Könül Nəhmətova (tam adı: Könül Aydın qızı Nəhmətova; d. 9 yanvar 1975, Ağcabədi) — filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun şöbə müdiri[1],Kurikulum jurnalının məsul katibi.
Könül Nəhmətova |
---|
Orta təhsilini Ağcabədi şəhər 11 saylı orta məktəbdə almışdır. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-2005-ci illərdə AMEA N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. "Azərbaycanda təzkirəçilik ənənəsi və Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" əsəri" mövzusunda müdafiə etmiş(10 yanvar 2001-ci il) və filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır[2]. 2010-2011-ci illərdə APU-nun Yenidənhazırlanma və İxtisasdəyişmə fakültəsini bitirərək Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisasına yiyələnib. AMEA N.Gəncəvi adına Ədəbiyyat Muzeyinin doktoranturasında təhsilini davam etdirir [3].
1999-2015-ci illərdə AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi işçi kimi çalışıb[4]. Sonra AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun Fars əlyazmaları şöbəsinin böyük elmi işçisi olmuşdur.2004-2010-cu illərdə Qərb Universitetində jurnalistika fakültəsində,2010-2013-cü illərdə Sabunçu rayon 67 nömrəli orta məktəbdə Azərbaycan dili müəllimi işləmişdir.2015-ci ildə «Azərbaycan müəllimi» qəzetində müxbir kimi fəaliyyət göstərmişdir.
Kitabları