Cənub-Qərbi Qafqaz Cümhuriyyəti: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
k Dr.Wiki54 Cənub-Qərbi Qafqaz Demokratik Cümhuriyyəti səhifəsinin adını Cənub-Qərbi Qafqaz Cümhuriyyəti olaraq dəyişdi.: Rəsmi ad budur, hətta Hökuməti-Cumhuriyyə olub. Demokratik sözü olmayıb. Mənbələrdə də belə keçir
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
{{istinadsız}}
{{istinadsız}}
{{Tarixi dövlət
{{Tarixi dövlət
| adı = Cənub-Qərbi Qafqaz Demokratik Cümhuriyyəti
| adı = Cənub-Qərbi Qafqaz Cümhuriyyəti
| orijinal_adı = Cenub-ı Garbi Kafkas Hükümet-i Cumhuriyesi
| orijinal_adı = Cenub-ı Garbi Kafkas Hükümet-i Cumhuriyesi
| statusu =
| statusu =
| himni =
| himni =
| bayrağı = Flag of the South West Caucasian Republic.svg
| bayrağı = Flag of the South West Caucasian Republic.svg
| bayrağın_izahı =
| bayrağın_izahı =
| gerbi =
| gerbi =
| gerbin_yazısı =
| gerbin_yazısı =
| xəritəsi =
| xəritənin_izahı = xəritəsi
| xəritəsi =
| xəritənin_izahı = xəritəsi
| s1 = Osmanlı dövləti
| s1 = Osmanlı dövləti
| s1_bayrağı = Flag of the Ottoman Empire (1844–1922).svg
| s1_bayrağı = Flag of the Ottoman Empire (1844–1922).svg
| x1 = Gürcüstan Demokratik Respublikası
| x1_bayrağı = Flag of Georgia (1918-1921).svg
| x1 = Gürcüstan Demokratik Respublikası
| x1_bayrağı = Flag of Georgia (1918-1921).svg
| x2 = Ermənistan Demokratik Respublikası
| x2 = Ermənistan Demokratik Respublikası
| x2_bayrağı = Flag of Armenia.svg
| x2_bayrağı = Flag of Armenia.svg
| x3 = Azərbaycan Xalq Cümhuriyyəti
| x3 = Azərbaycan Xalq Cümhuriyyəti
| x3_bayrağı = Flag of Azerbaijan.svg
| x3_bayrağı = Flag of Azerbaijan.svg
| x4 = Türkiyə
| x4 = Türkiyə
| x4_bayrağı = Flag of Turkey.svg
| x4_bayrağı = Flag of Turkey.svg
| quruluş_ili = [[1918]]
| quruluş_ili = [[1918]]
| süqut_ili = [[1919]]
| süqut_ili = [[1919]]
| şüarı =
| şüarı =
| paytaxtı = [[Qars]]
| paytaxtı = [[Qars]]
| ən_böyük_şəhəri =
| rəsmi_dilləri = [[Osmanlı dili]]
| ən_böyük_şəhəri =
| rəsmi_dilləri = [[Osmanlı dili]]
| valyutası =
| valyutası =
| ərazisi =
| ərazisi =
| təxmini_əhalisi =
| idarəetmə_forması = [[Parlament respublikası]]
| təxmini_əhalisi =
| idarəetmə_forması = [[Parlament respublikası]]
| sülalə =
| sülalə =
| rəhbər_titulu = Rəhbər
| rəhbər_titulu = Rəhbər
| rəhbər1 = [[İbrahim bəy Cahangirzadə]]
| rəhbər_il1 = 30 noyabr 1918 — {{nobr|27 mart 1919}}
| rəhbər1 = [[İbrahim bəy Cahangirzadə]]
| köməkçi_titulu = Baş nazir
| rəhbər_il1 = 30 noyabr 1918 — {{nobr|27 mart 1919}}
| köməkçi_titulu = Baş nazir
| köməkçi1 = [[İbrahim bəy Cahangirzadə]]
| köməkçi_il1 = 27 mart 1919 — {{nobr|19 aprel 1919}}
| köməkçi1 = [[İbrahim bəy Cahangirzadə]]
| nümayəndə_titulu = Parlamentin sədri
| köməkçi_il1 = 27 mart 1919 — {{nobr|19 aprel 1919}}
| nümayəndə_titulu = Parlamentin sədri
| nümayəndə1 = Əsəd bəy Oktay
| nümayəndə_il1 = 14 yanvar 1919 — {{nobr|19 aprel 1919}}
| nümayəndə1 = [[Əsəd bəy Hacıyev]]
| nümayəndə_il1 = 14 yanvar 1919 — {{nobr|19 aprel 1919}}
| dini = [[İslam]]
| quruluş_hadisəsi = Osmanlıdan ayrılma
| dini = [[İslam]]
| əlavə bənd =
| quruluş_tarixi = 1 dekabr 1918
| süqut_hadisəsi = İngilis işğalı
| bəndini adı =
| əlavə bənd1 =
| süqut_tarixi = 19 aprel 1919
| bəndini adı1 =
| qeyd =
| əlavə bənd2 =
| demonimi =
| bəndini adı2 =
| area_km2 =
| quruluş_hadisəsi = Osmanlıdan ayrılma
| area_rank =
| quruluş_tarixi = 1 dekabr 1918
| GDP_PPP =
| süqut_hadisəsi = İngilis işğalı
| GDP_PPP_year =
| süqut_tarixi = 19 aprel 1919
| qeyd =
| demonimi =
| area_km2 =
| area_rank =
| GDP_PPP =
| GDP_PPP_year =
| HDI =
| HDI =
| HDI_year =
| HDI_year =
| today =
| today =
}}
}}

