Yuxarı Ağalı

Yuxarı AğalıAzərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Ağalı kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Biləsuvar rayonunun faktiki mövcud olan Yuxarı Ağalı kəndi dəqiqləşdirmə qaydasında Ağalıkənd kənd inzibati-ərazi vahidinin tərkibində yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[3]

Yuxarı Ağalı
39°25′31″ şm. e. 48°27′13″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 766 nəf. (2009)[1]
Xəritəni göstər/gizlə
Yuxarı Ağalı xəritədə
Yuxarı Ağalı
Yuxarı Ağalı

Rayonda ağalı komponentli iki kənd mövcuddur: Ağalıkənd və Yuxarı Ağalı. Oykonimin birinci komponenti coğrafi mövqeyi, ikinci komponenti isə keçmiş dilağarda tayfasının canşalı (cahanşahlı) tirəsinin ağalı nəslinin adını əks etdirir. 1870-ci ilə aid bir sənəddə Ağalıkəndin bu nəsilin nümayəndələri tərəfindən salındığı haqqında məlumat verilir.

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd rayonun cənubunda yerləşir. Muğan kəndiİran İslam Respublikası ilə sərhəddir.

31 may 2023-cü ildə Bolqarçayda olacaq sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, AmankəndMuğan kəndlərinin sakinləri təxliyə edilmişdir.[4]

İl Daimi əhali Kişilər Qadınlar
1999[5] 395 204 191
2009[6] ↗766 ↗403 ↗363
  • Abdulov Asif Mirayə oğlu[7] — Birinci Qarabağ müharibəsi şəhidi.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənddə 185 təsərrüfat var. Kəndin ümumi torpaq sahəsi 350 hektardır.

Kənddə Yuxarı Ağalı kənd kitabxana filialı,[8] Yuxarı Ağalı kənd klubu[9] və Yuxarı Ağalı mini EATS[10] fəaliyyət göstərir.

Kənddə Yuxarı Ağalı kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[11][12]

Kənddə 17 iyun 2010-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100110 A3-407 olan Yuxarı Ağalı kəndi "Cümə" məscidi dini icması fəaliyyət göstərir.[13]

Kənddə Yuxarı Ağalı kənd tibb məntəqəsi yerləşir.[14]

Kənddə 1 baytarlıq məntəqəsi mövcuddur.

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=41.
  2. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 39" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
  3. "Azərbaycan Respublikasının Biləsuvar, Zərdab, İsmayıllı, Yardımlı, Goranboy, Tovuz və Cəlilabad rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı". 5 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 July 2022.
  4. "Biləsuvarda təxliyə olunan kəndlərdən birinin sakinləri evlərinə qayıda bilməyiblər". report.az (az.). report.az. 31 may 2023. 1 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01 iyun 2023.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 71.
  6. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 79.
  7. Birinci Qarabağ müharibəsi şəhidi Abdulov Asif Mirayə oğlu (http://bilasuvar.cls.az/)[ölü keçid]
  8. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 24" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-04.
  9. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 73" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-04.
  10. "Azərbaycan Respublikası Biləsuvar Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (bilesuvar-ih.gov.az)". 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
  11. "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Biləsuvar Rayon Təhsil Şöbəsi. Məktəblər (bilasuvar.edu.gov.az)". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
  12. "Biləsuvar rayonunda yerləşən təhsil müəssisələri barədə məlumat (bilesuvar-ih.gov.az)". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
  13. "Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. Müsəlman Dini İcmalar (2010), səh. 19" (PDF). 2022-06-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-13.
  14. "Biləsuvar rayonunda yerləşən səhiyyə müəssisələri barədə məlumat (bilesuvar-ih.gov.az)". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]