Baqrat Ulubabyan

Vikipediya, azad ensiklopediya
Sefer azeri (müzakirə | töhfələr) tərəfindən edilmiş 10:59, 14 mart 2013 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Baqrat Ulubabyan
erm. Բագրատ Արշակի Ուլուբաբյան
Doğum tarixi 9 dekabr 1925(1925-12-09)[1]
Doğum yeri
Vəfat tarixi 19 noyabr 2001(2001-11-19) (75 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Toxmaq qəbiristanlığı[d]
Təhsili Bakı Pedoqoji İnstitutu
İxtisası Orta əsrlər Erməni tarixi
Qarabağ tarixi
Erməni dili
Erməni ədəbiyyatı
Fəaliyyəti yazıçı, tarixçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Baqrat Ulubabyan – erməni yazıçısı və tarixçisi. Ulubabyanın araşdırmalarının və əsərlərinin böyük hissəsi Qarabağ mövzusuna həsr olunub. 1980 – ci illərin sonunda Ermənistanda “Qarabağ hərəkatı” baş qaldıranda Ulubabyan bu hərəkatın başlıca ideoloqlarından biri idi.

Bioqrafiyası

Baqrat Ulubabyan 9 dekabr 1924 – cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni (indiki Xocavənd rayonu) rayonunun Müşkapat kəndində anadan olub. 1944 – cü ildə Şuşada pedaqoji institutu bitirir, iki il sonra Bakıdakı pedaqoji universitetdə erməni dili və ədəbiyyatı üzrə elmi ad alır. 1949-67 – ci illərdə DQMV-də yaşayıb vilayətin yazıçılar birliyinin sədri olub həmçinin erməni dilində nəşr olunan “Sovetakan Qarabağ” (Sovet Qarabağı) qazetində məqalələri nəşr olunub. Ulubabyan Muxtar Vilayətin Ali Sovetinin deputatı olub.

1968–ci ildə Ulubabyan Yerevana köçür və Ermənistan Elmlər Akademiyasının tarix bölməsində baş elmi işçi vəzifəsində çalışır.

Ulubabyanın ilk əsərləri poeziya ilə bağlı olur. 1991 – ci ildə o aqressiv millətçi ruhda yazılmış “Sardarapat” romanını dərc etdirir.

1970–ci illərdən etibarən Ulubabyan öz əsərlərində Qarabağ mövzusunu qabardmağa başlayır. 1965–ci ildə o, 30 nəfər erməni elmi xadimi və alimi ilə birlikdə DQMV-nin Ermənistan SSR ilə birləşdirilməsi haqqında Sovet rəhbərliyinə yönəlmiş müraciəti imzalayır. Ulubabyan 1980 - ci illərin sonunda Yerevanda Dağlıq Qarabağı Ermənistana birləşdirmək tələbi ilə keçirilən nümayişlərdə tez-tez millətçi nitqlərlə çıxış edir.

Baqrat Ulubabyan 19 noyabr 2001–ci ildə vəfat edir.

Elmi işləri haqqında fikirlər və tənqid

Bəzi beynəlxalq elmi dairələr Baqrat Ulubabyanı Qafqazşünaslıq üzrə mütəxəssiz hesab edir. Erməni əsilli amerikalı Qafqazşünas Robert H.Hevsen və erməni əsilli fransalı Qafqazşünas Patrik Donabedyan özlərinin Qafqaz Albaniyası haqqında olan elmi işlərində Baqrat Ulubabyanın bu mövzuda yazdığı elmi işlərə istinad edirlər.

Faktiki olaraq erməni əsilli qərb Qafqazşünasları Ulubabyanı qərb elmi aləminə etibarlı və ciddi mənbə kimi qələmə verməyə çalışırlar.

Rusiyalı alim Viktor Şnirelman öz elmi işlərində Ulubayanı kəskin tənqid edərək onu miflər yaratmaqda və yaymaqda ittiham edir. Xüsusən bu miflər Utiylərin mənşəyinə və Kürlə Arazın arasındakı ərazilərin ermənilərə məxsus olduğu haqqındadır. Şnirelman Ulubabyanın mülahizlərəinin və fikirlərinin tamamilə yalnış və uydurma olduğunu sübut edir.

İstinadlar

  1. 1 2 Armenian Soviet Encyclopedia, vol. 12 (erm.). C. 12. S. 212.