Bənövşəyi sığırquyruğu: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
k Sortilegus Bənövşəyi keçiqulağı səhifəsinin adını Bənövşəyi sığırquyruğu olaraq dəyişdi.
Redaktənin izahı yoxdur
Sətir 13: Sətir 13:


== Yayılması ==
== Yayılması ==
[[Samur-Dəvəçi ovalığı]] (Xudat qəsəbəsi), [[Kiçik Qafqaz]]ın şimal hissəsi ([[Göygöl rayonu]]), Naxçıvanın dağlıq hissəsi ([[Culfa rayonu]], Aracıqdağı –Xəzinədərə; [[Şahbuz rayonu]], [[Küküdağ|Kükü dağ]] –[[Darboğaz|Dərəboğaz]], Batabat).
[[Samur-Dəvəçi ovalığı]] (Xudat qəsəbəsi), [[Kiçik Qafqaz]]ın şimal hissəsi ([[Göygöl rayonu]]), Naxçıvanın dağlıq hissəsi ([[Culfa rayonu]], Aracıqdağı –Xəzinədərə; [[Şahbuz rayonu]], [[Küküdağ]]–[[Darboğaz]], Batabat).


== Sayı və tendensiyası ==
== Sayı və tendensiyası ==

21:53, 19 dekabr 2023 tarixindəki versiya

Bənövşəyi sığırquyruğu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bənövşəyi sığırquyruğu (lat. Verbascum phoeniceum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri

İkiillik və ya çoxillik ot bitkisidir. Gövdəsi 37-60(100) sm hündürlükdədir. Yarpaqları aşağıdan tüklü, kökətrafı qısa saplaqlı, ellipsvari və ya uzunsov-yumurtavari, küt əsasında azacıq ürəkvari, kənarları qövsvari dişcikli, gövdə yarpaqları az sayda, xırda, uzunsov və ya lansetşəkilli, sivri; aşağıdakılar oturaq, gövdəni yarım bürüyən, azacıq ürəkvari dişciklidir. Çiçəkləri tək-tək, boş salxımdadır. Kasacıq 3-6 mm uzunluqda, ellipsvari və ya uzunsov-ellipsvari sivri hissəciklidir. Tac qırmızı-bənövşəyi, 25-30 mm diametrindədir. Qutucuq 5-7 mm uzunluqda, küt yumurtavari, kasacıqdan bir qıdır uzundur.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə aprel-may, meyvə əmələgətirmə may-iyun aylarına təsadüf edir. Toxumla çoxalır. Mezokserofitdir. Yuxarı dağ qurşağında, otlu yamaclar, daşlı-çınqıllı yerlər və kolluqlar arasında rast gəlinir. Dekorativ bitkidir.

Yayılması

Samur-Dəvəçi ovalığı (Xudat qəsəbəsi), Kiçik Qafqazın şimal hissəsi (Göygöl rayonu), Naxçıvanın dağlıq hissəsi (Culfa rayonu, Aracıqdağı –Xəzinədərə; Şahbuz rayonu, KüküdağDarboğaz, Batabat).

Sayı və tendensiyası

Populyasiyanın ehtuyatı məhduddur və azalır.

Məhdudlaşdırıcı amillər

Antropogen amillər (dekorativ bitki kimi toplanması, infrastukturun inkişafı, dəyişkən iqlim amillərə həssaslıqdır.

Mühafizə tədbirləri

Yeni yayılma yerlərinin axtarılması və bioloji xüsusiyyətlərin öyrənilməsi tələb olunur.

İstinadlar

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 178.

Həmçinin bax