Hüseynovadır". Ədəbiyyat Qəzeti. 2019, 23 yanvar. 2020-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  6. Samirə Əşrəf. ""Kürsü" layihəsinin qonağı - mərhum yazıçı, aktyor Şahmar Hüseynovun həyat yoldaşı aktrisa Elmira Hüseynovadır". Ədəbiyyat Qəzeti. 2019, 23 yanvar. 2020-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.

Xarici keçidlər