'''Cənub-Qərbi Qafqaz Cümhuriyyəti''' ({{Dil-tr|Güney-Batı Kafkasya Cumhuriyeti}}; {{Dil-ota|Cenub-ı Garbi Kafkas Hükümet-i Cumhuriyesi}}) və ya '''Qars Demokratik Cümhuriyyəti''' ({{Dil-tr|Kars Demokratik Cumhuriyeti}}) — [[Birinci Dünya Müharibəsi]] dövründə erməni-daşnak silahlı quldur dəstələri tərəfindən türk-müsəlman əhalinin soyqırımına məruz qaldığı [[Cənubi Qafqaz|Cənub-Qərbi Qafqazda]], əhalisinin çoxunu [[türk]] təşkil edən demokratik dövlət.
'''Cənub-Qərbi Qafqaz Cümhuriyyəti''' ({{Dil-tr|Güney-Batı Kafkasya Cumhuriyeti}}; {{Dil-ota|Cenub-ı Garbi Kafkas Hükümet-i Cumhuriyesi}}) və ya '''Qars Demokratik Cümhuriyyəti''' ({{Dil-tr|Kars Demokratik Cumhuriyeti}}) — [[Birinci Dünya Müharibəsi]] dövründə erməni-daşnak silahlı quldur dəstələri tərəfindən türk-müsəlman əhalinin soyqırımına məruz qaldığı [[Cənubi Qafqaz|Cənub-Qərbi Qafqazda]], əhalisinin çoxunu [[türk]] təşkil edən demokratik dövlət.



10:18, 22 avqust 2021 tarixindəki versiya

Tarixi dövlət
Cənub-Qərbi Qafqaz Cümhuriyyəti
Cenub-ı Garbi Kafkas Hükümet-i Cumhuriyesi
Bayraq
Bayraq
 
 
 
 
 
1918 — 1919

Paytaxt Qars, Naxçıvan
Dilləri türk dili
Rəsmi dilləri Osmanlı dili
Dövlət dini İslam
İdarəetmə forması Parlament respublikası
Rəhbər
 • 30 noyabr 1918 — 27 mart 1919 İbrahim bəy Cahangirzadə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cənub-Qərbi Qafqaz Cümhuriyyəti (türk. Güney-Batı Kafkasya Cumhuriyeti; osman. Cenub-ı Garbi Kafkas Hükümet-i Cumhuriyesi) və ya Qars Demokratik Cümhuriyyəti (türk. Kars Demokratik Cumhuriyeti) — Birinci Dünya Müharibəsi dövründə erməni-daşnak silahlı quldur dəstələri tərəfindən türk-müsəlman əhalinin soyqırımına məruz qaldığı Cənub-Qərbi Qafqazda, əhalisinin çoxunu türk təşkil edən demokratik dövlət.

Tarixi

9 oktyabr 1918-ci ildə Axısqa Müvəqqəti Hökuməti, 3 noyabrda Araz Türk Hökuməti, 5 noyabrda isə Qars İslam Şurası qurulmuşdur. 15 noyabrda I Qars Qurultayı küçirilmiş və 8 nəfərdən ibarət Müvəqqəti Heyət seçilmişdir. 30 noyabrda İkinci Üars Qurultayı və ya Qars İslam Şurası Böyek Qurultayı keçirilmiş və Milli Şura hökuməti qurulmuşdur. Milli Şura Hökuməti Araz Türk Hökuməti və Axısqa Müvəqqəti Hökuməti də bu Şuraya qatılmışdır.

