Baqrat Arşaki Ulubabyan (erm. Բագրատ Արշակի Ուլուբաբյան; 9 dekabr 1925, Müşkapat – 19 noyabr 2001, Yeğvard, Kotayk mərzi) – erməni yazıçısı və tarixçisi. Ulubabyanın araşdırmalarının və əsərlərinin böyük hissəsi Qarabağ mövzusuna həsr olunub. 1980-ci illərin sonunda Ermənistanda "Qarabağ hərəkatı" baş qaldıranda Ulubabyan bu hərəkatın başlıca ideoloqlarından biri idi.
Baqrat Ulubabyan | |
---|---|
erm. Բագրատ Արշակի Ուլուբաբյան | |
Doğum tarixi | 9 dekabr 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 19 noyabr 2001 (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | erməni |
Təhsili | |
İxtisası |
Orta əsrlər Erməni tarixi Qarabağ tarixi Erməni dili Erməni ədəbiyyatı |
Fəaliyyəti | tarixçi, nasir |
Vikianbarda əlaqəli mediafayllar |
Baqrat Ulubabyan 9 dekabr 1924-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni (indiki Xocavənd rayonu) rayonunun Müşkapat kəndində anadan olub. 1944-cü ildə Şuşa Pedaqoji İnstitutunu bitirir, iki il sonra Bakıdakı Pedaqoji İnstitutda erməni dili və ədəbiyyatı üzrə elmi ad alır. 1949–1967-ci illərdə DQMV-də yaşayıb vilayətin yazıçılar birliyinin sədri olub, həmçinin erməni dilində nəşr olunan "Sovetakan Qarabağ" (Sovet Qarabağı) qəzetində məqalələri nəşr olunub. Ulubabyan Muxtar Vilayətin Ali Sovetinin deputatı olub. 1968-ci ildə Ulubabyan İrəvana köçür və Ermənistan Milli Elmlər Akademiyasının Tarix bölməsində baş elmi işçi vəzifəsində çalışır.[1]
1965-ci ildə o, 30 nəfər erməni elm xadimi və alimi ilə birlikdə DQMV-nin Ermənistan SSR ilə birləşdirilməsi haqqında Sovet rəhbərliyinə yönəlmiş müraciəti imzalayır.[2][3] Ulubabyan 1980-ci illərin sonunda İrəvanda Dağlıq Qarabağı Ermənistana birləşdirmək tələbi ilə keçirilən nümayişlərdə tez-tez millətçi nitqlərlə çıxış edir.[4]
Baqrat Ulubabyan 19 noyabr 2001-ci ildə vəfat edir.[5]
Ulubabyanın ilk əsərləri poeziya ilə bağlı olur.[1] 1991-ci ildə o aqressiv millətçi ruhda yazılmış "Sardarapat" romanını dərc etdirir.
1970-ci illərdən etibarən Ulubabyan öz əsərlərində Qarabağ mövzusunu qabartmağa başlayır. 1975-ci ildə onun Xaçın knyazlığının tarixinə və mədəniyyətinə həsr edilmiş "Xaçın knyazlığı X–XV əsrlərdə" monoqrafiyası nəşr edilir. 1979-cu ildə o, "Qızıl Zəncir" — Moisey Kalankatlı dövründən Qarabağ knyazlıqları dövrünə kimi tarixi oçerklərini nəşr etdirir. Bir neçə il sonra, 1981-ci ildə o, "Ermənistanın şərq əyalətləri haqqında tarixi oçerklər (V–VII əsrlər)" və "Qandzasar" monoqrafiyalarını nəşr etdirir. 1994-cü ildə "Başlanğıcdan bizim günlərə kimi Artsak tarixi" kitabı nəşr edilir. Qədim erməni dili qrabar üzrə mütəxəssis olan Ulubabyan orta əsrlər erməni tarixçisi Lazar Parpetsinin iki əsərini — "Ermənistan tarixi" və "Vahan Mamikonyana ismarış" əsərlərini müasir erməni dili olan aşxarabara tərcümə edir.
Bəzi beynəlxalq elmi dairələr Baqrat Ulubabyanı Qafqazşünaslıq üzrə mütəxəssiz hesab edir.[6] Erməni əsilli amerikalı Qafqazşünas Robert H. Hyusen və erməni əsilli fransalı Qafqazşünas Patrik Donabedyan özlərinin Qafqaz Albaniyası haqqında olan elmi işlərində Baqrat Ulubabyanın bu mövzuda yazdığı elmi işlərə istinad edirlər.[7][8] Faktiki olaraq erməni əsilli qərb Qafqazşünasları Ulubabyanı qərb elmi aləminə etibarlı və ciddi mənbə kimi qələmə verməyə çalışırlar.
Rusiyalı alim Viktor Şnirelman öz elmi işlərində Ulubayanı kəskin tənqid edərək onu miflər yaratmaqda və yaymaqda ittiham edir. Xüsusən bu miflər utilərin mənşəyinə və Kür — Arazın arasındakı ərazilərin ermənilərə məxsus olması haqqındakı iddia ilə bağlıdır. Şnirelman Ulubabyanın mülahizlərəinin və fikirlərinin tamamilə yanlış və uydurma olduğunu bildirir.[9]