Ağalıkənd Biləsuvar r-nunun eyniadlı i.ə.v.-də kənd. Muğan düzündədir. Oykonim ağalı (etn.) və kənd sözlərindən düzəlib, etnotoponimdir. 1917-ci ildə Ağamkənd adı ilə qeydə alınmış bu yaşayış məntəqəsi 1941-ci ilədək Sarpabad adlanmışdır. 1870-ci ilə aid bir sənəddə yaşayış məntəqəsinin keçmiş dilağarda tayfasının canşalı (cahanşahlı) tirəsinin ağalı nəsli tərəfindən salındığı haqqında məlumat verilir[3].