Birinci Dünya müharibəsinin sonunda, 30 oktyabr 1918 tarixində imzalanmış Mudros barışığı nəticəsində Osmanlı ordusu Cənubi Qafqazdan çəkilmişdir. Razılaşmaya görə 4 dekabr 1918 tarixində Osmanlı əsgərləri 1877 Rusiya-Osmanlı sərhədlərinədək geri çəkilcəkdi. Lakin Osmanlı tərəfi Qarsdan 2 ay gec çəkilmə qərarı almışdı. Bu qərarın səbəbi yerli xalqın hökumət qurmasına vaxt tanımaq idi. Əks halda bölgə Ermənistan tərəfindən işğal təhlükəsi ilə üzləşə bilərdi.

Beləliklə 29 oktyabr 1918-ci ildə Axısqa və Axalkələk ətrafında Axısqa Müvəqqəti Hökuməti, 3 noyabr 1918 tarixində Əmir bəy Nərimanbəyoc rəhbərliyində Araz Türk Cümhuriyyəti, 5 noyabrda isə Emin ağa Borçalı və Fəxrəddin bəy Piroğlu rəhbərliyində Borçalı Qarapapaq Türk Cümhuriyyəti qurulmuşdur.

30 oktyabr 1918-ci ildə Qarsda keçirilən qurultayda bu 3 hökumət Qars Milli İslam Şurası Ümumi Mərkəzi adı altında birləşmişdir. Hökumətin rəhbəri İbrahim bəy Cahangirzadə seçilmişdir. 60 yerli təmsilçinin iştirak etdiyi qurultayda Qars, Oltu, Kağızman, Iğdır, Sarıqamış, Ardahan, Axalkələk, Axısqa Batum kimi şəhərlərdə yerli xalq təşkilatlanmışdır.

17 yanvar və 18 yanvar 1919 tarixlərində Doktor Əsəd Oktay bəy rəhbərliyində Qarsda toplanan qurultaya 131 nümayəndə qatılmış və qurultayda Qars Milli İslam Şurasının adı Cənub-Qərbi Qafqaz Müvəqqəti Milli Hökuməti olaraq dəyişdirilmişdir. Sədrliyə İbrahim bəy Cahangirzadə seçilmişdir.

Yeni yaranan dövlət ixtisaslı kadrlar və maliyyə baxımından çətinliklərlə üzləşirdi. Azərbaycan Cümhuriyyətinin Batumdakı konsulu məsələ ilə bağlı Bakıya teleqram göndərərək bildirdi ki, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti əhalisi Azərbaycan Xalq Cümhuriyyətinin ona hərtərəfli yardım edəcəyinə böyük ümidlər bəsləyir. Cənub-Qərbi Qafqaz Cümhuriyyəti hökuməti 1919-cu il yanvarın 25-də Azərbaycan Xalq Cümhuriyyətinə müraciət edərək, hərbi və maddi yardım istəmişdi. Buna cavab olaraq, Azərbaycan hökuməti Cənub-Qərbi Qafqaz Cümhuriyyətinə hərbi təlim keçmək üçün zabitlər və xeyli qızıl pul göndərdi.

Süqutu

Respublikanın silahlı qüvvələri 15,5 min nəfərdən ibarət idi. ngilislər Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyətinin ərazisini Ermənistan və Gürcüstan arasında bölüşdürmək istəyirdilər.

Cənub-Qərbi Qafqaz Cümhuriyyəti müvəqqəti hökumətinin sədri Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə 1919-cu il 26 yanvar tarixli notasında bildirirdi ki, Gürcüstan Ərdəhan mahalını və Axalsıx qəzasını işğal etməyə cəhd göstərir. Bütün müsəlman əhalisi buna qarşı ayağa qalxmışdır. Ermənilər də Naxçıvan qəzasına hücumlar edirlər. Gürcülərin Axalsıx və Axalkələk qəzalarına hücumları zamanı 45 min davar aparılmışdı. Ermənilər 1919-cu il aprelin 12-də ingilislərin dəstəyi ilə Qars vilayətinə girdilər. Azərbaycan Cümhuriyyəti Hökuməti ermənilərin Qarsda törətdiyi soyqırımı ilə bağlı Britaniya komandanlığına etirazını bildirdi. Buna baxmayaraq, Cənub-Qərbi Qafqaz Cümhuriyyətinə kömək göstərmək ingilislərin planlarına daxil deyildi. İngilislər Cənub-Qərbi Qafqaz Cümhuriyyəti hökumətinin 35 üzvünü həbs edərək, zirehli qatarda Gümrüyə, oradan da Batum yolu ilə Malta adasına sürgünə göndərdi. Bununla da, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti süqut etdi.

Aprelin 14-də ingilis generalı Devinin tövsiyəsilə 6 türk, 1 rus, 1 yunandan ibarət yeni Milli Şura yaradıldı. Aprelin 19-da S.Korqanov Qarsda qubernator kimi fəaliyyətə başladı. Bunun ardınca, erməni qoşunları Qars vilayətinə soxuldular. Yerli müsəlman-türk əhali dəhşətli soyqırımına məruz qaldı. Aprelin 30-da qondarma Milli Şura ləğv edildi. 1920-ci ilin payızınadək Cənub Qərbi Qafqaz Cümhuriyyətinin ərazisi ermənilərin və gürcülərin işğalı altında qaldı.

