Xırmandalı (Biləsuvar)

XırmandalıAzərbaycan Respublikasının Biləsuvar rayonunun Xırmandalı kənd inzibati ərazi dairəsində kənd.[3][4]

Xırmandalı
39°27′04″ şm. e. 48°36′17″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 8.541 nəf. (2009)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ1317[2]
Xırmandalı xəritədə
Xırmandalı
Xırmandalı

Bayat tayfasında bir tirənin adı olub.[5]

Yaşayış məntəqəsinin adı türkdilli Xırmandalı tayfasının adı ilə bağlıdır. Mənbələrdə harmandalu/xarmandalu/xərbəndəlu/xudabəndəlu kimi qeydə alınan xırmandalıların adı bayat tayfasının tərkibində çəkilir və Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynadıqları göstərilir. Bu tayfanın adına İran və İraq toponimiyasında da rast gəlmək mümkündür. Qubalı Fətəli xan dövründə (1758-1789) xırmandalıların bir hissəsi Cənubi Azərbaycanın Ərdəbil əyalətindən köçüb Quba xanlığının Müşkür və Şabran mahallarına gəlmişlər. Füzuli rayonundakı Mandılı oykonimi də Xırmandalı adının təhrif olunmuş formasıdır.[6]

Oruc bəy Bayatın «Relaciones de Don Juan de Persia» kitabında bu tayfanın adı çəkilir və təsvir edilir ki, “Xırmandalı biz markizlərə deyirik.”[7]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Xırmandalı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
865 Toraqaytəpə kurqanları[8] Dəmir dövrü Xırmandalı kəndinin yanında Arxeoloji Ölkə

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Muğan düzündə yerləşir.

İl Daimi əhali Kişilər Qadınlar
1999[9] 7348 3540 3808
2009[10] ↗8541 ↗4189 ↗4352

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənddə Xırmandalı kənd kitabxana filialı,[11] Xırmandalı kənd Mədəniyyət Evi,[12] Xırmandalı Poçt Şöbəsi (AZ1317) və Xırmandalı EATS[13] fəaliyyət göstərir.

Kənddə Xırmandalı kənd 1 saylı və 2 saylı tam orta məktəbləri, eləcə də Xırmandalı kənd Uşaq İncəsənət Məktəbi fəaliyyət göstərir.[14][15]

Bundan başqa kənddə Xırmandalı kənd körpələr evi-uşaq bağçası və Xırmandalı kənd uşaq bağçası fəaliyyətdədir.[16]

Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı[17] ilə Biləsuvar rayonunun Xırmandalı kəndində 40 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün 854 000 manat vəsait ayrılmışdır.[18]

Kənddə 01 iyul 2011-ci ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100111 A1-542-3 olan Xırmandalı kəndi "Əli Əkbər" məscidi dini icması[19] və 01 iyul 2011-ci ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100111 A1-542-8 olan Xırmandalı kəndi "İmam Zaman" məscidi dini icması[20] fəaliyyət göstərir.

Kənddə Xırmandalı kənd sahə xəstəxanası yerləşir.[21]

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=41.
  2. https://www.e-gov.az/az/services/readwidenew/3544.
  3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  4. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 39" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
  5. http://web2.anl.az:81/read/page.php?bibid=699150&pno=65 (#bare_url_missing_title). 2024-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-01.
  6. Xırmandalı (Biləsuvar) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 247. ISBN 978-9952-34-155-3.
  7. Persia), Juan (de. Relaciones de Don Juan de Persia sobre las cosas notables de Persia (ispan). Bostillo. 1604. 2024-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-01.
  8. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 30" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-08.
  9. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 71.
  10. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 79.
  11. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 24" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-18.
  12. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 72" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-18.
  13. "Azərbaycan Respublikası Biləsuvar Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (bilesuvar-ih.gov.az)". 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-18.
  14. "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Biləsuvar Rayon Təhsil Şöbəsi. Məktəblər (bilasuvar.edu.gov.az)". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-18.
  15. "Biləsuvar rayonunda yerləşən təhsil müəssisələri barədə məlumat (bilesuvar-ih.gov.az)". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-18.
  16. "Biləsuvar rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri barədə məlumat (bilesuvar-ih.gov.az)". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-18.
  17. "Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında" Arxivləşdirilib 2021-09-22 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı. president.az  (az.)
  18. "Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı xərclərin bölgüsünə dair SİYAHI" Arxivləşdirilib 2021-09-22 at the Wayback Machine. president.az  (az.)
  19. "Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. Müsəlman Dini İcmalar (2011), səh. 3" (PDF). 2022-06-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-13.
  20. "Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. Müsəlman Dini İcmalar (2011), səh. 4" (PDF). 2022-06-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-13.
  21. "Biləsuvar rayonunda yerləşən səhiyyə müəssisələri barədə məlumat (bilesuvar-ih.gov.az)". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]