Biləsuvar (Azərbaycan)


Biləsuvar (əvvəlki adı: Puşkin) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Biləsuvar şəhər inzibati ərazi dairəsində şəhər,[3][4] Biləsuvar rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Puşkin şəhərinin tarixi adı özünə qaytarılaraq, Biləsuvar şəhəri adlandırılmışdır.[5]

Şəhər
Biləsuvar
39°27′19″ şm. e. 48°32′45″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 20.098 nəf. (2009)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ1300[2], AZ1301[2]
Biləsuvar xəritədə
Biləsuvar
Biləsuvar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin adı ilk dəfə XIII əsrə aid mənbələrdə çəkilir. Mənbələrin verdiyi məlumata görə, Sasani şahı Xosrov Ənuşirəvan (531-579) Kür-Araz ovalığına 10 min suvar yerləşdirmişdi. Bu məlumat toponimin ikinci komponentinin etnonim olmasını təsdiqləyir. Bilə komponenti toponimiyada "çöl", "səhra", "düzən" mənalarında da işlənir. Bu baxımdan Biləsuvar toponimi etnotoponim olub, "Suvar düzü, suvarların yaşadığı düzənlik yer" deməkdir. Yaşayış məntəqəsi 1930-cu ildə rus şairi A.S.Puşkinin şərəfinə Puşkin adlandırılmışdı. 1991-ci ildən ərazinin qədim adı Biləsuvar özünə qaytarılmışdır.[6]

XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünmüşdür. Rusiya İmperiyası daxilində qalan hissənin əhalisi 1914-cü ildə Rusiya İmperiyası cənub sərhədlərini keçilməz etdikdən sonra sərhəddən 20–40 km kənarda ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülmüşdür. Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskunlaşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir. Şəhər 1966-cı ilə qədər Puşkin qəsəbəsi adlanmışdır. Həmin il qəsəbəyə şəhər statusu verilmişdir.

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Biləsuvar şəhərində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
861 Çöl Ağdam şəhərciyi[7] İlk orta əsrlər Biləsuvar şəhərinin qərbində Arxeoloji Ölkə
862 İçəri Ağdam yaşayış yeri[8] İlk orta əsrlər Biləsuvar şəhərinin qərbində Arxeoloji Ölkə
4162 Şəhriyar qalası[9] Orta əsrlər Biləsuvar şəhərindən 9 km. qərbdə Memarlıq Yerli
5627 A.S.Puşkinin büstü[10] Qeyd olunmayıb Biləsuvar şəhəri,
Axundov küçəsi
Monumental və xatirə Yerli
5628 Böyük Vətən müharibəsində həlak olmuş
həmvətənlərimizin xatirə abidəsi[11]
Qeyd olunmayıb Biləsuvar şəhəri,
Axundov küçəsi 99
Monumental və xatirə Yerli
5788 Ağdam qalası[12] Orta əsrlər Biləsuvar şəhərindən
8 km cənubda
Arxeoloji Yerli

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Şəhər Muğan düzündə, Salyan dəmir yolu stansiyasından 44 kilometr cənub-qərbdə və paytaxt Bakıdan 182 kilometr aralıda yerləşir.

İl Daimi əhali Kişilər Qadınlar
1999[13] 17279 8292 8987
2009[14] ↗20098 ↗10045 ↗10053

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Şəhərdə Biləsuvar rayon Mərkəzi Kitabxanası, 1 №-li, 2 №-li və 3 №-li şəhər kitabxana filialları,[19] Biləsuvar rayon Mədəniyyət Evi,[20] Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyi,[21] Biləsuvar rayon Heydər Əliyev Mərkəzi,[22] Biləsuvar Dövlət Rəsm Qalereyası,[23] Azərpoçt MMC Biləsuvar Müştəri Xidmətləri Şöbəsi (AZ1300), Biləsuvar 1 saylı Poçt Şöbəsi (AZ1301) və Biləsuvar Mərkəzi EATS[24] fəaliyyət göstərir.