İbrahim bəy Cahangirzadə başda olmaqla, Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin hökumət üzvləri yalnız 1921-ci il mayın 23-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun köməyi sayəsində Maltadan əsirlikdən vətənə qayıtdılar.

İdarəetmə

Bu hökumət 18 maddəlik konstitusiya qəbul etmiş, rəsmi bayraq seçmişdir. Həmçinin hökumət 12 üzvlük Nazirlər Şurası və xalqın səsi ilə seçilən 131 (65) nəfərlik parlament də təsis etmişdir. Partiyalar olmadığından, 65 bitərəf deputatdan ibarət parlament yaradıldı. Doktor Əsəd bəy Oktay (Əsəd bəy Hacıyev) parlamentin sədri seçildi.

Cənub-Qərbi Qafqaz Demokratik Respublikasının başında milli azlıqların: rusların, yunanmalakanların öz nümayəndələri daxil edilmiş Milli Şura dururdu. Müvəqqəti hökumət Milli Şura qarşısında məsuliyyət daşıyırdı. Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyətinin 18 maddədən ibarət Konstitusiyası qəbul olundu. Dövlət dili olaraq türk dili qəbul olunmuşdu. Üçrəngli (ağ, yaşıl və qara), ay-ulduzlu bayrağı vardı. Batumda həftədə üç dəfə çıxan "Sədayi millət" qəzeti hökumətin rəsmi orqanı idi.

Parlament respublikanın xarici və daxili siyasətinin aşağıdakı istiqamətlərini müəyyənləşdirdi:

  1. Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyəti bütün qonşuları ilə, xüsusən yeni yaradılmış Qafqaz dövlətləri ilə mehriban qonşuluq əlaqələri qurmaq niyyətindədir;
  2. Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyəti neytral dövlətdir;
  3. Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyətinin vətəndaşları milliyyətindən, dinindən, sosial mənşəyindən, siyasi əqidəsindən asılı olmayaraq, bərabər hüquqlara malikdirlər.

Martın 27-də parlament hökumətin – Nazirlər Şurasının yeni tərkibini təsdiq etdi. Nazirlər Şurasının sədri vəzifəsinə keçmiş zabit, İbrahim bəy Cahangirzadə təyin olundu.

  • Baş nazirin qardaşı Həsən bəy Cahangirov – hərbi nazir;
  • Rza bəy – daxili işlər naziri;
  • Hüquqşunas, əslən türk Piroğlu Fəxrəddin bəy – xarici işlər naziri;
  • Məmməd bəy Sultanov – maliyyə naziri;
  • Əhməd bəy Hacıyev – yollar naziri;
  • Molla Velam – torpaq naziri;
  • Abbasəli bəy Əlibəyov — ədliyyə naziri;
  • Muğanlinski – himayə naziri;
  • Əslən yunan M. Andreyanot – xalq maarifi naziri;
    • Əslən türk Mehmed bəy Kocaoğlu — 2-ci xqlq maarifi naziri;
  • Yusif bəy Yusifzadə — ərzaq naziri.

Nazirlər şurası beynəlmiləl tərkiblə təşkil olunmuşdu.

Ərazisi

25 mart 1919 tarixində hökumətin adı Cənub-Qərbi Qafqaz Demokratik Cümhuriyyəti adını almışdır. Hökumət Artvin, Ərdəhan, Batum, Gümrü, Sarıqamış, Naxçıvan, Ordubad və Iğdırı əhatə etmişdir.

40 min km² sahəsi, 1 800 000 nəfər əhalisi olan (onun 4/5-nü türklər təşkil edirdi) bu dövlətin tərkibinə Qafqazın cənub-qərb əraziləri daxil idi.

Mənbə

  • Azərbaycan Respublikası MDƏYTA, f. 970, siy. 1, iş 27, v. 14.
  • Asif Hacılı. Qafqazda türk cümhuriyyətləri // "Ədəbiyyat qəzeti", 01.04.1991
  • Asif Hacılı. Qəribəm bu vətəndə /Axısqa türklərinin etnik mədəniyyəti/. B., "Gənclik", 1992
  • Asif Hacılı. Qafqazda türk cümhuriyyətləri// "Ədəbiyyat qəzeti", 01.04.1991
  • Asif Hacılı. Axısqa türkləri: Vətən bilgisi. İstanbul, 2009
  • "Из истории образования и падения Юго-Западной Кавказской(Карсской) Демократической Республики — Айдын Гаджиев". 2012-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2015. Arxivləşdirilib.