Dərvişli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Dərvişli kənd inzibati ərazi dairəsində kənd.[ 3] [ 4]
Kənd keçmişdə rayonun ərazisindəki Ağdam adlı qala xarabalıqlarının adı ilə Ağdamkənd adlanmışdır. Kəndin ərazisi əvvəllər dərvişbəyli tayfasına məxsus qışlaq olmuşdur. Sonralar həmin tayfaya mənsub ailələr qışlaq yerində məskunlaşaraq buranı daimi yaşayış məntəqəsinə çevirmiş, kəndə də öz adlarını vermişlər. Tədricən Dərvişbəyli adındakı bəy sözü düşmüş və Dərvişli şəklini almışdır.[ 5]
Dərvişli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar №
Abidənin adı
Tarixi
Yerləşdiyi ünvan
Növü
Əhəmiyyət dərəcəsi
866
Seidallıtəpə kurqanı[ 6]
Dəmir dövrü
Dərvişli kəndi
Arxeoloji
Ölkə
Kənd düzənlikdə, rayonun cənub-şərqində yerləşir. Əsgərabad , Aşağı Cürəli , Ağalıkənd , Ovçubərə kəndləri ilə sərhəddir.
İl
Daimi əhali
Kişilər
Qadınlar
1999 [ 7]
1288
646
642
2009 [ 8]
↗1476
↗753
↗723
Kənddə 340 təsərrüfat var. "Modul" tipli sudurulducü qurğu fəaliyyət göstərir.
Kənddə Dərvişli kənd kitabxana filialı,[ 9] Dərvişli kənd Mədəniyyət Evi[ 10] və Dərvişli Poçt Şöbəsi (AZ1323)[ 11] fəaliyyət göstərir.
Kənddə Dərvişli kənd tam orta məktəbi fəaliyyət göstərir.[ 12] [ 13]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=41 .
↑ https://www.e-gov.az/az/services/readwidenew/3544 .
↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.) . stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2024-04-05 .
↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 39" (PDF) . 2022-01-28 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-05-02 .
↑ Dərvişli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti . I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 161. ISBN 978-9952-34-155-3 .
↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 30" (PDF) . 2021-07-07 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-05-08 .
↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 71.
↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 78.
↑ "" Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 24" (PDF) . 2021-11-10 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-05-17 .
↑ "" Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 72" (PDF) . 2021-11-10 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-05-17 .
↑ "Azərbaycan Respublikası Biləsuvar Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (bilesuvar-ih.gov.az)" . 2021-12-23 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-05-17 .
↑ "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Biləsuvar Rayon Təhsil Şöbəsi. Məktəblər (bilasuvar.edu.gov.az)" . 2022-06-14 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-05-17 .
↑ "Biləsuvar rayonunda yerləşən təhsil müəssisələri barədə məlumat (bilesuvar-ih.gov.az)" . 2022-05-02 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-05-17 .
Şəhərlər Ləğv olunmuş qəsəbələr Kəndlər