Şəhərdə 1 saylı, 2 saylı, 4 saylı və 6 saylı tam orta məktəblər, 1 saylı ümumi orta məktəb, Biləsuvar şəhər texniki fənlər təmayüllü məktəb-lisey, Uşaq-Gənclər Şahmat-İdman Məktəbi və Biləsuvar şəhər Uşaq İncəsənət Məktəbi fəaliyyət göstərir.[25][26]

Bundan başqa şəhərdə 1 saylı, 2 saylı, 3 saylı uşaq bağçaları və Biləsuvar bağça-məktəb-lisey kompleksi fəaliyyətdədir.[27]

Şəhərdə 28 dekabr 2009-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100109 A3-149 olan Biləsuvar şəhəri "İmam Hüseyn" məscidi dini icması,[28] 11 yanvar 2010-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100110 A1-156 olan Biləsuvar şəhəri "Cümə" məscidi dini icması,[29] 01 iyun 2010-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100110 A3-391 olan Biləsuvar şəhəri "İmam Zaman" məscidi dini icması[30] və 02 iyun 2010-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100110 A3-394 olan Biləsuvar şəhəri "Əbulfəzl" məscidi dini icması[31] fəaliyyət göstərir.

Şəhərdə Biləsuvar rayon Mərkəzi Xəstəxanası və Biləsuvar rayon Mərkəzi Uşaq Xəstəxanası yerləşir.[32]

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=41.
  2. 1 2 https://www.e-gov.az/az/services/readwidenew/3544.
  3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  4. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 39" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
  5. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-25.
  6. Biləsuvar (Azərbaycan) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 97. ISBN 978-9952-34-155-3.
  7. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 30" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-08.
  8. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 30" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-08.
  9. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 106" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-08.
  10. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 142" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-08.
  11. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 142" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-08.
  12. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 148" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-08.
  13. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 71.
  14. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 78.
  15. "Vətən müharibəsi şəhidi Əlizadə Tahir Qəribəli oğlu (bilesuvar-ih.gov.az)". 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-25.
  16. "Vətən müharibəsi şəhidi Əzizli Elnur Şahin oğlu (bilesuvar-ih.gov.az)". 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-25.
  17. "Vətən müharibəsi şəhidi Mahmudlu Babək Süleyman oğlu (bilesuvar-ih.gov.az)". 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-25.
  18. "Vətən müharibəsi şəhidi Mirişli Şəhriyar Bəxtiyar oğlu (bilesuvar-ih.gov.az)". 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-25.
  19. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 24" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-25.
  20. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 72" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-25.
  21. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 7" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-25.
  22. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 9" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-25.
  23. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 107" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-25.
  24. "Azərbaycan Respublikası Biləsuvar Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (bilesuvar-ih.gov.az)". 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-25.
  25. "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Biləsuvar Rayon Təhsil Şöbəsi. Məktəblər (bilasuvar.edu.gov.az)". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-25.
  26. "Biləsuvar rayonunda yerləşən təhsil müəssisələri barədə məlumat (bilesuvar-ih.gov.az)". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-25.
  27. "Biləsuvar rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri barədə məlumat (bilesuvar-ih.gov.az)". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-25.
  28. "Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. Müsəlman Dini İcmalar (2009), səh. 11" (PDF). 2022-06-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-13.
  29. "Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. Müsəlman Dini İcmalar (2010), səh. 1" (PDF). 2022-06-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-13.
  30. "Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. Müsəlman Dini İcmalar (2010), səh. 18" (PDF). 2022-06-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-13.
  31. "Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. Müsəlman Dini İcmalar (2010), səh. 18" (PDF). 2022-06-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-13.
  32. "Biləsuvar rayonunda yerləşən səhiyyə müəssisələri barədə məlumat (bilesuvar-ih.gov.az)". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]