Könül Nəhmətova

Vikipediya, azad ensiklopediya
Cekli829 (müzakirə | töhfələr) tərəfindən edilmiş 17:31, 4 may 2019 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Könül Nəhmətova

Könül Nəhmətova (tam adı: Könül Aydın qızı Nəhmətova; d. 9 yanvar 1975, Ağcabədi) — filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun şöbə müdiri[1],Kurikulum jurnalının məsul katibi.

Həyatı və təhsili

Orta təhsilini Ağcabədi şəhər 11 saylı orta məktəbdə almışdır. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-2005-ci illərdə AMEA N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. "Azərbaycanda təzkirəçilik ənənəsi və Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" əsəri" mövzusunda müdafiə etmiş(10 yanvar 2001-ci il) və filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır[2]. 2010-2011-ci illərdə APU-nun Yenidənhazırlanma və İxtisasdəyişmə fakültəsini bitirərək Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisasına yiyələnib. AMEA N.Gəncəvi adına Ədəbiyyat Muzeyinin doktoranturasında təhsilini davam etdirir [3].

Elmi və pedaqoji fəaliyyəti

1999-2015-ci illərdə AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi işçi kimi çalışıb[4]. Sonra AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun Fars əlyazmaları şöbəsinin böyük elmi işçisi olmuşdur.2004-2010-cu illərdə Qərb Universitetində jurnalistika fakültəsində,2010-2013-cü illərdə Sabunçu rayon 67 nömrəli orta məktəbdə Azərbaycan dili müəllimi işləmişdir.2015-ci ildə «Azərbaycan müəllimi» qəzetində müxbir kimi fəaliyyət göstərmişdir.

Elmi əsərləri

Kitabları

  1. Məhəmmədəli Tərbiyətin «Danişməndani Azərbaycan» əsəri;
  2. Abbasqulu ağa Bakıxanovun «Kitabi-Əsgəriyyə» əsəri.
  3. "Dəyanət","Elm və Həyat" nəşriyyatı,Bakı,2015,48 səhifə
  4. "Bir ömrün qəlpələri : Seyid Hüseynin qardaşı Mir Paşa",Bakı,2015,88 səh
  5. "Qaraca qızın" taleyi",Bakı,2016,172 səhifə [5]

İstinadlar

  1. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu
  2. AMEA-nın saytı
  3. "Qaraca qızın" taleyi",Bakı,2016,172 səhifə
  4. "Dəyanət","Elm və Həyat" nəşriyyatı, Bakı, 2015, 48 səhifə
  5. "Qaraca qızın" taleyi"

Xarici keçidlər